133
insanın qanı plazmadan və qanın formalı element¬lərindən ibarətdir. Qan
bədən çəkisinin orta hesabla 7,5 faizini təşkil edir ki, bu da yaşlı insanda
5-6 litrə bərabərdir. Orqanizmdə qanın 45 - 50%-i qan depolarında -
dalaqda, qaraciyərdə və dərialtı kapilyarlarda olur. Qanın üçdə iki
hissəsinin itirilməsi ölümlə nəticələnir. Qanın aktiv reaksiyası zəif
qələvidir. Onun kişilərdə 47 faizini, qadın¬larda isə 42 faizini formalı
elementlər təşkil edir.
Formalı elementlər çökdürüldükdən sonra qanın plazması alınır.
Plazmanın 90-92 faizini su, qalan hissəsini quru maddə təşkil edir. Quru
maddənin çox hissəsi üzvi maddələrin payına düşür.
Qanda həll olmuş ion və molekullar (əsasən mineral) onun osmotik
təzyiqini, zülallar isə onkotik təzyiqini əmələ gətirir. Osmotik təzyiq qanla
hüceyrələr arasındakı maddələr mübadiləsində, onkotik təzyiq isə su
balansının tənzimində mühüm rol oynayır.
Qanın formalı elementləri eritrositlər, leykositlər və trombositlərdir.
Eritrositlərin və ya qırmızı qan hüceyrələrinin əsas
bioloji funksiyası qaz mübadiləsində iştirak etməsidir. Eyni
zamanda onlar öz üzərlərində toksinləri, hormonları və s.
birləşmələri adsorbsiya etmək qabiliyyətinə malikdir. • •
Eritrositlər qırmızı qan iliyində yaranır. Omrü insanda orta
hesabla 126 günə bərabərdir. Olmüş eritrositlər əsasən qaraciyərdə və
dalaqda dağılır və ya faqositoz yolu ilə udulur. Bu zaman hemoqlobin
parçalanaraq bilirubinə çevrilir ki, bu da ödün tərkibində öd kisəsindən
oniki- barmaq bağırsağa keçir.
Normal şəraitdə insanın hər kub mm qanında 4,5-5 milyon eritrosit və 14-
15 faiz hemoqlobin vardır. Normal şəraitdə kişilərin qanında eritrositlərin
downloaded from KitabYurdu.org
134
çökmə sürəti 1 saat ərzində 3-9 mm, qadınlarda 7-12 mm, körpələrin
qanında 1-2 mm olur.
Leykositlər və ya ağ qan hüceyrələri, daha doğrusu, onların bəzi növləri
qana düşmüş mikrob və digər yad cisimləri faqositoz yolu ilə məhv edir.
Leykositlər müxtəlif xəstəliklərin törədicilərinə və orqanizm üçün uyğun
zülal molekullarma qarşı antitellərin (əks-cisimlərin) əmələ gəlməsində
iştirak edir. Leykositlər həmçinin qanın laxta- lanmasmda, qidalanmadan
sonra həzm orqanlarından qana keçən zülal təbiətli toksinlərlə rabitəyə
girərək onların xaric olunmasında iştirak edir.
Leykositlərin ümumi sayı qanın hər kub ııım-də 4-9 mindir. Onların ömrü
orta hesabla 2-15 gündür. Leyko¬sitlər limfa vəzilərində, dalaqda, timus
vəzisində, qırmızı sümük iliyində və selikli qişa toxumasında əmələ gəlir.
Leykositlərin sayının artmasına leykositoz, azalmasına leykopeniya
deyilir.
Trombositlər dalaqda və sümük iliyində əmələ gəlir. Qanm 1 kub mm-də
onların sayı 200-400 minə bərabərdir. Trombositlərin ömrü 3-5 gün təşkil
edir. Onlar əsasən qanm laxtalanmasmda mühüm rol oynayır. A və B qrup
vitaminləri çatışmadıqda trombositlərin sayı azalır.
Qanyaradıcı orqanların fəaliyyətinə B12, B6 və C vitaminləri müsbət təsir
göstərir və onu mərkəzi sinir
sistemi tənzim edir. Simpatik sinir sistemi bu prosesi aktiv¬ləşdirir,
parasimpatik sinir sistemi isə ləngidir. Qanyaradıcı orqanlara
hormonlardan tiroksin və adrenalin təsir edir.
Qan orqanizmdə dövr edərək, bir çox funksiyaları yerinə yetirir:
1.
Orqanizmin daxili mühitinin əsas hissəsini təşkil edir və onun
sabitliyini saxlayır.
2.
Orqanizmin qaz mübadiləsində iştirak edir.
downloaded from KitabYurdu.org
135
3.
Qida maddələrinin, oksigenin, həmçinin lazımsız mübadilə
məhsullarının və karbon qazının daşınmasım təmin edir.
4.
Orqanizmdə humoral tənzimedici sistemin fəaliy¬yətinə kömək
edir.
5.
İfrazat funksiyasında iştirak edir.
6.
Bədən temperaturunun tənzimini yaxşılaşdırır.
7.
Orqanizmdə su mübadiləsinin tənzimində əsas rol oynayır.
8.
Orqanizmdə toxumaların bərpa olunmasına xidmət
edir.
9.
Orqanizmin mühafizə funksiyalarının təşkilində (immunitet və
faqositoz) qan xüsusi rol oynayır. Qanın tərkibindəki qamma-qlobulin
zülalları yoluxucu xəstəlik¬lərin törədicisi olan mikroorqanizmlərə və
viruslara qarşı antitellər kimi çıxış edir, onların zəhərlərini neytrallaşdırır.
immunitet - orqanizmin infeksion və qeyri-infeksion təbiətli yad
maddələrdən miihafizəedilmə qabiliyyətidir.
İmmunitet bütün canlı orqanizmlərdə təsadüf edilən və irsən keçən, eləcə
də həyat fəaliyyətində formalaşan mühüm bioloji prosesdir. Bu, insanın
müxtəlif yoluxucu xəstəliklərdən və yad cisimlərdən qorunmasını təmin
edir, immunitet anadangəlmə və qazanılma olur. Qazanılma immunitetə
aktiv və passiv immunitet, passiv immunitetə isə həyat fəaliyyətində təbii
yaranmış immunitet və süni yaradılmış immunitet aiddir. Daxili sekresiya
vəzilərində sintez olunmuş hormonlar bu prosesdə bilavasitə iştirak edir.
Qan qrupları. Qanitirmə zamanı bəzən insana qan köçürmək lazım gəlir.
Köçürülən qanın qrupu xəstənin qan qrupuna uyğun olmalıdır. İlk dəfə
1900-cü ildə Vyana alimi K. Landşteyner insanların qanım üç qrupa
bölmüş¬dür. 1907-ci ildə çex alimi Y. Yanski 4-cü qrupu əlavə etmişdir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |