S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə132/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   128   129   130   131   132   133   134   135   ...   153

429 

 

Gicişmə  və  irinləmə  prosedura  vaxtı  zəlidən  və  ondan  sonra  yaranın 



çirklənməsi nəticəsində ola bilər. Zəli qoyulan yer düzgün seçilməzsə, zəli 

səthdə yerləşmiş iri damarı dişlərsə, qanaxma baş verə bilər. Zəli dərialtı 

birləşdirici  toxuma  boş  olan  yerlərə  qoyularsa,  qansızmalar  əmələ  gələ 

bilər. 


Qanburaxma.  Qanburaxma  yaxud  qanalma  müxtəlif  məqsədlər  üçün 

tətbiq edilir: 

1) 

aydın şəkildə özünü göstərən durğunluq əlamətləri (ağciyər ödemi) 



ilə ürək çatışmazlığında dövr edən qanın kütləsini azaldaraq, ürəyin işini 

yüngülləşdirmək üçün; 

2) 

arterial  təzyiq  müxtəlif  səbəblərdən  qalxdıqda  (hipertoniya 



xəstəliyi,  kəskin  nefrit,  eklampsiya),  onu  aşağı  salmaq  və  kəllədaxili 

təzyiqi azaltmaq üçün

3) 

böyrəklərin  azotçıxarma  funksiyası  pozulduqda,  xronik  nefrit 



zamanı  və  zəhərlənmələrdə  sonradan  fizioloji  məhlul,  yaxud  5  %-li 

qlükoza  məhlulu  yeritməklə  azotlu  maddələri  və  başqa  zəhərləri 

orqanizmdən xaric etmək üçün; qanın bir hissəsini maye ilə əvəz edərək, 

qandakı  zəhərin  miqdarını  azaldır  və  onun  böyrəklər  vasitəsilə  xaric 

olmasını gücləndirirlər; 

4) 


çoxqanlılıqda qanın özlülüyünü azaltmaq üçün. 

Qanburaxmada ağırlaşmalar. Venepunksiya texnikası 

ilə  əlaqədardır.  Bəzən  çoxlu  miqdarda  qan  aldıqda,  bayılma  baş  verir. 

Yüngül  təsadüflərdə  naşatır  spirtində,  yaxud  sirkədə  isladılmış  pambığı 

buruna  yaxınlaşdırmaq  kifayət  edir.  Bu  kömək  etmirsə,  ürək-damar 

dərmanları verir və bədənə fizioloji məhlul yeridirlər. 

Damar  çatışmazlığı  və  belə  xəstələrə  qulluq.  Nəbz  -  qanın  sistolik 

dalğasının təsiri ilə arteriya divarlarının titrəməsidir. 

downloaded from KitabYurdu.org



430 

 

Nəbzi yoxlamaq üçün II, III, IV barmaqları saidin üzərinə elə qoyurlar ki, 



nəbzi yoxlanan şəxsin baş barmağının qaidəsində nəbzi yoxlayan şəxsin 

II  barmağı,  bunun  yanında  dirsəyə  tərəf  III  və  IV  barmaqları  olsun. 

Arteriyanı mil sümüyünə sıxırlar. Nəbzi yoxlanan adamın əli sərbəst və 

münasib şəkildə yarımqatlanmış vəziyyətdə olmalıdır. 

Nəbz vurğularının sayı dəqiqədə 60-dan az olarsa, buna bradikardiya, 90-

dan çox olarsa - taxikardiya deyilir. 

Arterial  təzyiq  və  onun  ölçülməsi.  Arterial  təzyiq  əsas  etibarilə  ürəyin 

yığılmalarının qüvvəsindən və damarların 

tonusundan asılıdır. Sağlam insan orqanizmində mürəkkəb neyrohumoral 

tənzim mexanizmləri arterial təzyiqin nisbi sabitliyini təmin edir. 

Arterial təzyiqi ölçməzdən əvvəl xəstə 10-15 dəqiqə dincəlməlidir, otağın 

havası kifayət qədər isti olmalı, səs- küy olmamalıdır. 

Arterial  təzyiqi  xəstənin  oturmuş  və  ya  uzanmış  vəziyyətində  ölçürlər. 

Onun  qolunu  paltarından  çıxarmaq  lazımdır  (xüsusən  paltarın  qolu 

dardırsa).  Xəstənin  qolunu  stolun  üstünə,  yaxud  çarpayının  kənarına 

təxminən ürək səviyyəsində qatlayıb qoyurlar, ovuc yuxarı baxır, əzələlər 

boş saxlanılır. 

1. 


Manjeti  bazunun  üzərinə  qoyurlar;  o  bir  qədər  boş  olmalıdır  ki, 

altından barmaq keçirmək mümkün olsun; manjetin aşağı kənarı dirsək 

büküşündən  2,5  sm  yuxarıda,  borular  isə  yuxarıda,  yaxud  yanlarda 

olmalıdır. 

2. 

Nəbzi dirsək arteriyasında tutur və həmin yerə fonendoskop qoyub 



(onu bərk basmalı) qulaq asırlar. 

3. 


Manjetə yavaş-yavaş hava vurub qulaq asırlar, səs gəlmədikdə civə 

sütununu bir daha 30 - 40 mm qaldırırlar; bu vaxt manjet arteriyanı tamam 

sıxmış olur. 

downloaded from KitabYurdu.org




431 

 

4. 



Balonun  vintini  azca  açıb  havanı  buraxırlar  ki,  civənin  səviyyəsi 

birdən-birə düşməsin, eyni zamanda manjetdə təzyiq azalacaqdır. 

5. 

Diqqətlə  qulaq  asırlar:  manjetdəki  təzyiq  arteri-  yadakı  qanın 



təzyiqindən  azca  aşağı-  olan  kimi,  qan  arteriyanın  sıxılmış  hissəsindən 

keçməyə başlayacaq və ilk səslər - damar tonları əmələ gələcəkdir. Ton 

əmələ gələn andakı təzyiqə sistolik (maksimal) təzyiq deyilir; o, sistola 

zamanı qanın arteriya divarını genəltməsi nəticəsində əmələ gəlir. Şkala 

üzrə bu təzyiqi qeyd edirlər. 

6. 


Arteriyanın  hər  hansı  dərəcədə  sıxılmış  olduğu  müddətdə  səslər 

eşidiləcəkdir:  əvvəlcə  səs  tonları,  sonra  küy  (həmişə  yox)  və  sonra  bir 

daha tonlar eşidilir. Manjetdən arteriyaya olan təzyiq kəsilən kimi və onun 

mənfəzi tama¬milə əvvəlki halına düşdükdə səslər eşidilmir. Tonların 

itdiyi andakı təzyiqə diastolik (minimal) təzyiq deyilir, başqa sözlə, bu, 

diastola vaxtı qanın arteriya divarına etdiyi təzyiqdir. 

7. 

2 - 3 dəqiqə fasilə verib, arterial təzyiqi yenə iki 



dəfə ölçməli və üç dəfədə alman nəticələrdən orta rəqəm 

• • 


çıxarmalı.  Ölçmələr  arasındakı  fasilədə  manjeti  çıxarmırlar,  lakin  onun 

havasını tamam buraxırlar. 

Təzyiqi  kəsr  şəklində  yazırlar:  surətdə  -  sistolik  təzyiq,  məxrəcdə  - 

diastolik təzyiq yazılır. 

Mədənin funksiyalarının pozulması. Qusma - mürək¬kəb koordinasiyalı 

akt  olub  bu  zaman  mədənin  çıxacağı  qapanır,  girəcəyi  açılır  nəticədə 

mədənin bütün möhtəviy- yatı xaricə çıxır. 

Həmçinin,  mədənin,  yaxud  mərkəzi  və  periferik  sinir  sisteminin 

qıcıqlanması nəticəsində qusma baş verə bilər. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə