S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə43/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   39   40   41   42   43   44   45   46   ...   153

139 

 

qan  damarları  divarında  müəyyən  qeyri-normal  dəyişik¬liklərə,  qan 



cərəyanının yavaşımasma və qan laxtalarının - trombun əmələ gəlməsinə 

gətirib çıxarır. 

Hemopoez.  Qanın  formalı  elementlərinin  orqanizmdə  yaranması  və 

morfofunksional  yetişməsi  prosesinə  hemo¬poez  deyilir.  Əsas 

qanyaradıcı orqanlara sümük iliyi, dalaq, limfa vəziləri və orqanizmin bir 

çox  toxumalarında  səpələnmiş  retikulo-endotelial  sistemin  hüceyrələri 

aiddir.  Hemopoezə  müsbət  təsir  edən  birləşmələrə  B12,  BÖ,  C 

vitaminlərini,  eləcə  də  fol  turşusunu  və  digər  bioloji  aktiv  maddələri 

göstərmək olar. 

Limfanın  fizioloji  əhəmiyyəti.  Limfanın  orqanizmdə  böyük  bioloji 

əhəmiyyəti vardır. Limfa sistemi limfadan, limfa damarlarından və limfa 

vəzilərindən  ibarətdir.  Bu  sistem  mayenin  toxuma  və  hüceyrəarası 

sahələrdən  qan  damarlarına  keçməsini,  orqanizmdə  dövr  edən  qanın 

həcminin  nizamlanmasını,  orqanizmin  mühafizəsini  təmin  etməkdə 

mühüm  rol  oynayır.  Qidalanmadan  sonra  qida  maddələrinin 

bağırsaqlardan nəql olunmasında limfanın rolu böyükdür. Limfa əsasən 

toxumaarası və hüceyrəarası sahələrdə yaranır. Oradan kapilyarlara, sonra 

limfa  damarlarına  və  limfa  vəzilərinə  daxil  olur.  Burada  limfanın 

filtrasiyası başlanır. Orqanizmə uyğun olmayan maddə¬lərdən təmizlənir. 

Limfa vəzilərində limfositlər yaranır, qamma-qlobulin sintez olunur.' 

Nisbi  sabitliyə  malik  olsa  da,  orqanizmin  ayrı-ayrı  inkişaf  və  böyümə 

dövrlərində  qanın  tərkibi  müəyyən  istiqamət  və  dərəcədə  dəyişikliyə 

uğrayır. 

Qan sisteminin xəstəlikləri 

Qan sistemində müxtəlif orqan və sistemlərin xəstəliklərinin simptomları 

olan  patoloji  dəyişikliklər  və  bu  sistemin  özünün  müstəqil  xəstəlikləri 

ayırd edilir. 

downloaded from KitabYurdu.org




140 

 

Qanda  eritrositlərin  sayının  azalmasına  anemiya,  art¬masına  eritremiya 



və ya polisitemiya, leykositlərin sayının 

azalmasına  leykopeniya,  artmasına  leykositoz,  trombosit-  ləriıı  sayının 

azalmasına trombositopeniya, artmasına trombositoz deyilir. 

Anemiyalar 3 böyük qrupa bölünür: 

I. 

Posthemorragik  (qanitirmədən  sonra  inkişaf  edən)  anemiyalar. 



Yaralanma  və  ya  daxili  orqanlardan  şiddətli  qanaxma  ilə  əlaqədar 

qanitirmə kəskin anemiyaya səbəb olur. Qəflətən xəstənin rəngi avazıyır, 

dərisi  yapışqan  tərlə  Örtülür,  tənəffüsü  tezləşir,  nəbzi  zəifləyir, 

başgicəllənmədən,  qulaqlarda  küydən,  ürəkdöyünmədən,  susuzluqdan, 

zəiflik¬dən şikayətlənir. Bayıla bilər. Dövr edən qanın 25 faizi itirildikdə, 

toxumalarda hipoksiya törənir və orqanizmdə kompensator dəyişikliklər 

əmələ gəlir: damarların spazmı arterial təzyiqin çox enməsinin qarşısını 

alır,  depolardakı  qan  damarlara  keçib,  dövr  edən  qanın  həcmini  artırır, 

daha sonra qanyaranma prosesksürətlənir. 

Babasil,  mədənin  və  onikibarmaq  bağırsağın  xora  xəstəliyi,  uşaqlıqdan 

qanaxma,  hemofiliya  zamanı  orqaniz¬min  tez-tez  az  miqdarda  qan 

itirməsi xronik anemiyaya səbəb olur. 

Qanitirmə  nəticəsində  törənən  anemiyalar  zamanı  ilk  növbədə 

qanaxmanın  mənbəyini  tapıb  aradan  qaldırmaq  lazımdır.  Qan  və  ya 

eritrosit  kütləsi  köçürüb,  hemodez,  poliqlükin  kimi  qanı  əvəz  edən 

məhlullar yeridir, dəmir preparatları verirlər. 

II. 

Qanyarannıanın  pozulması  nəticəsində  törənən  anemiyalar. 



Qanyaranmanm  pozulmasının  əsas  səbəblərini  nəzərə  almaqla  bu 

anemiyaları aşağıdakı kimi qruplaş¬dırmaq olar: 

A. 

Qanyaranmada  iştirak  edən  amillərin  çatışmazlığı  ilə  əlaqədar 



anemiyalar:  dəmir,  B12  vitamini,  fol  turşusu  çatışmazlığı  nəticəsində 

downloaded from KitabYurdu.org




141 

 

törənən anemiyalar, xlorozlar, Addison - Birmer xəstəliyi (bədxassəli və 



ya pernisioz anemiya) və s.' 

B. 


Sümük iliyinin zədələnməsi və funksiyasının pozulması nəticəsində 

törənən anemiyalar: hipoplastik və 

aplastik  anemiyalar.  Orqanizmin  antianemik  amillərdən  (B12  vitamini, 

dəmir və s.) istifadə edə bilməməsi ilə əlaqədar olan anemiyalar (axrestik 

anemiya, sideroaxrestik anemiya və s.) da buraya aiddir. Hipoplastik və 

aplastik anemiyalar irsi və qazanılma ola bilər. 

Bədxassəli  anemiyanm  (Addison  -  Birmer  xəstəliyi)  da  irsi  xarakter 

daşıdığı güman edilir. Bu xəstəlik tədricən inkişaf edir. Xəstələrin dərisi 

solğun,  sifəti  şişkin  olur,  zəiflikdən,  başağrısından,  başgicəllənmədən, 

ürəkdöyünmə- dən, təngnəfəslikdən, tez yorulmadan və s. şikayətlənirlər. 

Bəzi  xəstələrin  həzm  sistemində  (ürəkbulanma,  gəyirmə,  ishal)  və  sinir 

sistemində (hissiyyatın, yerişin pozulması və s.) dəyişikliklər törənir. 

Qanda eritrositlərin sayı çox az (1 mm3 qanda 800000-ə çata bilər), amma 

tərkibində  hemoqlobin  nisbətən  artıq  olur.  İri,  patoloji  formalı  (oval, 

aypara  və  s.  şəklində)  erıtrositlər,  həmçinin  onların  nüvəsinin  qalıqları 

aşkar edilir. 

Həmin anemiyalarm müalicəsində B12 vitamini, fol turşusu tətbiq edilir, 

qan köçürülür. 

III.  Henıolitik  anemiyalar.  Eritrositlərin  sürətlə  hemo-  lizə  uğrayaraq 

parçalanması  (damar  daxilində,  həmçinin  dalaqda,  sümük  iliyində, 

qaraciyərdə  və  s.)  nəticəsində  əmələ  gəlib,  irsi  (orağabonzər  hüceyrəli 

anemiya, sferositar ane¬miya, talassemiyalar və s.) və qazanılma olur. 

İrsi  formalar  zamanı  dəmir,  kobalt,  arsen  preparatları  verilir,  dalaq 

çıxarılır; qazanılma anemiyalar əsasən korti- kosteroidlərlə müalicə edilir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə