S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə39/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   35   36   37   38   39   40   41   42   ...   153

126 

 

Ağır sınıqlar zamanı şok halı ola bilər. Bəzən sınıqlar 



arterial qanaxma ilə müşayiət olunur. Bu daha qorxuludur. 

İlk tibbi yardım göstərərkən birinci növbədə qanaxma 

• • 

kəsilməlidir. Ümumiyyətlə, sınıqlar zamanı ilk yardım sınmış sümüklərin 



hərəkətsizliyinin  təmin  olunmasına  xidmət  etməlidir.  Sınıqlar  zamanı 

yardımın  düzgün  göstə-  rilməməsi  xəstənin  vəziyyətini  bir  qədər  də 

ağırlaşdıra . bilər, şok əmələ gələr, qapalı sınıq açıq sınığa çevrilər və s. 

Sınıq  zamanı  yardım  göstərərkən,  ilk  əvvəl  sınığın  növünü,  dərəcəsini 

müəyyən  etməli,  xəstənin  həyatı  üçün  təhlükəli  əlamətlər  aradan 

qaldırılmalıdır. Bundan sonra ya şina qoymalı, ya da steril sarğı qoyub, 

şina ilə bərkidil¬məlidir. 

Şina qoyularkən, mümkünsə, hazır şinalardan istifadə edilməlidir. Bu, çox 

rahatdır.  Lakin  şina  olmadıqda  müxtəlif  vasitələrdən  -  taxta  parçası, 

karton  hissəsi,  metal  lövhə  və  s.  istifadə  edilir.  Bunların  heç  biri 

olmadıqda isə, sınıq ətraflardadırsa, yuxarı ətrafı gövdəyə, aşağı ətrafı isə 

digər ətrafa bağlamaq lazımdır. 

Açıq sınıqlar zamanı qanaxma kəsilir, yara antiseptik maddələrlə işlənir, 

steril sarğı qoyulur və sonra paltarın üstündən şina qoyulur. Qapalı sınıqda 

sınıq  nahiyəsinə  •  hərəkətsiz  vəziyyətdə  şina  qoyulur.  Hər  iki  halda 

xəstəyə 


ağrıkəsici  dərman  verilir  və  ya  inyeksiya  edilir.  Tənəffüs  pozulmuşsa, 

süni  tənəffüsdən  istifadə  edilir.  Şok  törənmiş¬sə,  ona  qarşı  tədbirlər 

görülür.  Bütün  hallarda  xəstənin  tez  həkimə  çatdırılması  diqqət 

mərkəzində olmalıdır. 

Çıxıq  yıxılma  və  zərbə  nəticəsində  oynaqlarda  sümük¬lərin  yerini 

dəyişməsinə deyilir. Çıxıqlar iki cür - tam və natamam (burxulma) olur. 

downloaded from KitabYurdu.org



127 

 

Çıxıqlar zamanı oynaqlarda sümüklər yerini dəyişdikdə bağlar, vətərlər 



gərilir, oynaq pərdəsi yırtılır, bəzən də damar və sinirlər zədələnir. 

Çıxıqların  əlamətləri  aşağıdakılardır:  ətrafın  müəyyən  vəziyyət  alması, 

görünüşünün dəyişilməsi, hərəkətin azal¬ması, uzunluğunun dəyişilməsi, 

hərəkət zamanı oynaqda ağrı, şişmə, qızartı və s. 

İlk  yardım  zədələnmiş  ətrafın  bir  vəziyyətdə  bərkidil¬məsi,  şina  ilə 

bağlanmasıdır. Müalicə xəstənin uzanmış vəziyyətində aparılır. Xəstəni 

narahat  edən  əlamətlərin  aradan  qaldırılması  istiqamətində  ilk  yardım 

göstərilir və tez həkimə çatdırılır. 

Müalicədə sınmış sümüklər və oynaq sümükləri düzəldilir və gips sarğısı 

qoyulur. 2-3 həftəyə patoloji sahə və sarğı açılır. 

Desmurgiya 

Desmurgiya  -  cərrahlığm  bir  bölməsi  olub,  sarğıların  növlərini  və  sarğı 

qoyulması texnikasını öyrənir. 

Sarğıların növləri. Təyin edilməsindən asılı olaraq sarğıları bir neçə növə 

ayırırlar. 

Möhkəmləndirici  sarğılar.  Yara  nahiyəsində  sarğı  materiallarını 

bərkitmək  üçün  qoyulur.  Bu  sarğılar  ləçəyə-  bənzər,  sapandabənzər, 

bintdən, yapışqanlı və plastırlı ola bilər. Bint sarğıları bədənin müəyyən 

hissəsində  daimi  təzyiq  yaratmaq  üçün  işlədildikdə,  məsələn,  kiçik 

qanax¬malar  və  ya  qansızmalar  zamanı  qoyulduqda  ona  təzyiq-  edici 

sarğı deyilir. 

Hərəkətsiz və ya immobilizasiyaedici sarğılar ən çox 

sakitlik şəraiti yaratmaq üçün bədənin bir hissəsini hərəkətsiz vəziyyətdə 

saxlamaq məqsədilə tətbiq edilir. Belə sarğıları nəqliyyat sarğıları kimi, 

sümüklərin  sınıqla¬rını,  sümük-oynaq  vərəmini,  bəzi  kəskin  iltihabi 

prosesləri  müalicə  etdikdə,  sümüklərdə  və  oynaqlarda  edilən 

downloaded from KitabYurdu.org



128 

 

operasi¬yalardan sonra işlədirlər. Sarğı bədənin bu və ya digər hissəsinin 



vəziyyətini düzəltmək məqsədilə qoyulduqda ona düzəldici sarğı deyilir. 

Hərəkətsiz sarğılar şinalı, nişastalı, yapışqanlı və gipsli ola bilər. 

Ləçək sarğıları. Hazırda ləçək çox vaxt əlin, saidin, bazunun xəstəlik və 

zədələnmələrində,  körpücük  sümüyü¬nün  sınıqlarında  və  s.  əli  asmaq 

üçün tətbiq edilir. 

Yuxarı ətrafı dirsəkdən düz bucaq altında büküb, ləçəyi saidin altından 

keçirir, onun uzun uclarından birini (yuxarı) xəstə əl tərəfdən körpücük 

sümüyünün üstünə qo¬yurlar; ikinci ucu aşağı sallanır, ləçəyin zirvəsi isə 

dirsəyin altından xaricə çıxır. Ləçəyin aşağı ucunu xəstə əlin önün¬dən 

yuxarı bükür, onu sağlam tərəfin çiyni üstündən arxada boyuna aparıb, 

ləçəyin  digər  ucu  ilə  bağlayırlar.  Ləçəyin  zirvəsini  dirsəyin  ətrafına 

dolayıb onun önündə sancaqla sarğıya bərkidirlər. 

Sapandabənzər sarğılar. 15-20 sm uzunluqda orta hissəsi bütöv qalmaqla 

hər iki ucu boylama istiqamətdə kəsilmiş, 75 - 80 sm uzunluqda enli lent 

şəklində  tənzif  və  ya  parçaya  desmurgiyada  sapand  deyilir.  Buruna, 

çənəyə, ənsəyə, təpəyə kiçik sarğılar qoymaq üçün sapand qolay olur. 

Bint  sarğıları.  Eni  5  sm-dən  10-20  sm-dək  olan  lent  şəklində  tənzif 

parçasına (nadir hallarda başqa parçaya) bint deyilir. Bintin enini bədənin 

hansı  hissəsinə  sarğı  qoyulmasından  asılı  olaraq  seçirlər.  5  sm  enində 

ensiz bint barmaqları sarımaq üçün işlədilir. Orta enlikdə (7-9 sm) bintlər 

saidi, çiyini, baldırı və başı sarımaq üçün tətbiq edilir. Enli bintlərlə (9-18 

sm) buda və gövdəyə sarğı qoymaq rahat olur. Bintin uzunluğu, adətən, 

5-7 m-dən artıq olmur. Yumşaq, yağsızlaşdırılmış, yüksək hiqrosko- 

pikliyə  malik  tənzifdən  hazırlanmış  bintlər  daha  çox  işlədilir.  Tənzif 

bintlər asan dartılır və sarıdıqda bədənin formasına görə yaxşı modelləşir. 

Biııt  sarımağın  qaydaları.  Sarğını  yaxşı  qoymaq  üçün  praktikada 

təkmilləşmiş bintsarıma qaydalarına ciddi riayət etmək lazımdır. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə