98
üçün zərərsizləşdirici əhəmiyyətini, irinli sahələrdə zərərverici amillərin
məhv olduğunu göstərmiş, amma bunun iltihab prosesinin sürəti
da qeyd etmişdir. Onun dövründə iltihab zədələyici amilin keyfiyyətindən
asılı olmayan sərbəst xəstəlik hesab edilirdi. Eramızın başlanğıcında Sels
iltihabın dörd əsas əlamətini, • II əsrdə Qalen isə beşinci əlamətini təsvir
etmişlər.
İltihabın etiologiyasmda toxumanı zədələyən hər hansı amil iştirak edə
bilər. İltihaba səbəb olan amillər
floqogenlər (yun. floqozis - iltihab) adlanır ki, bunlar da ekzogen və
endogen olur, iltihabı daha çox ekzogen,
■ xüsusən infeksion amillər törədir. Odur ki, infeksion
0
(septik) və qeyri-infeksion (aseptik) iltihab ayırd edilir. Ekzogen
floqogenlərə bioloji (mikroorqanizmlər, rikketsi- yalar, viruslar, parazit
heyvanlar, ibtidai göbələklər və s.), fiziki (mexaniki, termik, elektrik,
radiasion və s.), kimyəvi (turşular, qələvilər, zəhərlər, skipidar, kroton
yağı, xardal yağı və s.) və digər amillər aiddir. Endogen floqogenlər çox
vaxt toxuma nekrozu ocağı, hematoma, orqanizmdə əmələ gələn daşlar,
duzların çökməsi, immun komplekslər və s. ilə əlaqədar olur. Sarılıq
zamanı qanda miqdarı artmış öd turşuları selikli və seroz qişaları
zədələyir, uremiya zamanı azotlu birləşmələrin katabolizminin son
məhsulları uremik . perikardit, uremik qastrit və s. törədir, bədxassəli
şişlərin parçalanması məhsulları da iltihaba səbəb olur.
İltihabın patogenezi çox mürəkkəb olub, onun • gedişində 5 mərhələ ayırd
edilir. Bütün tipik patoloji proseslərdə olduğu kimi, iltihabın da hər bir
mərhələsi son¬rakı mərhələ üçün zəmin yaradır və oradakı dəyişikliklərin
xarakterini müəyyən edir. Həm də nəzərə almaq lazımdır ki, bu
mərhələlər müəyyən dərəcədə şərtidir və həmişə hamısı aydııı nəzərə
downloaded from KitabYurdu.org
99
çarpmır. Əsasən bir mərhələni xarak¬terizə edən dəyişikliklər hələ
əvvəlki mərhələlərin birində başlana bilər. Məsələn, iltihabın sonuncu
mərhələsinin mahiyyətini təşkil edən proliferasiya (bərpa prosesləri) hələ
birinci mərhələdə alterasiya ilə yanaşı inkişaf etməyə başlayır.
iltihabın mərhələləri aşağıdakılardır:
I.
Alterasiya - toxuma və hüceyrələrin zədələnməsi. Əslində latınca
«alterasiya» dəyişiklik deməkdir. Amma söhbət iltihab ocağında məhz
zədələnmənin törətdiyi dəyi¬şikliklərdən getdiyi üçün burada həmin
termin zədələnmə mənasında işlədilir. Floqogenin bilavasitə təsirindən
törənən birincili alterasiya və iltihab ocağındakı fiziki- kimyəvi,
biokimyəvi dəyişikliklər, qan dövranının pozul¬ması ilə əlaqədar olan
ikiııcili alterasiya ayırd edilir. Ikincili alterasiya floqogenin törətdiyi
zədələnməyə qarşı orqanizmin reaksiyası olduğundan, onun inkişafı üçün
artıq floqogenin iştirakı tələb olunmur. Alterasiya mərhə¬ləsində hüceyrə
zədələnməsi haqqında deyilənlərin hamısı müşahidə edilir.
II.
Mediatorlarm azad olması və maddələr mübadi¬ləsinin pozulması.
Bioloji (fizioloji) aktiv maddələr olan mediatorlar orqanizmin normal
həyat fəaliyyəti zamanı müxtəlif orqan və toxumalarda fizioloji
konsentrasiyalarda əmələ gələrək, həmin səviyyələrdə funksiyaların
tənzimində iştirak edir, iltihab nahiyəsində isə bunlar çoxlu miqdarda
hasil olur və floqogenlər öz təsirini iltihab mediatorları vasitəsilə həyata
keçirir, iltihab ocağındakı dəyişikliklərin (damar keçiriciliyinin
yüksəlməsi, ekssudasiya, emiqrasiya və s.) əmələ gəlməsi iltihab
mediatorları ilə əlaqədardır. İltihab prosesinin gedişini və nəticəsini
bunlar müəyyən edir. İltihab mediatorları ölçüsünə, biokimyəvi təbiətinə
və s. görə müxtəlif olur. Patofizioloji təsir mexanizminə görə bunların iki
qrupu ayırd edilir:
downloaded from KitabYurdu.org
100
1.
Əsasən damar divarının tonusuna və keçiriciliyinə təsir göstərənlər
(histamin, serotonin, bradikinin, prosta- qlaııdinlər, adrenalin, asetilxolin
və s.).
2.
Daha çox leykositlərin funksional aktivliyinə təsir göstərənlər
(komplement, xemotaksis amili, leykotrieıılər və s.).
İltihaba səbəb olan hüceyrə zədələnməsi oksidləşdirici - reduksiyaedici
fermentlərin əsas daşıyıcısı olan mito- xondrilərdə dəyişiklik törədir.
Odur ki, iltihaba uğramış toxumalarda hüceyrədaxili fermentativ
proseslər zəifləyir. Krebs dövranında iştirak edən fermentlərin aktivliyi
pozul¬duğundan, mübadilənin son məhsulu karbon qazmadək
çatmayaraq, ara maddələrdə (piroüzüm turşusu, alma turşusu, kəhraba
turşusu və s.) dayanır və tənəffüs əmsalı azalır. Həmin üzvi turşular bufer
sistemi ilə birləşdiyi üçün iltihablaşmış toxumalarda bufer sistemi
zəifləyir.
İltihab nahiyəsindəki hüceyrələrdə lizosomların mem- . branı parçalanıb,
çoxlu miqdarda hidrolitik fermentlər (katepsinlər), qlikoliz və lipoliz
fermentləri azad olur. Müvafiq proseslərin aktivləşməsi çoxlu üzvi
turşuların əmələ gəlməsinə səbəb olur. H+ ionlarının konsentrasiyası artır,
hiperioniya və asidoz əmələ gəlir.
Hidrolitik fermentlərin təsirindən irimolekullu birləş¬mələr parçalanıb,
molekullarm sayı artdığından, iltihab •ocağında osmotik və onkotik
təzyiqlər yüksəlir.
İltihabın maddələr mübadiləsində törətdiyi bütün bu pozulmalar
«miibadilə yanğını» termini ilə xarakterizə edilir.
III. Damar keçıriciliyinin yüksəlməsi, ekssudasiya və emiqrasiya. Bu
mərhələdə aşağıdakı ardıcıl reaksiyalar müşahidə edilir:
1.
Arteriolaların qısamüddətli spazması (simpatik sinir sisteminin
reflektor təsiri).
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |