142
Leykozlar - qan sisteminin bədxassəli şiş xarakterli xəstəliyidir. Müstəqil
xəstəlik olan leykoz simptom xarak¬teri daşıyan leykositozdan həm də
əsasən leykositlərin sayının həddən çox (bir neçə yüz min və hətta
milyonadək) artması ilə fərqlənir. Leykositlərin yetkin olmayan və
patoloji formaları daha çox artıb, normal leykositlərin, həmçinin
eritrositlərin və trombositlərin əmələ gəlməsini zəiflədir. Qanda bunların
sayı azalır. Leykozun köhnəlmiş leykemiya (ağqanlılıq) adı da bununla
əlaqədardır. Nəticə-
də orqanizmin infeksiyalara qarşı müqaviməti azalır, anemiya inkişaf
edir, qanaxmalar müşahidə edilir. Qaraci¬yər, dalaq, limfa vəziləri
böyüyür.
Leykozlar kəskin (mieloblast, limfoblast, plazmoblast leykozıı) və xronik
(mieloleykoz, limfoleykoz, mieloma) olur.
Leykozlar zamanı şüa müalicəsi aparılır, anomal hü¬ceyrələrin əmələ
gəlməsini zəiflədən sitotoksik dərmanlar təyin edilir.
♦
Hemofiliya. irsi xəstəlik olub, qanın laxtalanmama- sıdır. Qanaxma halı
ilə təzahür edən ağır xəstəlikdir. Qanaxma qanın plazmasında bəzi zülali
maddələrin (laxta¬lanma amillərinin) lazımi miqdarda olmaması
nəticəsində protrombinin trombinə yavaş çevrilməsi nəticəsində baş verir.
Xəstəlik əsasən kişilərdə müşahidə edilir. Qadınlar bu xəstəliyi öz
uşaqlarına keçirir, lakin özləri xəstələnmirlər.
Xəstəliyin ilk əlamətləri hələ uşaqkən aşkar olur. Belə xəstələrdə hər hansı
travmadan, hətta cüzi bir zədədən (sıyrıntı, iynə yarası) sonra qanaxma
meydana çıxır ki, bu, saatlarla hətta günlərlə davam edə bilər. Tez-tez dəri
altına, əzələyə, oynaqlara qansızma olur. Bu sonuncu halda xəstələrdə
oynaqların çətin hərəkətliliyi, ankilozlar əmələ gəlir. Tez-tez təkrar edən
uzunmüddətli qanaxma azqan- lılığa səbəb olur. Qanı müayinə edən
downloaded from KitabYurdu.org
143
zaman onun laxta¬lanma müddətinin kəskin surətdə yavaşıdığı aşkar
edilir.
Hazırda hemofiliya ilə xəstələnənləri tam müalicə edə biləcək dərman
yoxdur. Artıq başlanmış qanaxmanı dayandıran və qanın laxtalanmasmı
artıran ən etibarlı üsul 150 - 200 ml miqdarında təkrarən qan, yaxud
plazma köçürməkdir. Hemotransfuziya ilə birlikdə yerli qankəsici vasitə
kimi soyuq, təzə qan və plazma hopdurulmuş tənzif kompreslər tətbiq
edirlər. Turnanm köməyilə qanaxmanın dayandırılması məsləhət
görülmür. Xəstələrin qidasında müxtəlif və lazımi miqdarda zülallarla
vitaminlər olmalıdır. Belə xəstələr zədələnmədən qorunmalı, daim həkim
nəzarətində olmalıdırlar.
Qanaxmalar zamanı ilk yardım
Bədbəxt hadisələr nəticəsində qanaxmalar əmələ gəlir.
Belə
hadisələr
istehsalatda,
məişətdə,
nəqliyyatda,
idman
meydançalarında və s. baş verə bilər. Bütün zədələn- mələr arasında əsas
yeri uşaq zədələnmələri tutur ki, bu da daha çox uşaqların nəzarətsiz
qaldıqları üçün olur.
Yaranın ən təhlükəli və yaralının həyatı üçün bilava¬sitə təhlükə törədən
ağırlaşması qanaxmadır. Qanaxma qanın zədələnmiş qan damarlarından
xaricə axmasıdır. Damar zədələndikdə dərhal baş verən qanaxma ilkin
qanaxma, bundan bir qədər sonra baş verən qanaxma isə ikincili qanaxma
adlanır.
Zədələnmiş damarın xarakterindən asılı olaraq qanaxmalar arterial,
venoz, kapilyar və parenximatoz olur.
Arterial qanaxma ən qorxulusudur. Çünki az vaxtda daha çox qan itirilə
bilər. Arterial qanaxmanın əlamətləri qanın al-qırmızı rəngdə olması və
sürətlə axmasıdır. Venoz qanaxmada qanın rəngi bir qədər tünd olur.
downloaded from KitabYurdu.org
144
Kapilyar qanaxmalar səthi zədələnmələr zamanı, daxili orqanlar
zədələndikdə baş verir.
Qanın axma yerinə görə daxili və xarici qanaxmalar ayırd edilir. Xarici
qanaxmada qan xaricə tökülür. Daxili qanaxma zamanı isə qan daxili
orqanlara və ya boşluqlara axır. Qanın hüceyrəarası sahəyə toplanmasına
qansızma deyilir. Toxumalara qan sızdıqda həmin orqan şişir.
Orqa¬nizmin birdən-birə 1,5-2 litr qan itirməsi ölümlə nəticələnir.
Qanaxmanın növündən və ilk tibbi yardım göstərər¬kən əldə olan
vasitələrdən asılı olaraq, onu daimi və ya müvəqqəti dayandırırlar. Xarici
arterial qanaxmam da- yandırmaq üçün damarı barmaqla sümüyə sıxıb,
turna və ya burmac qoymaq lazımdır. Xarici venoz və ya kapilyar
qanaxmalarda yaraya steril sıxıcı sarğı qoyulur.
Turna (jqut) qoymaq ətrafların iri arteriya damarla¬rının zədələnməsində
qanaxmanı dayandırmağın ən əlverişli üsullarından biridir. Turna
qanaxma nahiyəsindən
bir qədər yuxarıda qoyulur, paltarın üstündən, paltar olmadıqda hər hansı
bir bint və ya parça materialından istifadə etməklə, əzələ və dəri
sıxılmasmm qarşısı alınır. Turnanı o dərəcədə sıxmaq lazımdır ki, qan
dayansın. Çox sıxılarsa, ətrafın qidalanması pozular, az sıxıldıqda isə qan
daha çox axa -bilər.
Turnamn qoyulduğu saat, dəqiqə bir kağıza yazılır və turna qoyulan yerə
bərkidilir. Turnamn üstü örtülür, yaralıya ağrıkəsən dərman verilir və ya
iynə ilə yeridilir. Turna ən çoxu 1,5-2 saat saxlamla bilər.
Turnamn müddəti keçdikdən sonra xəstə həkimə çatmayıbsa, turnanı 5-
10 dəqiqə müddotinə boşaltmaq, bir qədər fasilədən sonra yenidən
qoymaq lazımdır. Vaxt yenidən qeyd olunub, turna bərkidilir.
VII. ÜRƏK-DAMAR SİSTEMİ VƏ
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |