S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə40/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   36   37   38   39   40   41   42   43   ...   153

129 

 

Binti sarıyarkən xəstənin vəziyyəti rahat olmalıdır. Bədənin bint sarman 



hissəsi  tamamilə  hərəkətsiz  olmalı  və  ona  bint  sarğısından  sonra 

gözlənilən vəziyyət verilməlidir. 

Bintin  möhkəm  sarınması  üçün  onun  başcığı  bədənin  bintlə  sarman 

hissəsindən kənarda olmamalı, bint bunun üstündən sarınmalıdır. Bintin 

hər dövrəsi əvvəlki dövrənin yarısını və ya üçdə iki hissəsini örtməlidir. 

Bint sarğısını binti bərkitməklə tamamlayırlar. Bintin ucunu uzununa iki 

«quyruğa» cırıb və ya kəsib bint sarınmış ətrafa dolayaraq, yaranın qarşı 

tərəfində bağlamgq olar. Bintin lap ucundan yox, 5-7 sm uzaqda cırmağa 

başlamaq və sonra axıra qədər parçalamaq yaxşıdır. Binti tikmək və ya 

onun ucunu sarğıya sancaqlayıb bərkitmək də olar. 

Düzgün qoyulmuş sarğıda büküşlər, qırışlar olma¬malı, bintin dövrələri 

sarğıdan ayrılmamalıdır. 

Dairəvi sarğı. Biləyi, baldırın aşağı hissəsini bu üsulla bintlə sarımaq rahat 

olur. Binti dairəvi sarıyaraq hər bir qabaqkı dövrəni tamamilə örtürlər. 

Spiral sarğı. Sarğını 2-3 dəfə dairəvi, sonra isə spiral şəklində sarıyır və 

əvvəlki  dövrəni  qismən  (üçdə  iki  hissə¬sini)  örtürlər.  Bint  sarımağın 

istiqamətindən asılı olaraq sarğı qalxan və ya enən ola bilər. 

Xaçabənzər və ya səkkizəbənzər sarğı. Sarğının bu tipi xarici görünüşünə 

görə bədənin mürəkkəb hissələrinə bint sarımaq üçün münasibdir. 

Sünbülşəkiili sarğı. Bu, səkkizəbənzər sarğının bir növüdür. 

Bütün barmaqlar üçün sarğı («cəngavər əlcəyi»). Bir 

neçə  barmağa  ayrı-ayrılıqda  bint  sarımaq  lazım  gəldikdə  binti  barmağa 

spiral şəklində sarıyıb sonra onu biləyin  

  

İnsan skeleti 



downloaded from KitabYurdu.org


130 

 

  



sümüyü; 11-dirsək sümüyü; 12-bilək sümükləri; 13-əl darağı sümükləri; 

14-barmaq falanqaları; 15-oma sümüyü; 16-büzdüm sümüyü; 17-çanaq; 

18-bud;  19-diz  qapağı;  20-qamış  sümüyü;  21-incik  sümüyü;  22-daban 

sümüyü; 23-ayaq daraqarxası; 

24-ayaq barmaqları falanqaları. 

  

  



Skelet əzələləri 

1-ənsə-alın əzələsinin alm qarmcığı; 2-trapesiyayabənzər əzələ; 

3-ağızm  dairəvi  əzələsi;  4-deltayabənzər  əzələ;  5-böyük  döş  əzələsi;  6-

bazunun  ikibaşlı  əzələsi;  7-bazunun  üçbaşlı  əzələsinin  bayır  başı;  8-

qarının düz əzələsi; 9-said əzələləri; 1 O-dərzi əzələsi; 11-əl əzələləri; 12-

budun dördbaşlı əzələsi; 13-budun ikibaşlı 

əzələsi; 14-baldırın üçbaşlı əzələsi.  

  



Sınıqlar zamanı şinanın qoyulması 

  



  

  

Bint sarğıları 



  

downloaded from KitabYurdu.org




131 

 

xarici  səthi  üzrə  aparır  və  bu  üsulla  ayrı-ayrılıqda  digər  barmaqları  da 



sarıyırlar.  Sol  əldə  sarğı  çeçəlo  barmaqdan,  sağda  isə  baş  barmaqdan 

başlanır. Sarğını girdə dövrələrlə biləyin ətrafında tamamlayırlar. 

Başın  sadə  sarğısı  (papaqcıq).  Kəllənin  təpəsi  papaq  şəklində  qayıdan 

sarğı ilə örtülə bilər. Binti başın ətrafına iki dövrə sarıyaraq, burunun üst 

hissəsini və ənsə qabarı nahiyəsini əhatə edirlər. Sonra binti öndə büküb 

onu  başın  yan  səthi  üzrə  dairəvi  dövrədən  bir  qədər  yuxarı  çəpinə 

aparırlar. Bu sarğını iki bintlə etmək daha rahatdır. 

Yüyən  tipli  sarğı.  Bunu  aşağı  çənənin  yaralanmaları  və  ya  sınıqları 

zamanı,  çıxıqları  yerinə  saldıqdan  sonra  və  s.  müvəffəqiyyətlə  tətbiq 

etmək olar. 

Bir göz üçün sarğı. Sarğı başın ətrafında girdə dövrələrlə başlanır, belə ki, 

sağ  göz  üçün  binti  soldan  sağa,  sol  göz  üçün  isə  əksinə,  sağdan  sola 

aparırlar.  Binti  üfüqi  dövrələrlə  bərkidib,  onu  arxadan  aşağı,  ənsəyə 

salladır və xəstə tərəfdən qulağın altından, yanaqdan yuxarı çəpinə aparıb, 

onunla  xəstə  gözü  bağlayırlar.  Çəp  dövrəni  dairəvi  dövrə  ilə  bərkidir, 

sonra  yenidən  çəp  dövrə  edərək  əvvəlki  dövrənin  yarısını  örtürlər. 

Beləliklə, növbə ilə çəp və dairəvi dövrələr edilərək gözün bütün sahəsi 

örtülür. 

Qulaq  nahiyəsi  üçün  sarğı.  Bir  qulağa  və  məməyə-  bənzər  çıxıntıya 

neopolitan sarğısı adlanan sarğı qoymaq rahat olur. 

Boyun  üçün  sarğılar.  Boyunun  yuxarı  hissəsində  ənsənin  xaçabənzər 

sarğısını  qoymaq  olar.  Onun  dövrələ¬rini  dairəvi  dövrələrlə 

növbələşdirmək lazımdır. 

Boyunun  aşağı  hissəsini  və  bütün  boyunu  bintlə  sarıdıqda,  dairəvi 

dövrələri  qoltuq  nahiyəsinin  üzərindən  gələn  ənsənin  xaçabənzər  və 

kürəyin sünbülşəkilli sarğıla¬rının dövrələri ilə tamamlayırlar. 

downloaded from KitabYurdu.org



132 

 

Sadələşdirilmiş sarğdar. Sadələşdirilmiş sarğılar çox müxtəlif olub, rahat 



qoyulur.  Onları  bədənin  ayrı-ayrı  hissələri  üçün  xüsusi  olaraq, 

parçalardan biçib düzəldirlər. Məsələn, əl üçün sarğı dördbucaq parçadan 

biçilib düzəl¬dilə bilər. Burada barmaqlardan ötrü dəliklər açırlar. 

Yapışqanlı  maddələrlə  (leykopiastır,  kleol  və  s.)  bər¬kidilən  sarğıların 

bint  sarğılarına  nisbətən  bir  sıra  üstünlüyü  vardır.  Onlar  sarğı 

materiallarının sərf edilməsi baxımından sərfəli, texniki cəhətdən sadədir. 

Sarğı  qoymaq  üçün  çox  vaxt  tələb  olunmıır,  xəstəni  sıxıb  ona  əziyyət 

vermir. Hazırda bu sarğılar geniş tətbiq edilir. 

Leykoplastırla sarğı. Leykopiastır lentinin eni müxtə¬lif olaraq rulonlar 

(makaralar)  şəklində  buraxılır.  O  quru  dəriyə  yaxşı  yapışır,  lakin  uzun 

müddət  işlətdikdə  plastırın  altındakı  dəri  qıcıqlanır,  sarğı  islandıqda  isə 

(irinlə  və  s.)  dəridən  qopur.  Kiçik  yaranın  üstündə  sarğı  materialını 

saxlamaq üçün leykoplastırın parçasını sarğının üzərinə qoyub plastırın 

sərbəst kənarlarını dəriyə yapışdırırlar. 

%  

VI.  QAN SİSTEMİ VƏ ONUN XƏSTƏLİKLƏRİ 



Qan sistemi 

Qanın tərkibi və bioloji funksiyaları. Qan orqanizmin normal fəaliyyətini 

təmin  edən  əvəzedilməz  anatomik-  funksional  sistemdir.  Qan  sisteminə 

qan. sümük iliyi, qaraciyər, dalaq, limfa düyünləri aiddir. Qan, limfa və 

toxamaarası  maye  orqanizmin  daxili  mühitini  təşkil  edir.  Buraya 

həmçinin onurğa beyni mayesi, göz almasının daxilindəki maye, sinovial 

maye və s. aiddir. 

Qan  və  limfa  orqan  və  toxumalar  arasında  humoral  əlaqə  yaradır.  Qan 

qırmızı  rəngə  boyanmış  maye  halında  toxumadır.  Onun  rəngi 

eritrositlərdə  olan  hemoqlobinin  hesabına  yaranır.  İnsan  orqanizmində 

qan qapalı damar sistemində hərəkət edir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə