123
neyronlarm lifləri ilə sinirlənir. Dərinin, əzələlərin, vətərlərin, oynaqların
resep- toıiarından gələn impulslar hissi sinirlər vasitəsilə mərkəzi sinir
sisteminə verilir. Onurğa beynindən gələn impulslar hərəki sinirlərlə
əzələyə ötürülür, bunun nəticəsində əzələ yığılır. Əzələlər iradi olaraq
yığılıb, bədənin hissələrini hərəkət etdirir, orqanizmin yeriməsini və
müəyyən bir vəziyyət almasını təmin edir.
insanın hər hansı bir hərəkətində bir-birinin əksinə təsir edən (antaqonist)
iki əzələ qrupu: oynaqları bükən və açan əzələlər iştirak edir. Hərəkət
bükücü və açıcı əzələlərin bir-biri ilə əlaqəli işləməsi, onurğa beynində
oyanma və tormoz- lanma proseslərinin növbələşməsi sayəsində mümkün
olur.
Oynağı açan və bükən əzələlər eyni vaxtda boşalmış halda olduqda,
əzələlər istirahət edir.
Əzələləri sümüklərə vətərlər bərkidir. Əzələlər for¬maca üç cür olur:
uzun, qısa və enli əzələlər. Əzələlər funksiyalarına görə açıcı, bükücü,
yaxınlaşdırıcı, uzaq- laşdırıcı və s. qruplara, yerləşməsinə görə baş,
boyun, gövdə, ətraf və s. əzələ qruplarına bölünür.
Baş əzələlərinə çeynəmə və mimiki əzələlər aiddir. Çeynəmə əzələləri
qidanın ağız boşluğunda xırdalanması prosesində iştirak edir. Mimiki
əzələlər isə kəllə sümüklərin¬dən başlanıb üz dərisində qurtardığına görə
onların yığılması üz dərisinin relyefinin dəyişməsinə, mimikanın
yaranmasına səbəb olur, nitqin icrasında da mühüm rol oynayır.
Boyun əzələləri boyun nahiyəsinin müxtəlif istiqa¬mətlərə yönəlmiş
hərəkətlərini, alt çənənin aşağı enməsini və qabırğaların hərəkətini təmin
edir. Tənəffüs aktının və digər funksiyaların icrasında iştirak edir.
Döş əzələləri çiyin qurşağı və yuxarı ətrafların hərəkət¬lərini, eləcə də
döş qəfəsinin həcminin böyüyüb-kiçilməsini təmin edir, onurğa
sütununun əyriliklərinin yaranmasında . iştirak edir.
downloaded from KitabYurdu.org
124
Qarın əzələləri qarm boşluğunu xaricdən örtür, gövdə¬nin sağa, sola
hərəkətlərində, sakit və dərin nəfəsvermə aktlarında, doğuş prosesində və
s. funksiyaların icrasında iştirak edir.
Bel əzələləri başın önə, arxaya hərəkətində, nəfəsalma aktının icrasında,
yuxarı ətrafların, kürəklərin yerdəyişmə¬sində, onurğa sütununun
açılmasında iştirak edir. Ətraf əzələləri əsasən açıcı, bükücü və onları
müxtəlif tərəflərə hərəkət etdirən əzələ qruplarına bölünür.
İstinad-hərəkət aparatının xəstəlikləri
#
istinad-hərəkət aparatının xəstəliklərinə oynaqların çıxıqları, sümüklərin
sınıqları, oynaqların iltihabı (artrit), sümüküstlüyünün iltihabı (periostit),
osteomielit (sümük iliyinin və sümüyün iltihabı), əzilmələr, zədələnmələr,
yanıqlar, yaralar, donmalar, qanqren, şüalanmalar, sümük və oynaqların
vərəmi, onların şişləri və s. daxildir.
Əzilnıə. Əzilmə dəri tamlığı pozulmadan gedən toxuma zədələnməsinə
deyilir. Simptomları: ağrı, şişkinlik, temperaturun yerli yüksəlməsi,
qansızma, yerli funksiya pozulması və s.
Müalicə: sakitlik, zədələnmiş nahiyəyə yüksək vəziy¬yət vermək, soyuq
kompres, buz qovuğu qoymaq, 2-3 gün sonra qızdırıcı kompreslər. İri
qansızmalarda punksiya edib, qanı sorur, sarğı qoyurlar.
Osteomielit. Osteomielitin törədicisi stafilokokklardır. • _
Infeksiya qanla keçir. Simptomları: xəstədə qəfil üşütmə, qusma,
temperaturun yüksəlməsi, susuzluq hissi və s. Yerli əlamətlər: hərəkətin
pozulması, ağrı, şişkinlik, qızartı, temperaturun yüksəlməsi.
Müalicə: xəstəni tez xəstəxanaya yerləşdirmək, anti¬biotiklərlə və ümumi
simptomatik müalicə aparmaq lazımdır.
downloaded from KitabYurdu.org
125
Artrit. Oynaqda kəskin ağrılarla başlanır. Hərəkətlər pozulur, yüksək
temperatur, başağrıları, ümumi halsızlıq müşahidə edilir, iştaha, yuxu
pozulur və s. Əsasən fiziote¬rapevtik üsullarla müalicə edilir. Yerli və
ümumi əlamətləri aradan qaldırmaq üçün də tədbirlər görülür.
Sümük vərəmi vərəm çöplərinin sümük toxumasını zədələməsi ilə
başlanır. Xəstəlik ümumi zəiflik, halsızlıq, hərəkətin pozulması, rəngin
avazıması ilə təzahür edir. Ağrılar olur, temperatur yüksəlir, əzələ ağrısı,
gərginliyi və s. hallar özünü göstərir.
Müalicə yerli və ümumi aparılır. Ümumi müalicədə orqanizmin
möhkəmləndirilməsi birinci yerdə durur. Vərəmə qarşı preparatlardan
istifadə olunur. Yerli müalicə isə xəstə sümüyün deformasiyasının
qarşısını almağa yönəldilir, lazım gələrsə, gips sarğılarından istifadə
edilir.
Sınıqlar və çıxıqlar zamanı ilk yardım
Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən,
avtomobil qəzası və digər bədbəxt hadisə¬lər nəticəsində bədənin
müxtəlif sümükləri sına bilər. Sınıqlar
qapalı və açıq olur. Sınmış sümüklər görünürsə, yəni əzələnin və dərinin
tamlığı pozulmuşsa, buna açıq sınıqlar, pozul¬mamışsa, buna qapalı
sınıqlar deyilir. Sınmış sümük hissələri yerini dəyişən və ya dəyişməyən
olur. Sümük bir neçə yerdən sınmışsa, buna mürəkkəb, bir yerdən
sınmışsa, buna sadə . sınıq deyilir. Güllə və ya qəlpə təsirindən də sınıqlar
baş verə bilər. Buna güllə sınığı deyilir.
Sınıqların əsas əlamətləri: ağrı, şişkinlik, normal hərə¬kətin pozulması,
ətrafların sınığı zamanı onun qısalması və s. Kəllədaxili sümüklər
sındıqda qulaqdan və ya burundan qanaxma, qabırğaların, döş sümüyünün
sınığında tənəffüsün pozulması müşahidə edilir, çanaq sümüklərinin
sınığında sidik ifrazı və aşağı ətraflarda hərəkət pozulur.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |