S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə35/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   31   32   33   34   35   36   37   38   ...   153

114 

 

Qızdırma  prosesi  orqanizmdə  maddələr  mübadiləsin¬də,  orqan  və 



sistemlərin fəaliyyətində dəyişikliklərə səbəb olur. 

Qızdırma zamanı bədəndə oksidləşmə prosesləri 

sürətlənir, temperaturun hər 1°C yüksəlməsi əsas mübadi¬ləni 10 - 12% 

artırır.  Simpatik  sinir  sisteminin  oyanması  nəticəsində  qaraciyərdə 

qlikogenin parçalanması artır, 

• 

qanda qlükozanın səviyyəsi bir qədər yüksəlir; qlükozuriya ola bilər. 



Depolardan  yağların  səfərbər  edilməsi  və  parçalan¬ması  güclənir.  Yağ 

turşularının mübadiləsi başa çatmır, keton və aseton cisimlərinin əmələ 

gəlməsi artır, infeksion qızdırma zamanı mikrob toksinlərinin təsirindən 

zülalların parçalanması güclənir, iştahanın olmaması və həzm pi osesinin 

pozulması  nəticəsində  bunlar  kənardan  da  daxil  olmur.  Odur  ki,  azot 

balansı mənfi ola bilər. 

Qızdırmanın  II  mərhələsində  aldosteronun  sekresiyası  artdığından, 

toxumalarda su və xloridlər ləngiyir. Tempe- 

raturun enməsi mərhələsində isə NaCl, su tər və sidiklə orqanizmdən xaric 

edilir. 


Uzun sürən qızdırma zamanı serumda sərbəst dəmirin miqdarı, tənəffüs 

fermentlərinin  aktivliyi  azalır,  dəmir  çatışmazlığı  vəziyyəti  anemiyaya, 

psixi depressiyaya, ağır qəbizliyə  səbəb olur.  Mötədil  qızdırma zamanı 

qazlı alkaloz, yüksək qızdırma zamanı isə metabolik asidoz əmələ gəlir. 

Qızdırma  zamanı  orqan  və  sistemlərin  funksiyala-  rındakı  ağır 

dəyişikliklərin  çoxu  əsas  xəstəliklə  əlaqədar  olur.  Beyin  qabığının  şərti 

reflektor fəaliyyəti pozulur, oyanma halı (xüsusən ilk mərhələdə), sonra 

yuxuculluq,  yüksək  qızdırma  zamanı  sayıqlama,  hallüsinasiyalar 

müşa¬hidə edilir, huş itə bilər. 

downloaded from KitabYurdu.org




115 

 

Qızdırma  zamanı  simpatik'  sinir  sistemi  mərkəzlərinin  oyanması  bütün 



orqan və sistemlərdə müvafiq dəyişiklik¬lərə səbəb olur. Temperaturun 

hər 1°C (kiçik uşaqlarda - 

0, 

5°C) yüksəlməsi zamanı ürək fəaliyyətinin tezliyi 1 dəqiqədə 8-10 



vurğu  artır,  ürəyin  dəqiqəlik  həcmi  artır,  bəzi  xəstələrdə  aritmiya 

müşahidə  edilir.  Qızdırma  zamanı  ürək  fəaliyyətindəki  bu  dəyişikliklər 

yüksək temperaturun sinus düyününə bilavasitə təsiri ilə də əlaqədardır. 

Birinci  mərhələdə  arterial  təzyiq  bir  qədər  yüksəlir,  ağciyərdə 

mikrosirkulyasiya pozulub, staz, durğunluq əmələ gələ bilər. Sonra təzyiq 

normallaşır  və  hətta  enir,  tənəffüs  tezləşir  (hipertermiyanın  tənəffüs 

mərkəzinə təsiri nəticəsində). 

Diurez  qızdırmanın  birinci  mərhələsində  artır  (arterial  təzyiqin 

yüksəlməsi),  ikinci  mərhələdə  azalır  (suyun  toxumalarda  ləngiməsi), 

üçüncü  mərhələdə  yenidən  artır  (suyun  və  xloridlərin  toxumalardan 

sürətlə xaric olması ilə). 

Bütün  həzm  şirələrinin  sekresiyası  azalır.  Ağız  suyu  az  ifraz 

olunduğundan,  ağız  və  dodaqlar  quruyur,  dodaqlar  çatlayır,  dildə  ərp 

əmələ  gəlir.  Ağız  boşluğundakı  müxtəlif  mikroorqanizmlərin  inkişafı 

üçün şərait yaranır və ağızdan pis qoxu gəlir. Susuzluq hissi törənir, iştaha 

azalır. 


Mədənin hərəki funksiyası zəifləyir, boşalması ləngiyir, qusmaya səbəb 

olur. Bağırsaqların da hərəki funksiyası zəifləyir və qəbizlik əmələ gəlir. 

Bütün  bunlar  qıcqırma  və  çürümə  proseslərini  gücləndirir, 

autointoksikasiyaya və meteorizmə səbəb olur. Bağırsaqlarda əmələ gələn 

toksinlər  sinir  sisteminə  və  periferik  toxumalara  təsir  edərək,  bir  sıra 

pozulmalar (qan təzyiqinin enməsi,  miokardm funksiyasının zəifləməsi, 

başağrısı, ürəkbulanma və s.) törədir. 

downloaded from KitabYurdu.org




116 

 

Qızdırma orqanizmdə stress halı əmələ gətirir. AKTH (Adrenokortikotrop 



hormon),  böyrəküstü  vəzinin  qabıq  maddəsi  hormonlarının,  adrenaliniıı 

sekresiyası, qalxana- bənzər vəzinin funksiyası artır. 

Qızdırma  reaksiyası  istilik  tənzimində  iştirak  edən  beyin  qabığı  və 

qabıqaltı mərkəzlərin funksional vəziyyəti ilə sıx surətdə bağlıdır. Buna 

bir  çox  sübutlar  vardır.  Eksperimentdə  boz  qabar  nahiyəsinə  iynə 

batırmaqla orqanizmin temperaturunun yüksəlməsini müşahidə etmiş¬lər. 

Bundan əlavə, itlərdə şərti refleks yolu ilə qızdırma törədilmişdir, itə 10 

dəfə indeferent siqnalla bərabər bakteriya kulturası yeritmiş, sonra kultura 

yeritmədən  indeferent  siqnal  verməklə  qızdırmanın  əmələ  gəlməsini 

müşahidə etmişlər. 

Histeriya tutması (hətta 43°C-dək), psixi xəstəliklər, hipnoz altında təlqin, 

emosiyalar (natiqlərdə, aktyorlarda, imtahanda iştirak edənlərdə) zamanı 

bədən temperaturu¬nun artması qeyd edilmişdir. 

Bəzi  farmakoloji  maddələr  beyin  qabığında  oyanma  ilə  ləngimə 

arasındakı  müvazinəti  pozaraq,  qızdırma  xarakterli  reaksiya  törədir. 

Məsələn,  heyvanlara  pirogen  maddənin  kodein  fondunda  yeridilməsi 

temperaturun daha çox, NaBr fonunda isə az artmasına səbəb olur. 

Heyvanlarda beyin qabığının görmə qabarı nahiyəsi¬nin, zolaqlı cismin 

çıxarılmasına  baxmayaraq,  onlarda  qız¬dırma  reaksiyasını  törətmək 

mümkündür.  Məsələn,  beyin  qabığı  çıxarılmış  heyvanda  qızdırma 

reaksiyası daha güclü 

olur,  çünki  bu  zaman  aşağı  mərkəzlərdə  ləngimə  zəifləyir.  Dərin  efir 

narkozu  zamanı  isə  tormozlanma  beyin  qabığından  qabıqaltı  nahiyəyə 

keçdiyi üçün qızdırma reaksiyası zəifləyir. 

Məlumdur  ki,  istiliyin  tənzimi  mərkəzləri  hipota-  lamusda  yerləşir. 

Hipotalamusun simpatik sinir sistemi ilə əlaqədar olan arxa və bir az orta 

hissəsi  istiliyin  kimyəvi  tənzimini  həyata  keçirərək,  bədəndə  istiliyin 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə