136
İnsanda qan qrupu sabitdir, həyat fəaliyyətində də¬yişmir, irsi olaraq
müəyyən sxem üzrə valideynlərdən övladlara keçir.
Qan qrupları eritrositlərin tərkibindəki yapışan hissəciklərdən -
aqqlütinogenlərdən (A və B) və plazmada olub, eritrositləri yapışdıran
hissəciklərdən - aqqlütinin-
lərdən (a və p) hansılarının şəxsin qanında olmasından asılıdır.
Eyni şəxsin qanında oxşar, aqqlütinogen və aqqlütinin (A və a yaxud B
və /3)ola bilməz. Qanköçürmə nəti¬cəsində donorun (qan verən şəxsin)
eritrositlərindəki aqqlütinogenlər resipiyentin (qan köçürülən şəxsin) qan
plazmasmdakı oxşar aqqlütininlərlə görüşdükdə, aqqlüti- nasiya törənir
ki, bu da ölümə səbəb olur. Ona görə də qan köçürərkən diqqətli olmaq
zəruridir. Belə ki, hər bir qan qrupuna uyğun gələn, yəni köçürülməsi
mümkün olan qan qrupu müəyyənləşdirilmiş və cədvəl şəklində
verilmişdir (1- ci cədvəl).
Cədvəldən göründüyü kimi I qrup qanı hər hansı qrupdan olan resipiyentə
köçürmək olar. IV qrupa mənsub resipiyentə isə hər hansı qrupdan olan
donorun qanını köçürmək mümkündür. Odur ki, I qrupa mənsub şəxslərə
universal donor, IV qrupdan olanlara isə universal resi- piyent deyilir. Hər
bir şəxsə öz qrupundan olan qanı da köçürmək olar.
Cədvəldəki «+» işarələri aqqlütinasiyanı, yəni belə qanköçürmə
nəticəsində resipiyentin öləcəyini, «-» işarəsi isə köçürülmənin
mümkünlüyünü göstərir.
1 -ci cədvəl
Donorun
qan
qrupları
və
eritrositlərdəki
aqqlütinogenlər
Resipiyentin qan qrupları və plazma- sındakı aqqlütininlər
a p P
a
0
I
II
III
IV
downloaded from KitabYurdu.org
137
I
o
— -
-
—
II
A
+
-
+
-
III
B
+
+
-
-
IV
AB +
+
+
-
Bütün insanların 85%-nin qanında rezus-amil vardır, 15 faizində isə bu
amil yoxdur. Bunların qanı rezus «-» sayılır. Ana ilə körpənin rezus amili
düz gəlmədikdə ana bətnində körpə üçün təhlükəli olur.
Qanın (axtalanmasının fizioloji mexanizmi. Qanm laxtalanması
mürəkkəb fermentativ proses olub, bu mexa¬nizmdə oksigen, qan
plazmasımn laxtalanma amilləri, kalsium ionları, qanda həll olmuş
fıbrinogen zülalı, protrom- bin, qanın formalı elementləri, xüsusən
trombositlər, bir sıra toxuma amilləri və s. iştirak edir. Qanm
laxtalanmasını sxematik olaraq, 3 əsas mərhələdə, bundan əlavə,
başlanğıc və yekun mərhələlərində təsvir etmək olar. Əvvəlcə qan
damarının mənfəzi daralır, oraya qanm formalı elementləri yığılır,
trombositlər parçalanaraq, bəzi amillərin və kalsium ionlarının iştirakı ilə
tromboplastini əmələ gətirir. Bu isə kalsium ionlarının iştirakı ilə qeyri-
fəal protrombini fəal trombinə çevirir. Trombin yenə kalsium ionlarının
iştirakı ilə plazmadakı fibrinogeni fibrin tellərinə çevirir. Fibrin torcuq
əmələ gətirir ki, formalı elementlər orada yığılıb qalır.
Orqanizmdə bəzi maddələr qanm laxtalanmasınm qarşısım alır.
Bunlardan biri qaraciyərdə və ağciyərlərdə hazırlanan heparindir. Xarici
mühitin temperaturu və həyəcan, qorxu hissi isə qanm laxtalanmasını
sürətləndirir. Laxtalanma amillərinin biosintezi pozulduqda insanda
hemofiliya xəstəliyi baş verir.
Qanın maye halından həlməşik hala keçmə qabiliyyəti çoxdan məlumdur.
Eləcə də yaralanmalar, travmalar və s. zamanı qanitirmə ilə mübarizədə
qanm laxtalanma qabiliy¬yətinin həyati əhəmiyyətə malik olması da
downloaded from KitabYurdu.org
138
bəllidir. Eyni zamanda qanm laxtalanmasınm pozulması, xüsusilə onun .
laxtalanmasınm sürətlənməsi ciddi fəsadlara səbəb olur.
Yaralanma nəticəsində damar divarının tamlığı pozulduqda, qan
laxtasının - trombun əmələ gəlməsi qanı damar mənfəzi hüdudlarında
saxlamağa və qanaxmanı da¬yandırmağa yönəlmişdir. Böyük
damarlardan qanaxma ani ölümə səbəb ola bilər. Daxili qanaxma daha
təhlükəlidir, çünki xəstə və həkim onu hiss etmir, faciəli nəticə qəflətən
baş verir. Bir sözlə, qanitirmə həyatdan ölümə doğru gedən vəziyyətdir.
Buna görə də orqanizmin özü qanaxmanın nəticələri ilə mübarizədə bütün
müdafiə mexanizmlərini səfərbərliyə alır. Bunlara eritrositlərin
yaranmasının stimul- yasiyası, hemoqlobinin oksigenlə maksimal
doyması, qanm qan depolarından damar mənfəzinə səfərbərliyi,
damarların daralması, arterial təzyiqin yüksəlməsi və s. misal göstərmək
olar. Bunlardan qanm laxtalanmasınm sürətlənməsinin və . trombun
əmələ gəlməsinin mühüm əhəmiyyəti vardır.
Yuxarıda qeyd etdiyimiz kimi, qanm laxtalanma sis¬temi çox mürəkkəb
mexanizmə - yüksək özünütənzimləmə qabiliyyətinə malikdir. Ancaq
həddindən artıq güclü qıcıqların təsiri və ya bu qıcığın uzun müddət
davam etməsi zamanı müdafiə-uyğunlaşma reaksiyaları zəifləyir, tənzim
mexanizmləri sıradan çıxır.
Qanm laxtalanma qabiliyyətinin ləngiməsi ilə əla¬qədar olan
ağırlaşmalara, əsasən, qanitirmələr, müxtəlif mənşəli qanaxmalar və
hemorragik diatezlər, yəni orqaniz¬min qanitirməyə meylliyi aiddir.
Qanm laxtalanmasınm sürətlənməsi isə müxtəlif lokalizasiyalı trombun
əmələ gəlməsinə səbəb olur.
Laxtalanmanm sürətlənməsi ilə əlaqədar olan ən ciddi ağırlaşmalardan
biri damar daxilində trombun əmələ . gəlməsidir. Qanm laxtalanma
qabiliyyətinin sürətlənməsi
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |