S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə139/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   135   136   137   138   139   140   141   142   ...   153

453 

 

sümüklərində bunların yığılmasında iştirak edir. Onun çatışmazlığı raxit 



xəstəliyi  törədir.  Mənbəyi:  balıq  yağı,  mayalar,  üzlü  süd,  kərə  yağı, 

yumurtadır. 

Dictoterapiyanın  əsas  qaydaları.  Sağlam  adamın  dietası  heç  də  həmişə 

xəstə üçün münasib və faydalı olmur, buna görə də: 1) xəstə orqanizmin 

tələbatının  dəyişməsinə  uyğun  dietanm  kəmiyyət  və  keyfiyyət  tərkibini 

dəyişdir¬mək; 2) bişirməklə qidanın mənimsənilməsini asanlaşdırmaq və 

3) qida qəbulunun sayını dəyişmək lazımdır. Biz maddələr mübadiləsində 

xəstəliklərin  törətdiyi  pozulmaların  xarakte¬rini  öyrənməklə  yalnız 

dietanı  xəstə  orqanizmin  tələblərinə  uyğunlaşdırmırıq,  onun  köməyilə 

həmin  pozulmaları  kənar  etmək  üçün  maddələr  mübadiləsinə  də  təsir 

göstərə bilirik. 

Dietanm  xarakterini  dəyişərək,  bəzən  xəstəliyi  törə¬dən  səbəbə  təsir 

göstərmək  olar,  çox  vaxt  isə  dietanm  köməyilə  xəstəliyin  inkişaf 

mexanizmində xəstə üçün xeyirli olan dəyişikliklər etmək mümkün olur. 

Ərzaqları  müvafiq  surətdə  seçməklə  müxtəlif  müalicə  vasitələrinin 

təsirini gücləndirmək olar. 

Qüvvətli yeməklər ümumi arıqlamada, həmçinin xəstə- 

431 


nin  orqanizmində  oksidləşmə  prosesləri  artdıqda  qəbul  edilməlidir. 

Vitamin çatışmazlığı ilə əlaqədar xəstəliklər zamanı dietada vitaminlərin 

artırılması  məqsədəuyğundur.  Zülalların  həddindən  çox  itirilməsi  ilə 

əlaqədar  xəstəliklərdə  bu  itkini  tərkibində  normadan  artıq  zülallar  olan 

dieta vasitəsilə əvəz-etmək tələb olunur. 

Qoruyucu dietanı xəstənin bu və ya digər orqanla¬rında qıcıqlanma və ya 

iltihab  olduqda,  məsələn,  mədədə  (qastrit),  bağırsaqlarda  (dizenteriya) 

patologiya zamanı, öd kisəsinin iltihabında təyin edirlər. 

downloaded from KitabYurdu.org



454 

 

Qoruma  kimyəvi  (ədviyyat,  şor,  turş  qida,  alkohol,  nikotin),  mexaniki 



(çoxlu  və  bərk  qida)  və  termik  (isti  və  soyuq  qida,  yaxud  maye) 

qıcıqlandırıcıları  dietadan  çıxarmaqdan  ibarətdir.  Qoruma  prinsipi 

dietanm  keyfiyyə¬tinə  təsir  etməməlidir.  Məsələn,  qidanı  çox 

xırdaladıqda və çox bişirdikdə ona C vitamini əlavə etmək lazımdır, çünki 

çox bişirmək vitamini parçalayır. 

yaxud 


C vitaminini itburnu dəmləməsi şəklində, askorbin turşusunu kompotda 

həll  edərək  bütün  dietalara  əlavə  etmək  lazımdır;  bunu  yalnız  qida 

əzildikdə  vitaminlər  parçalandığı  üçün  deyil,  həm  də  xəstələrin  sağlam 

adamlara nisbətən C vitamininə tələbatı artıq olduğuna görə edirlər. 

Uzun  müddət  qoruyucu  dietanm  gözlənilməsi  orqanın  funksional 

qabiliyyətini  azalda  bilər.  Odur  ki,  qoruyucu  dietanı  yalnız  xəstəliyin 

kəskin  dövründə  və  xronik  xəstəliyin  kəskinləşdiyi  dövrdə  təyin  etmək 

olar. Qoruyucu dietadan rasional (səmərəli) qidalanmaya bu və ya digər 

məhdudlaşmanı götürərək tədricən keçmək lazımdır. 

Bəzi  xəstəliklərin  müalicəsində  pozulmuş  maddələr  mübadiləsinə 

dietanm köməyilə düzəlişlər etmək olar. Məsələn, şəkər xəstəliyinin bəzi 

təsadüflərində karbohidrat- larm qəbulunu məhdudlaşdırmaq, qaraciyərin 

iltihabında isə bunları artırmaq faydalı olur; hər hansı mənşəli ödemlərdə 

xörək  duzunun  qəbulunu  məhdudlaşdırmaq,  böyrəküstü  vəzilərin 

funksiyası azaldıqda isə artırmaq lazımdır. 

Səmərəli və müalicəvi qidalanma rejimi. Müəyyən edilmişdir ki, sağlam 

adam üçün dörd dəfə yemək daha 

432  


ıkıncı  sənər  yeməyi,  40  %-m  nahar,  20  %-nı  axşam  yeməyi  təşkil 

etməlidir.  Zülallı  yeməklər  səhər,  günorta  və  nahar  vaxtı  yeyilir, 

yatmazdan  əvvəl  isə  onlar  verilmir,  çünki  belə  yeməklər  sinir  sistemini 

downloaded from KitabYurdu.org




455 

 

oyadaraq  yuxunu  pozur.  3-4  saat  fasilə  verməklə,  hər  gün  eyni  saatda 



yemək  lazımdır,  çünki  bu  zaman  vaxta  görə  şərti  refleks  əmələ  gəlir, 

iştaha, həzmetmənin reflektor fazası hesabına qidanın həzm olun¬ması və 

mənimsənilməsi  yaxşılaşır.  Vaxtlı-vaxtsız  yeməklə  mədəni  xeyli 

yükləmək (iki dəfə yemək) qidanın mənimsə¬nilməsini azaldır və mədə 

xəstəliklərinə səbəb olur. 

Fərdi dietalar. Pəhriz xörəkləri (stollar) əksər xəstələri onların xəstəliyinə 

müvafiq qida ilə təmin etməyə imkan yaradır. Lakin bir şəxsdə bir neçə 

xəstəlik  olduqda  və  ya  əsas  stolun  bəzi  yeməklərini  xəstənin  bədəni 

götürmədikdə,  yaxud  iştahasızlıqla  əlaqədar  olaraq  son  dərəcə  arıqla- 

dıqda dietanı fərdiləşdirmək lazım gəlir. 

Fərdi  stol  çox  vaxt  əsas  stoldan  bəzi  yeməkləri  çıxarmaq  və  ona 

başqalarını  əlavə  etməklə  standart  stollar  əsasında  düzəldilir.  Hədsiz 

arıqlamış xəstələr üçün standart stola bu və ya digər əlavələr edilir. Yalnız 

son dərəcə nadir hallarda xəstənin zövqünə uyğunlaşaraq ona fərdi yemək 

təyin  etmək  lazım  gəlir.  Bu  halda  həkim  hər  gün  tibbi  göstərişləri  və 

xəstənin zövqünü nəzərə alaraq, sabah üçün menyu tərtib edir. 

Yüngül dieta günləri. Yüngül dieta günlərini, qismən acqalmanm xüsusi 

rasionunu, 

müxtəlif 

xəstəliklər 

zamanı  zədələnmiş  orqanların 

funksiyasını  yüngülləşdirmək,  diure-  zi  yüksəltmək,  xolesterini  və 

maddələr  mübadiləsinin  digər  məhsullarının  orqanizmdən  çıxarılmasını 

artırmaq, həmçi¬nin mübadilə proseslərini fəallaşdırmaq və orqanizmin 

reaktivliyinə  təsir  göstərmək  üçün  təyin  edirlər.  Podaqra,  piylənmə, 

kəskin qastrit, intoksikasiyalar zamanı mayeni məhdudlaşdırmadan təyin 

olunan  acqalma  günləri  və  uremiya  zamanı  tətbiq  olunan  acqalma  və 

susuzqalma  günləri  də  yüngül  dieta  günlərinə  aid  edilir.  Yüngül  dieta 

günləri hər 7-10 gündən bir 1-3 gün müddətinə təyin edilir.  

Xəstələrə  gətirilən  yeməklərin  yoxlanması.  Qohumların  və  iş 

yoldaşlarının xəstənin qayğısına qalaraq gətirdikləri yemək şeyləri heç də 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə