126
Ağır sınıqlar zamanı şok halı ola bilər. Bəzən sınıqlar
arterial qanaxma ilə müşayiət olunur. Bu daha qorxuludur.
İlk tibbi yardım göstərərkən birinci növbədə qanaxma
• •
kəsilməlidir. Ümumiyyətlə, sınıqlar zamanı ilk yardım sınmış sümüklərin
hərəkətsizliyinin təmin olunmasına xidmət etməlidir. Sınıqlar zamanı
yardımın düzgün göstə- rilməməsi xəstənin vəziyyətini bir qədər də
ağırlaşdıra . bilər, şok əmələ gələr, qapalı sınıq açıq sınığa çevrilər və s.
Sınıq zamanı yardım göstərərkən, ilk əvvəl sınığın növünü, dərəcəsini
müəyyən etməli, xəstənin həyatı üçün təhlükəli əlamətlər aradan
qaldırılmalıdır. Bundan sonra ya şina qoymalı, ya da steril sarğı qoyub,
şina ilə bərkidil¬məlidir.
Şina qoyularkən, mümkünsə, hazır şinalardan istifadə edilməlidir. Bu, çox
rahatdır. Lakin şina olmadıqda müxtəlif vasitələrdən - taxta parçası,
karton hissəsi, metal lövhə və s. istifadə edilir. Bunların heç biri
olmadıqda isə, sınıq ətraflardadırsa, yuxarı ətrafı gövdəyə, aşağı ətrafı isə
digər ətrafa bağlamaq lazımdır.
Açıq sınıqlar zamanı qanaxma kəsilir, yara antiseptik maddələrlə işlənir,
steril sarğı qoyulur və sonra paltarın üstündən şina qoyulur. Qapalı sınıqda
sınıq nahiyəsinə • hərəkətsiz vəziyyətdə şina qoyulur. Hər iki halda
xəstəyə
ağrıkəsici dərman verilir və ya inyeksiya edilir. Tənəffüs pozulmuşsa,
süni tənəffüsdən istifadə edilir. Şok törənmiş¬sə, ona qarşı tədbirlər
görülür. Bütün hallarda xəstənin tez həkimə çatdırılması diqqət
mərkəzində olmalıdır.
Çıxıq yıxılma və zərbə nəticəsində oynaqlarda sümük¬lərin yerini
dəyişməsinə deyilir. Çıxıqlar iki cür - tam və natamam (burxulma) olur.
downloaded from KitabYurdu.org
127
Çıxıqlar zamanı oynaqlarda sümüklər yerini dəyişdikdə bağlar, vətərlər
gərilir, oynaq pərdəsi yırtılır, bəzən də damar və sinirlər zədələnir.
Çıxıqların əlamətləri aşağıdakılardır: ətrafın müəyyən vəziyyət alması,
görünüşünün dəyişilməsi, hərəkətin azal¬ması, uzunluğunun dəyişilməsi,
hərəkət zamanı oynaqda ağrı, şişmə, qızartı və s.
İlk yardım zədələnmiş ətrafın bir vəziyyətdə bərkidil¬məsi, şina ilə
bağlanmasıdır. Müalicə xəstənin uzanmış vəziyyətində aparılır. Xəstəni
narahat edən əlamətlərin aradan qaldırılması istiqamətində ilk yardım
göstərilir və tez həkimə çatdırılır.
Müalicədə sınmış sümüklər və oynaq sümükləri düzəldilir və gips sarğısı
qoyulur. 2-3 həftəyə patoloji sahə və sarğı açılır.
Desmurgiya
Desmurgiya - cərrahlığm bir bölməsi olub, sarğıların növlərini və sarğı
qoyulması texnikasını öyrənir.
Sarğıların növləri. Təyin edilməsindən asılı olaraq sarğıları bir neçə növə
ayırırlar.
Möhkəmləndirici sarğılar. Yara nahiyəsində sarğı materiallarını
bərkitmək üçün qoyulur. Bu sarğılar ləçəyə- bənzər, sapandabənzər,
bintdən, yapışqanlı və plastırlı ola bilər. Bint sarğıları bədənin müəyyən
hissəsində daimi təzyiq yaratmaq üçün işlədildikdə, məsələn, kiçik
qanax¬malar və ya qansızmalar zamanı qoyulduqda ona təzyiq- edici
sarğı deyilir.
Hərəkətsiz və ya immobilizasiyaedici sarğılar ən çox
sakitlik şəraiti yaratmaq üçün bədənin bir hissəsini hərəkətsiz vəziyyətdə
saxlamaq məqsədilə tətbiq edilir. Belə sarğıları nəqliyyat sarğıları kimi,
sümüklərin sınıqla¬rını, sümük-oynaq vərəmini, bəzi kəskin iltihabi
prosesləri müalicə etdikdə, sümüklərdə və oynaqlarda edilən
downloaded from KitabYurdu.org
128
operasi¬yalardan sonra işlədirlər. Sarğı bədənin bu və ya digər hissəsinin
vəziyyətini düzəltmək məqsədilə qoyulduqda ona düzəldici sarğı deyilir.
Hərəkətsiz sarğılar şinalı, nişastalı, yapışqanlı və gipsli ola bilər.
Ləçək sarğıları. Hazırda ləçək çox vaxt əlin, saidin, bazunun xəstəlik və
zədələnmələrində, körpücük sümüyü¬nün sınıqlarında və s. əli asmaq
üçün tətbiq edilir.
Yuxarı ətrafı dirsəkdən düz bucaq altında büküb, ləçəyi saidin altından
keçirir, onun uzun uclarından birini (yuxarı) xəstə əl tərəfdən körpücük
sümüyünün üstünə qo¬yurlar; ikinci ucu aşağı sallanır, ləçəyin zirvəsi isə
dirsəyin altından xaricə çıxır. Ləçəyin aşağı ucunu xəstə əlin önün¬dən
yuxarı bükür, onu sağlam tərəfin çiyni üstündən arxada boyuna aparıb,
ləçəyin digər ucu ilə bağlayırlar. Ləçəyin zirvəsini dirsəyin ətrafına
dolayıb onun önündə sancaqla sarğıya bərkidirlər.
Sapandabənzər sarğılar. 15-20 sm uzunluqda orta hissəsi bütöv qalmaqla
hər iki ucu boylama istiqamətdə kəsilmiş, 75 - 80 sm uzunluqda enli lent
şəklində tənzif və ya parçaya desmurgiyada sapand deyilir. Buruna,
çənəyə, ənsəyə, təpəyə kiçik sarğılar qoymaq üçün sapand qolay olur.
Bint sarğıları. Eni 5 sm-dən 10-20 sm-dək olan lent şəklində tənzif
parçasına (nadir hallarda başqa parçaya) bint deyilir. Bintin enini bədənin
hansı hissəsinə sarğı qoyulmasından asılı olaraq seçirlər. 5 sm enində
ensiz bint barmaqları sarımaq üçün işlədilir. Orta enlikdə (7-9 sm) bintlər
saidi, çiyini, baldırı və başı sarımaq üçün tətbiq edilir. Enli bintlərlə (9-18
sm) buda və gövdəyə sarğı qoymaq rahat olur. Bintin uzunluğu, adətən,
5-7 m-dən artıq olmur. Yumşaq, yağsızlaşdırılmış, yüksək hiqrosko-
pikliyə malik tənzifdən hazırlanmış bintlər daha çox işlədilir. Tənzif
bintlər asan dartılır və sarıdıqda bədənin formasına görə yaxşı modelləşir.
Biııt sarımağın qaydaları. Sarğını yaxşı qoymaq üçün praktikada
təkmilləşmiş bintsarıma qaydalarına ciddi riayət etmək lazımdır.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |