S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə36/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   32   33   34   35   36   37   38   39   ...   153

117 

 

əmələ gəlməsini və saxlanmasını təmin edir. Parasimpatik sinir sistemi ilə 



əlaqədar olan ön hissə isə fiziki yollarla istiliyin verilməsini tənzim edir. 

Meymunlarda və itlərdə hipotalamusun arxa və 

orta  nahiyələri  qıcıqlandırıldıqda,  bədən  temperaturu  2-3°C  artır, 

zədələndikdə isə enir. On nüvələrin isə, əksinə, qıcıq- landırılması bədən 

temperaturunun  enməsinə  və  zədələn-  məsi  temperaturun  yüksəlməsinə 

səbəb  olur.  Hipotalamu-sun  tam  zədələnməsi  zamanı  istiliyin  tənzimi 

tamamilə pozulur və qızdırma reaksiyası əmələ gəlmir. 

Hipotalamusdan  termorequlyasiya  impulsları  onurğa  beyninə  gedir. 

Onurğa  beyninin  döş  nahiyəsinin  kəsilməsi  istiliyin  kimyəvi  tənzimini 

pozmur, fiziki tənzimi isə tamamilə pozur. Qızdırma reaksiyası saxlanılır, 

amma  heyvanlar  isti  mühitə  dözmürlər.  Onurğa  beyninin  boyun 

nahiyyəsinin kəsilməsi istiliyin həm fiziki, həm də kimyəvi 

tənziminin tamamilə pozulmasına səbəb olur. 

• • 


Od  daşı,  böyrək  daşı  xəstəliklərində  və  s.  ağrının  təsirindən  də  bədən 

temperaturu yüksələ bilər. Hələ Botkin belə qızdırmanın reflektor mənşəli 

olduğunu qeyd edib. 

Pirogenlərin  təsirindən  hipofiz-böyrəküstü  vəzi  siste¬minin  funksiyası 

artır, amma bu stress reaksiyası qızdırma¬nın əmələ gəlməsində bilavasitə 

iştirak  etmir.  Endokrin  vəzilər  mərkəzi  sinir  sisteminin  reaktivliyinə, 

vegetativ  sinir  sisteminə,  mübadilə  proseslərinə  təsir  etməklə  bədən 

tempe¬raturunu  yüksəldir.  Qalxanabənzər  vəzinin  hiperfunksiyası 

zamanı  müşahidə  edilən  subfebril  temperatur  tiroksinin  oksidləşməsi 

prosesinin güclənməsi ilə əlaqədardır. Miksö- dema zamanı isə bunun tam 

əksi müşahidə edilir. 

Qızdırma reaksiyası filogenezdə olduğu kimi, onto- genezin də müəyyən 

mərhələsində  yaranır.  Yenidoğulmuş-  larda  və  bir  yaşadək  körpələrdə 

downloaded from KitabYurdu.org




118 

 

istilik tənzimi mexanizm¬ləri tam inkişaf etmədiyindən, onlarda qızdırma 



atipik  gedir.  Bədən  temperaturu  davamlı  surətdə  yüksəlməyib, 

sıçrayışlarla tərəddüd edir. Temperaturun bir neçə saat ərzində yüksəlməsi 

onun  enməsi  ilə  əvəz  olunur  və  s.  Bədənin  həddən  artıq  qızması  və 

soyuması bu dövrdə daha tez-tez qeyd edilir. Bir yaşdan yuxarı uşaqlarda 

qızdırma reaksiyası yaşlılardakı kimi olur. Qocalarda isə bədənin müvafiq 

qıcıqlara qızdırma reaksiyası ilə cavab vermək qabiliyyəti bir qədər azalır. 

Qızdırma orqanizmin mühafizə reaksiyalarına aiddir, qızdırma reaksiyası 

orqanizmin patogen amillə mübarizə¬sinə və bunun təsirinin nəticələrinin 

aradan  qaldırılmasına  kömək  edir.  Qızdırmalı  xəstələrin  bədən 

temperaturu  süni  surətdə  endirildikdə,  xəstəliyin  orqanizmdə  törətdiyi 

pozulmalar  aradan  qalxmır  və  bəzən  infeksion  xəstəliyin  nəticəsi  daha 

ağır olur. 

Bədən temperaturunun yüksəlməsi əksər patogen mikroorqanizmlərin və 

virusların  (kokklar,  spiroxetlər,  poliomielit  virusları  və  s.)  çoxalmasına 

mane olur, bunların bəzisi (pnevmokokklar, qrip virusu və s.) isə yüksək 

temperaturun təsirindən məhv olur. 

Yüksək temperatur bəzi bakteriyalarm, məsələn, vərəm çöplərinin dərman 

preparatlarına qarşı rezistentliyi- ni azaltmaqla müalicəni asanlaşdırır. 

Qızdırma zamanı qaraciyərin baryer və antitoksik funksiyaları yüksəlir, 

orqanizmin  immunobioloji  mühafizə  mexanizmləri  aktivləşərək,  əks-

cisimlərin əmələ gəlməsi sürətlənir. Leykositlərin sayı artır, orqanizmin 

faqositar  xassəli  hüceyrələrinin  aktivliyi  yüksəlir,  interferonun  əmələ 

gəlməsi  sürətlənir,  virusların  reproduksiyasını  zəiflədən  fermentlər 

fəallaşır.  Diurez  artıb,  toksik  maddələrin  orqa¬nizmdən  xaric  edilməsi 

sürətlənir. Hüceyrələrdə mübadilə prosesləri sürətlənir, orqanların qanla 

təchiz olunması artır, funksiyaları yüksəlir. 

downloaded from KitabYurdu.org



119 

 

İltihab xəstəlikləri zamanı leykositlərdə əmələ gələn pirogen maddə iki 



zülal  fraksiyasının  kompleks  birləşmə-  '  sindən  ibarətdir.  Bu 

komplekslərdən  biri  pirogen  təsirə  malikdir,  digəri  isə  bakterisid 

(antitoksik  və  antivirus)  təsir  göstərir.  Beləliklə,  qızdırma  zamanı 

mikroorqanizmləri  və  virusları  bir  tərəfdən  yüksək  temperatur,  digər 

tərəfdən isə pirogen maddənin bilavasitə təsiri məhv edir. 

Qızdırma  reaksiyasının  xəstəlik  zamanı  orqanizm  üçün  faydası  çoxdan 

məlum  olub,  bədən  temperaturunun  süni  surətdə  yüksəldilməsindən 

müalicə  məqsədilə  istifadə  edilirdi.  Piroterapiya  adlanan  həmin  metod 

hazırda digər müalicə üsulları ilə birlikdə tətbiq edilir: Bu məqsədlə təmiz 

halda alınmış pirogenal kimi biogen preparatlardan istifadə edilir ki, onlar 

da  orqanizmin  ümumi  və  spesifik  rezistentliyini,  yəni  xəstəliklərə  qarşı 

müqavimət  göstərmək  qabiliyyətini  artırır.  Piroterapiya  travmalardan, 

yanıqlar¬dan  sonra  bərpa  proseslərini,  patoloji  çapıq  və  bitişmələrin  ' 

sorulmasım  sürətləndirmək  üçün,  həmçinin  sinir  sisteminin  bəzi 

xəstəlikləri,  bəzi  zöhrəvi  xəstəliklər,  poliartrit,  bədxassəli  hipertenziya 

zamanı  tətbiq  edilir.  Müəyyən  edilmişdir  ki,  bəzi  hallarda  yüksək 

temperatur şişlərin kimyaterapiyaya və şüaların təsirinə qarşı həssaslığını 

artırır. Odur ki, bu müalicə üsulunun onkoloji xəstəliklər zamanı tətbiq 

edilməsinin perspektivləri öyrənilməkdədir. 

Bütün bu müsbət cəhətləri ilə yanaşı, qızdırma reaksiyasının orqanizmə 

mənfi  təsirləri  də  vardır.  Qızdırma  prosesinin  real  mənfi  təsiri  bir  sıra 

orqan  və  sistemlər,  xüsusən  ürək-damar  sistemi  üçün  yaratdığı  əlavə 

yüklə  əlaqədardır.  Hiperpiretik  qızdırma  özü  ciddi  funksional 

pozulmalara  səbəb  ola  bilər.  Qızdırmanın  törətdiyi  əzələ  titrəməsi, 

başağrısı,  halsızlıq  xəstələrə  əziyyət  verir  və  əmək  qabiliyyətini  pozur. 

Bəzi  şəxslərdə  bədən  temperaturunun  '  artmasına  qarşı  yüksək  fərdi 

həssaslıq  olur.  Ağır  intoksi-  kasiya  ilə  gedən  xəstəliklər  zamanı 

orqanizmdə istiliyin əmələ gəlməsi proseslərinin həddən artıq güclənməsi 

nəticəsində hipertermiya sindromu yarana bilər. Bu,  

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə