S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə137/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   133   134   135   136   137   138   139   140   ...   153

446 

 

Qarışıq  zədələnmələr  zamanı  ilk  tibbi  yardım  gös¬tərmək  çox  çətinlik 



törədir. Bu zaman ən əvvəl həyat üçün təhlükəli olan, sonra isə bir qədər 

yüngül  zədələri  aradan  qaldırmaq  lazımdır.  Məsələn,  bud  sümüyünün 

arterial qanaxma törədən sınığı zamanı əvvəlcə qanaxmanı kəsmək, sonra 

isə sınıq yerini təmizləmək, gipsə qoymaq lazımdır. 

İlk tibbi yardımın bütün üsulları mövcud qaydalara ciddi əməl etməklə, 

ehtiyatla  tətbiq  edilməlidir.  Ehtiyatsız,  kobud  ilk  yardım  yaralıya  əlavə 

əziyyət verib, onun halını ağırlaşdıra bilər. Əgər ilk tibbi yardımı bir deyil, 

bir  neçə  adam  göstərirsə,  onlar  bir-birinə  uyğun  hərəkət  etməli¬dirlər. 

Belə halda bir nəfər bütün tədbirlərə başçılıq edir. 

ilk  tibbi  yardım  göstərilərkən  həm  təchizat  cədvəlinə  əsasən  verilən 

vəsaitlərdən  (tabel  vasitələri),  həm  də  əl  altında  olan  yardımçı 

vasitələrdən istifadə edilir. Tabel vasitələri ilə sanitar drujinaları, sanitar 

postları təchiz edilir; inşaat və istehsalat sahələrində, sexlərdə, ferma və 

briqadalarda,  tədris  müəssisələrində,  idarələrdə,  istirahət  yerlərində  ilk 

tibbi  yardım  göstərmək  üçün  dərman  qutuları  komplektləşdirilir  və 

saxlanılır.  Sərnişin  daşıyan  nəqliyyat  maşınları,  şəxsi  avtomobillər  də 

dərman  qutuları  ilə  təchiz  edilir.  İlk  tibbi  yardım  üçün  təchizat 

material¬larına  aşağıdakılar  aiddir:  sarğı  materialları  (bint,  fərdi  sarğı 

paketi, sarğı salfetləri, pambıq), turna, müxtəlif şinalar, bir sıra dərmanlar 

(yodun  5%-li  spirtli  məhlulu,  brilyant  abısının  1-2  %-li  spirtli  məhlulu, 

validol həbləri, valerian məhlulu və ya tableti), naşatır spirti, çay sodası, 

vazelin, leykoplastır və s. Bundan başqa, dərman qutuların¬da ağrıkəsən, 

zəhərlənməni,  allergiyanı  aradan  qaldıran,  qan  təzyiqini  endirən  və  ya 

yüksəldən vasitələr də olmalıdır.  

Aşağıdakı əşyalardan ilk tibbi yardım göstərmək üçün yardımçı vasitələr 

kimi istifadə etmək olar: sarğı üçün təmiz döşəkağı, ümumiyyətlə yumşaq 

parça,  alt  köynəyi,  qanaxmanı  saxlamaq  üçün  şalvar  kəməri,  qayış, 

burmac, sümük sınığı zamanı şina əvəzinə karton, faner lövhə vəs. 

downloaded from KitabYurdu.org



447 

 

Sınıqlar,-  şok,  dərin  yanıqlar  zamanı  zərərçəkənə  ağrıkəsən  dərman 



vurulur.  Bu  dərman  şpris-tübikdə  hazır  olur.  İynənin  örtüyü  çıxarılır, 

bazunun arxa tərəfinə və ya budun arxa hissəsinə batırılır, polietilen gövdə 

sıxılır,  dərman  yeridilir.  Sonra  tübik  yaralının  döş  hissəsində  paltarına 

keçirilir.  Bununla  xəstəxanada  həkimlər  bilirlər  ki,  yaralıya  ağrıkəsən 

iynə vurulmuşdur. 

Dietoterapiya 

Dieta  -  sağlam  və  xəstə  adamın  qidalanma  rejimi  -  qidanın  keyfiyyət 

tərkibindən,  miqdarından  (ümumi  və  ayrı-ayrı  tərkib  hissələri),  qəbul 

edilməsi vaxtından və sayından ibarətdir. 

Dietoterapiya  (pəhrizlə  müalicə)  -  müalicə  dövründə  xəstəyə  təyin 

olunmuş və həkimin nəzarəti altında aparılan müalicəvi qidalanmadır. 

Müalicə  qidasını  düzgün  qurmaq  üçün:  1)  həzmin  və  qidalanmanın 

fiziologiyasını bilmək; 2) qidanın tərkib hissələrinin xəstəlik proseslərinə 

təsirini  nəzərə  almaq  və  3)  bişirilmə  üsulundan  asılı  olaraq  qidanın 

dəyişilməsini əsas götürmək lazımdır. 

Sağlam 


və 

xəstə 


adamın 

qidası 


zülallardan, 

yağlar¬dan, 

karbohidratlardaıı, vitaminlərdən, mineral duzlardan və sudan ibarətdir. 

Qidanın əsas tərkib hissələri olan zülallar, yağlar, karbohidratlar orqanizm 

üçün qidalanma və enerji mənbəyidir. Onlar orqanizmdə yanaraq, yaxud 

oksidləşə-  rək  istilik  verir  ki,  bunu  kalorilərlə  hesablamaq  qəbul 

edilmişdir.  1  litr  suyu  1°C  qızdırmaq  üçün  lazım  olan  istilik  miqdarı 

böyük kalori ilə göstərilir. Orqanizmdə 1 q zülal  

oksidləşdikdə 4,1, 1 q karbohidrat - 4,1, 1 q yağ isə 9,3 kkal verir. Verilmiş 

məhsulun  tərkibində  olan  zülal,  yağ  və  karbohidratlarm  miqdarı 

məlumdursa, onun kaloriliyini hesablamaq olar. 

downloaded from KitabYurdu.org




448 

 

Uşağın qida rasionunun kaloriliyini hesabladıqda nəzərə almaq lazımdır 



ki,  qida  kaloriliyinin  2/3-si  boyatmaya  sərf  olunur,  buna  görə  uşağın 

bədəninin 1 kq çəkisinə orta hesabla 120 - 130 kkal tələb olunur. Oturaq 

işlə məşğul olan yaşlı adama 1 kq çəkiyə 40 - 50, ağır fiziki işlə məşğul 

olan adama 1 kq çəkiyə 70 - 100 kkal lazımdır, az hərəkətli həyat tərzi 

keçirən pensiyaçıya isə 1 kq çəkiyə 30 - 35 kkal kifayətdir. 

Zülallar orqanizmin bütün toxumalarının əsas tərkib hissəsidir. Onlar yeni 

hüceyrələrin  qurulmasına  və  ömrünü  sürmüş  hüceyrələrin  əvəz 

edilməsinə  sərf  olunur.  Bundan  əlavə,  zülallar  orqanizmin  müdafiə 

reaksiyalarını həyata keçirməkdə çox mühüm rol oynayır. Zülalların əsas 

mənbəyi heyvan mənşəli məhsullardır: ət, balıq, kəsmik, yumurta. Lakin 

bitki  məhsullarında  da  zülallar  vardır,  xüsusilə  paxlalılar  və  qoz-fmdıq 

zülallarla  zəngindir.  Həzm  prosesində  zülallar  aminturşulara  parçalanır, 

bunlar sorulub insan orqanizminin zülallarının qurulmasına sərf olunur, 

habelə mübadilə proseslərində iştirak edir. 

Müxtəlif  zülallarda  ayrı-ayrı  aminturşular  kompleksi  vardır,  buna  görə 

orqanizmin  cürbəcür  zülallar  almasının  və  ona  lazım  olan  bütün 

aminturşuların olmasının əhəmiy¬yəti böyükdür. Müəyyən edilmişdir ki, 

qida  rasionundakı  zülalların  1/3-i  heyvan  mənşəli  olmalıdır.  Orta  yaşlı 

adam üçün sutkalıq rasionda zülal norması 100 - 120 q-dır, ağır iş zamanı 

onu 150 - 160 q-a çatdırmaq olar. 

Yağlar  ən  güclü  enerji  mənbəyidir.  Bundan  əlavə  piy  yığınları  (yağ 

deposu)  orqanizmi  istilik  itirməkdən  və  əzilmədən  qoruyur,  daxili 

orqanların piy kapsulları isə onlar üçün dayaq rolunu oynayır və mexaniki 

zədələn¬mədən  mühafizə  edir.  Ehtiyat  halında  olan  piylər  kəskin 

infeksion xəstəliklər zamanı, iştaha azaldıqda və qidanın  

mənimsənilməsi  məhdudlaşdıqda  əsas  enerji  mənbəyi  olur.  Yağların 

mənbəyi  heyvan  və  bitki  yağları,  habelə  ət,  balıq,  yumurta,  süd  və  süd 

məhsullarıdır.  Yağlarda  orqanizmə  lazım  olan  doymuş  və  doymamış 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə