111
soyuması siqnalları kimi qəbul edərək, istiliyin kimyəvi tənzimi
mexanizmlərini işə salır və bədəndə istiliyin əmələ gəlməsi artır.
Qızdırmanın gedişində 3 mərhələ ayırd edilir:
I.
Bədən tempereturunun yüksəlməsi. Temperaturun yüksəlməsinə
orqanizmdə istiliyin əmələ gəlməsinin
• artması və istilik vermənin azalması səbəb olur.
II.
Temperaturun yüksək səviyyədə qalması. İstiliyin həm orqanizmdə
əmələ gəlməsi, həm də xaricə verilməsi artır, amma bunlar arasında
yüksək səviyyədə dinamik tarazlıq yarandığından, temperatur həmin
səviyyədə qalır. Bu mərhələ istiliyin tənzimində iştirak edən mərkəzi
reseptorların istiyə və soyuğa qarşı həssaslığının normaya yaxınlaşması
ilə əlaqədardır.
III. Temperaturun enməsi. Orqanizmdə pirogen maddələrin miqdarı
azaldıqca, termoreseptorların soyuğa qarşı həssaslığı azalıb, istiyə qarşı
həssaslığı artdığından, orqanizmdə istiliyin əmələ gəlməsi azalır, istilik
vermə artır və bədən temperaturu azalır.
Qızdırmanın birinci mərhələsində bədən temperaturu sürətlə, 2-3 saat
ərzində (krupoz pnevmoniya, qrip, malyariya, skarlatina və s. zamanı) və
ya tədricən, bir neçə gün ərzində (qızılca, qarın yatalağı və s. zamanı)
yüksələ bilər. Temperaturun xüsusən sürətlə artması üşütmə, müxtəlif
ölçülü əzələlərin yığılması («qaz dərisi», əzələ titrəməsi), dərinin rənginin
avazıması, tər ifrazının kəsil¬məsi, qanda şəkərin miqdarının bir qədər
artması ilə müşayiət edilir. Başağrısı və əzələlərdə ağrı, qusma, sidik
ifrazının artması müşahidə edilə bilər.
Temperatur yüksəldikdən sonra periferik damarlar genişlənir, dəri
(xüsusən üzün dərisi) qızarır, isti və quru olur. Tər ifrazı artıb, diurez azala
bilər.
downloaded from KitabYurdu.org
112
Üçüncü mərhələ bədən temperaturu normal yaxud daha aşağı səviyyəyə
tədricən bir neçə gün (litik enmə), sürətlə bir neçə saat (kritik enmə)
ərzində enir. Kritik enmə güclü tərləmə ilə müşayiət olunur. Bədən
temperaturunun sürətlə enməsi (kriz) zamanı orqanizm sürətlə yeni şəraitə
uyğunlaşmalıdır. Bu isə xoşagəlməz hallara, infeksion xəstəliklər zamanı
hətta kəskin damar çatışmazlığına (kollaps) səbəb ola bilər.
İnsanın qoltuqaltı çuxurda ölçülən normal bədən
temperaturu (36,4 - 36,8°C) səhər saat 3 - 6-da ən aşağı, axşam saat 5 - 9-
da ən yüksək olur, bunlar arasındakı fərq
isə 0.6°C-dən artıq olmur. Gərgin fiziki iş zamanı, qida qəbulundan sonra
və isti otaqda bədən temperaturu bir qədər yüksələ bilər. Patoloji şəraitdə
temperaturun II mərhələdə hansı səviyyəyədək yüksəlməsindən asılı
olaraq, dörd növ qızdırma ayırd edilir:
37
- 38°C - subfebril;
38
- 39°C - mötədil;
39
- 41 °C - yüksək;
41°C və daha yüksək - hiperpiretik.
Adətən xəstələrin temperaturunu səhər saat 7 - 8-də və axşam saat 5 - 7-
də ölçüb, nəticəni onların temperatur vərəqinə qeyd edirlər. Bu üsulla'
alman temperatur əyriləri müxtəlif xəstəliklər zamanı xəstəliktörədici
amilin orqa-nizmdə keçirdiyi inkişaf dövründən asılı olaraq bir- birindən
fərqlənir. Bəzi xəstəliklərin xarakterik temperatur əyriləri diaqnozu
müəyyənləşdirməyə kömək edir. Tempe¬ratur əyrilərinin tipinə görə
qızdırmanın aşağıdakı növləri ayırd edilir:
1.
Daimi - bədən temperaturunun səhər - axşam fərqi l°C-dən artıq
olmur (krupoz pnevmoniya, səpgili yatalaq, qarın yatalağının I mərhələsi
və s.).
downloaded from KitabYurdu.org
113
2.
Zəiflədici - bədən temperaturunun səhərki minimal səviyyəsi 37°C-
dən, sutkalıq tərəddüdləri l°C-dən artıq olur (virus infeksiyalarmm
əksəriyyəti, bir çox bakterial infeksiyalar, həmçinin ocaqlı pnevmoniya,
ekssudativ plevrit, vərəm, qarın yatalağının son dövrü və s.).
3.
Üzücü (hektik) - sutka ərzində bədən temperaturu ■ 3 - 5°C
hədlərində dəyişilir (sepsis, kavernoz vərəm, irinli
infeksiyalar və s.).
4.
Fasiləli - qısamüddətli qızdırma tutmaları qızdır- ınasız keçən
dövrlərlə əvəz olunur (malyariya plazmo- diumunun növündən asılı
olaraq qızdırma tutmaları hər gün, günaşırı və ya 3 gündə bir dəfə olur).
5.
Dalğavarı - qızdırma dövri olaraq artır və azalır (brusellyoz,
limfoqranulomatoz və s.).
6.
Qayıdan - qızdırma ilə keçən və qızdırmasız dövrlər növbələşir ki,
bunların da davametmə müddəti bir sutkadan bir neçə sutkayadək ola bilər
(qayıdan yatalaq, limfoqranulomatoz və s.).
7.
Təhrif olunmuş - səhər bədən temperaturu axşama nisbətən yüksək
olur və bəzən gün ərzində bir neçə dəfə dəyişilir (sepsis, vərəm, brusellyoz
və s.).
8.
Qeyri-müntəzəm - bədən temperaturunun səhər-
•
axşam tərəddüdləri ayrı-ayrı günlərdə müxtəlif olur (sepsis, vərəm,
revmatizm, endokardit və s.).
9.
Atipik - sirkad (sutkalıq) ritm tam pozulmaqla bədən temperaturu
sutka ərzində qanunauyğun olmayan surətdə tərəddüd edir (sepsis).
10. Efemer (birgünlük) - bir neçə saat davam edən qızdırma (yüngül
infeksion xəstəliklər, günvurma, qan- köçürmə, venaya inyeksiyalar və
s.).
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |