S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə37/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   33   34   35   36   37   38   39   40   ...   153

120 

 

körpələrdə daha çox müşahidə edilir və qıclığa səbəb olur. 



f • 

Ürəyi  zəif  olanlar,  xüsusən  qocalar  da  bədən  temperatu¬runun 

yüksəlməsinə  pis  dözürlər.  Qızdırmanın  sonuncu  mərhələsində  bədən 

temperaturunun birdən-birə (kritik) enməsi kəskin damar çatışmazlığının 

inkişaf etməsinə, kollapsın əmələ gəlməsinə səbəb ola bilər.  

V. 


İSTİNAD-HƏRƏKƏT APARATI VƏ 

ONUN XƏSTƏLİKLƏRİ 

İstinad-hərəkət aparatı 

istinad-hərəkət aparatına skeleti təşkil edən sümüklər, onların birləşmələri 

və  əzələlər  aiddir.  Skelet  istinad-  hərəkət  aparatının  passiv,  əzələlər  isə 

aktiv  hissəsini  təşkil  edir.  Skelet  200-dən  artıq  sümükdən  ibarət  olub, 

orqanizm¬də  istinad  funksiyasını  daşımaqla  bərabər,  qanın  mineral 

tərkibinin  sabit  saxlanılmasına  zəmin  yaradır,  eyni  zamanda  sümük 

iliyini,  mərkəzi  sinir-sistemini,  ürəyi  və  bəzi  digər  orqanları  mühafizə 

edir. Funksiyası ilə əlaqədar olaraq, sümüklər müxtəlif formalarda olur. 

Formasına görə sümüklər 4 qrupa bölünür: uzun sümüklər-əsasən borulu 

sümüklər olub, ling vəzifəsi daşıyır. Onların iki - uc hissəsi və bir cismi 

vardır. Qısa sümüklər - skeletin daha az hərəkət, elastiklik və möhkəmlik 

tələb edilən hissələrində olur. Bunlara fəqərələr, bilək və ayaq daraqarxası 

sümük¬ləri aiddir. Yastı və enli sümüklər - boşluqların divarlarını əmələ 

gətirir. Qarışıq sümüklər gicgah, üz sümükləri və digərləridir. 

Sümüyün fiziki xassələri onun kimyəvi tərkibindən asılıdır. Sümüyün 20-

40  faizi  sudan,  60-80  faizi  isə  quru  maddədən  təşkil  olunmuşdur.  Quru 

maddənin  65-70  faizi  qeyri-üzvi  birləşmələrdən,  qalan  hissəsi  üzvi 

maddələrdən  ibarətdir.  Üzvi  birləşmələrə  əsasən  zülal,  az  miqdarda  isə 

yağ və karbohidrat daxildir. Zülallar sümüklərin elas- tikliyini təmin edir. 

Mineral maddələrin əsas hissəsini kaisium-fosfat, az miqdarda kalsium-

downloaded from KitabYurdu.org



121 

 

karbonat,  kalsium-  florid,  kalsium-hidroksid  kimi  duzlar  əmələ  gətirir. 



Bundan  başqa,  sümüklərin  tərkibində  kalium,  natrium,  xlor,  manqan, 

kobalt,  mis,  nikel  və  digər  elementlər  vardır,  insan  orqanizmində  olan 

kalsiumun  99%-i,  fosforun  87%-i,  maqneziumun  58%-i  məhz  sümük 

toxumasında toplanmış¬dır. Bu mineral maddələr sümüyə bərklik verir. 

Sümüyün 

tərkibi  yaşla  əlaqədar  olaraq  dəyişilir.  Belə  ki,  uşaq  yaşlarında  üzvi 

maddələr çoxluq təşkil edir, qocaldıqca isə qeyri-üzvi maddələr daha çox 

olur. Sümüklər birləşdirici toxuma və qığırdaq toxuması hesabına inkişaf 

edir. Qığırdaq əsasında sümüyün inkişafı qığırdaqdaxili və qığır- daqdan 

xaric sümükləşmə kimi təzahür edir. Skelet sümükləri bir-biri ilə oynaq 

və yarımoynaqlar vasitəsilə birləşir. Yarımoynaqlar fasiləsiz birləşmələr 

olub, kəllə və büzdüm sümüklərinə aiddir. Oynaqlar sümüklərin hərəkətli 

birləşmələri olub, bunlara ətrafların birləşmələri aiddir. Oynaqlar iştirak 

edən  sümüklərin  sayma  görə  sadə  və  mürəkkəb  olur.  İki  sümük  iştirak 

edərsə, sadə, daha çox sümük iştirak edərsə, mürəkkəb oynaq adlanır. 

Skelet kəllə, ətraflar və gövdə şöbələrindən ibarətdir. 

Gövdə skeletinin əsasını 33-34 fəqərədən ibarət onurğa sütunu təşkil edir. 

İnsanın skeletində 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4-5 büzdüm fəqərələri 

ayırd edilir. Hər bir fəqərə cisimdən, fəqərə qövsündən və çıxıntılardan 

ibarətdir.  Fəqərələr  döş  qəfəsinin  əmələ  gəlməsində  iştirak  edir.  Döş 

qəfəsi  döş  fəqərələrindən,  12  cüt  qabırğadan,  bir  cüt  körpücük 

sümüyündən təşkil olunmuşdur. Qabırğaların 10 cütü qığırdaq vasitəsilə 

döş sümüyünə birləşmişdir. 

Kəllənin skeleti beyin və üz hissələrindən təşkil 

olunmuşdur. Beyin şöbəsinə bir alın, bir cüt təpə, bir cüt 

gicgah, bir ənsə, bir əsas və bir xış sümüyü daxildir. Gicgah 

sümüklərində xarici qulaq keçəcəyi dəliyi, ənsə sümüyündə 

downloaded from KitabYurdu.org




122 

 

• • 



ənsə dəliyi yerləşmişdir. Uz şöbəsi bir ədəd alt çənə sümüyündən, üst çənə 

və  burun  sümüklərindən,  eləcə  də  damaq,  dilaltı  və  digər  sümüklərdən 

təşkil olunmuşdur. 

Kəllə skeleti bir sıra mühüm orqanları mühafizə edir. Həzm və tənəffüs 

sisteminin  bəzi  hissələri,  (ağız,  burun  və  s.)  üçün  isə  möhkəm  istinad 

təşkil  edir.  Kəllə  sümükləri  formaca  yastı  sümüklər  olub,  ikiqat  sərt  və 

bunların arasında yerləşən birqat süngər maddədən ibarətdir. 

Ətraf skeleti yuxarı və aşağı ətrafların skeletindən ibarətdir. Yuxarı ətraf 

qurşağına bir cüt kürək və bir cüt 

körpücük sümükləri daxildir. Yuxarı ətraflar bazu, said (dirsək və mil) və 

əl sümüklərindən (8 bilək, 5 ədəd əl darağı və barmaq sümükləri) təşkil 

olunmuşdur. Aşağı ətraflar isə bud, baldır (incik və qamış), diz qapağı və 

ayaq sümük¬lərindən (7 ayaq daraqarxası, 5 ayaq darağı, ayaq barmaqları 

sümükləri) ibarətdir. Aşağı ətraf qurşağı bir cüt yastı çanaq sümüyündən 

və  bir  büzdüm  sümüyündən  təşkil  olunmuşdur.  Yuxarı  və  aşağı  ətraf 

sümükləri  hərəkətli  şəkildə  birləşmişdir  ki,  bu  da  insanın  müxtəlif 

hərəkətlərinə imkan verir. 

İnsanın  32  dişindən  16-sı  üst,  16-sı  alt  çənədə  yerləş-  mişdir.  Yetkin 

insanda 4 cüt kəsici dişlər, 2 cüt köpək dişlər, 4 cüt kiçik azı, 6 cüt böyük 

azı' dişləri ayırd edilir. Hər bir diş 3 hissədən - tac, boyun və kökdən ibarət 

olub, diş  alveolunda yerləşir.  Dişi  xaricdən örtən diş  minası  onu xarici 

təsirlərdən, istidən və soyuqdan qoruyur. Dişin içə¬risində olan boşluqda 

sinirlər Və qan damarları vardır. Qan damarları dişi qidalandırır, sinirlər 

isə onu sinirləndirir. 

Skelet əzələləri və onların funksiyaları 

Skelet əzələləri eninəzolaqlı əzələ liflərindən təşkil olunmuşdur. Hər bir 

əzələyə  qan  damarları  və  sinirlər  gəlir.  Skelet  əzələləri  hissi  və  hərəki 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə