107
nəzərə çarpmasına görə alterativ, ekssudativ və prolifera- tiv iltihab ayırd
edilir. Ekssudativ iltihab özü də ekssudatın tərkibinə görə seroz, kataral,
fibrinoz, hemorragik, irinli, çürüntülii, qarışıq ola bilər.
iltihabın nomenklaturasının bəzi prinsipləri vardır. Orqanın iltihabı
latınca adma «itis» (dilimizdə «it») şəkilçisi artırmaqla ifadə edilir ki, bu
da çox vaxt müvafiq xəstəliyin adı olur (qastrit, bronxit, appendisit,
ensefalit və s.). Həmin şəkilçisiz müəyyən orqanın iltihabını göstərən bəzi
terminlər qəbul olunmuşdur (pnevmoniya - ağciyərin iltihabı, angina -
əsnəyin və damaq badamlarının iltihabı, zökəm - burunun selikli qişasının
iltihabı və s.). Boşluqlu
orqanların daxili təbəqələrinin iltihabı «endo» (endometrit - uşaqlığın
daxili qişasının iltihabı), orta təbəqənin iltihabı «mezo» (mezoaorlit -
aortanın orta təbəqəsinin iltihabı), daxili orqanların seroz qişasının iltihabı
«peri» (periqastrit), orqanı əhatə edən toxumanın iltihabı «para»
sözönlüyü artırmaqla göstərilir. Məhdud irinli iltihab prosesi abses
(aaracivər absesi). bos birləşdirici toxumalarda (dəri altında.
•
əzələlər, orqanlar arasında və s.) yayılan iltihab fleqmona, bədən
boşluğunda irin toplanması empiema adlanır.
İltihabın nəticəsi prosesin xarakterindən, bədənin hansı hissəsində olub,
nə dərəcədə yayılmasından, həmçinin orqanizmin reaktivliyindən' asılıdır.
Alterasiya cüzi olduqda, spesifik elementlərin regenerasiyası hesabına
toxumaların strukturu və funksiyaları tam bərpa oluna bilər. Toxumanın
defekti böyük olduqda, çapıq əmələ gəlir. Çapıq funksiyalara təsir
ğöstərməyə də bilər, orqanın və ya toxumanın deformasiyasına və ya
yerdəyişməsinə səbəb ola bilər. Nekrotik, eləcə də ekssudativ (xüsusən
fibrinoz, irinli) iltihab lokalizasiyalarmdaıı və yayılmasın¬dan asılı olaraq
orqanın və ya orqanizmin ölümü ilə nəticələnə bilər. Proliferativ iltihab
zamanı birləşdirici toxuma həddən çox artdıqda, orqanın sklerozu və ya
serrozu
downloaded from KitabYurdu.org
108
•
inkişaf edir. Kəskin iltihab xronik hala da keçə bilər.
Bütün kəskin patoloji proseslər kimi, iltihab da orqanizmin zədələyici
amilə qarşı mühafizə reaksiyası kimi əmələ gəlir. İltihab ocağında
hüceyrələr sürətlə çoxalır, faqositoz prosesi güclənir, əks-cisimlərin
yaranması sürətlənir ki, bu da orqanizmin immunitetini yüksəldir.
İltihab ödcmi bakteriya və toksinlərin orqanizmə yayılmasını ləngitməklə
baryer funksiyası daşıyır. Kollagen zülalın sintezi zədələnmiş nahiyədə
regenerasiyanı sürətlən-
"> 4
dirir, çapıq əmələ gəlib, defekti bərpa edir.
Bununla bərabər, iltihab prosesi orqanizm üçün ziyansız olmur. Məsələn,
natamam faqositoza uğramış, yəni faqositlərin udub, həzm edə bilmədiyi
bakteriyalar qanla oroanizmin basaa nahivəsınə vavıla bilər. Güclü
ekssudasiva
1
i-
N
N
J
X
L
ümumiyyətlə xoşagəlməz hadisədir. Ekssudat, məsələn, ağci¬yərin
iltihabı zamanı onun alveollarmda toplandıqda isə, tənəffüsü pozaraq,
orqanizmdə ağır hal törədir.
downloaded from KitabYurdu.org
109
Qızdırma
Qızdırma - ali istiqanlı heyvanlarda və insanda infeksion və qeyri-
infeksion qıcıqlandırıcılarm təsirinə qarşı orqanizmin ümumi cavab
reaksiyası kimi bədən temperaturunun yüksəlməsidir.
Hələ qədimdən insanın bədən temperaturunun yüksəlməsi xəstəlik
əlaməti sayılırdı və qızdırma alimlərin
_
z
.
! r ~ ş&KİzA
(Hippokrat, Qalen, ibn Sina və s.) diqqətini cəlb etmişdi. Qızdırma tipik
patoloji proses kimi təkamül prosesində iltihabdan sonra (ilk dəfə
gəmiricilərdə və həşəratyeyən- lərdə) yaranmışdır. Filogenetik baxımdan
bu proses mərkəzi sinir sistemi daha yüksək diferensiasiya etmiş
canlılarda daha artıq təzahür edir.
Bədən temperaturunun yüksəldiyi halların (əzələ işi, istivurma və s.)
hamısı qızdırma deyildir. Xarici mühit temperaturunun yüksəlməsi ilə
əlaqədar olan hipertermiya- dan fərqli olaraq, qızdırma pirogen (yun. pir
- od, atəş, hərarət) maddələrin istilik tənzimi mərkəzlərində törətdiyi
dəyişikliklər nəticəsində orqanizmin özündə əmələ gələn istiliyin
hesabına yaranır.
Pirogen maddələr ekzogen və ya birincili, endogen və ya ikincili olur.
Qızdırmaya ən çox infeksion mənşəli pirogenlər səbəb olur ki, bunlar da
infeksiya
törədicilərinin
(viruslar,
mikroorqanizmlər,
parazitlər,
rikketsiyalar, göbələkciklər) struktur elementləri və ya mübadilə
məhsullarıdır.
Aseptik travmalar, orqan və toxumaların nekrozu (miokard, ağciyər, dalaq
infarktı, şişlərin parçalanması), eritrositlərin hemolizi, qeyri-infeksion
iltihab, allergik reaksiyalar zamanı orqanizmin öz toxumalarında qeyri-
infeksion pirogenlər azad olub, qızdırma törədir.
downloaded from KitabYurdu.org
110
Müxtəlif kimyəvi üsullarla mikroorqanizmlərdən yüksək aktivliyə malik
az zəhərli təmiz ekzogen pirogen maddələr (pirogenal, pireksal, piromen)
alınmışdır.
Ekzogen
pirogen
maddələr
quruluşuna
görə
lipopolisaxaridlərdir və bakteriya hüceyrəsinin endotoksininə aiddir.
Bakteriya hüceyrəsindən fərqli olaraq, orqanizmin hüceyrə və
toxumalarında hazır pirogen amillər yoxdur. Endogen pirogen maddələr
patoloji proseslər zamanı •əmələ gəlir. Infeksion xəstəliklər zamanı,
toxumaların zədələnməsi, iltihab prosesi, pirogen təbiətli maddələrin
artmasına səbəb olur. Endogen pirogen maddələrin mənbəyi zədələnmiş
hüceyrələr, ekssıidat, dəyişilmiş qan zülalları, neytrofil leykositlər və s.
ola bilər.
Belə hesab edilir ki, pirogen təbiətli maddələr mikrob endotoksinləri ilə
neytrofillərin təmasda olması zamanı əmələ gəlir. Bu zaman leykositlər
dağılmır və öz funksi¬yasını saxlayır.
Bəzi endogen hiperemiyalar zahirən qızdırmaya bənzəsə də, əslində
pirogenlərin təsiri ilə əlaqədar olmadığından, «qızdırmayabənzər hallaı*»
adlanır. Bunlar nevrogen (sentrogen, psixogen, refleksogen), endokrin və
ya dərmanlarla əlaqədar ola bilər.
Endogen pirogenlərin kiçik dozalarını beyinin yan mədəciklərinə
yeritdikdə, tezliklə qızdırma yaranır. Bunların istilik tənzimi mərkəzinə
təsiri
fermentativ xarakter daşıyır. Endogen pirogenlər sinir
hüceyrələrində Eı prostaqlan-
dinlərinin
sintezini
sürətləndirir.
Bunlar
isə
siklik
3',
5'
adenozinmonofosfatı parçalayan fosfodiestereza fermentini
fəaliyyətdən salır. Siklik 3', 5' AMF parçalanmayıb, istilik tənzimi
mərkəzlərinin neyronlannda toplanaraq, onların oyanıcılığmı dəyişdirir.
Nəticədə həmin neyronlar qanın normal temperaturunu və periferik
termoreseptorlardan gələn normal afferent impulsları orqanizmin
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |