S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə32/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   28   29   30   31   32   33   34   35   ...   153

104 

 

İltihabın yerli (daxili və xarici) və ümumi əlamətləri vardır ki, bunlar da 



onun təsvir edilən mərhələlərindəki dəyişikliklərlə əlaqədardır: 

1.  İltihabın  daxili  kardinal  əlamətləri  və  ya  əsas  komponentləri 

alterasiyadan, 

ekssudasiya 

və 

emiqrasiya 



ilə 

birlikdə 

mikrosirkıılyasiyanın pozulmasından və prolife- rasiyadan ibarətdir. 

2. 


iltihabın  xarici  (klinik)  kardinal  əlamətlərinə  qızartı,  şişkinlik, 

temperaturun yüksəlməsi, ağrı və funksiyanın pozulması aiddir. Bunlara 

birlikdə Sels - Qalen pentadası da deyilir. 

3. 


İltihabın aşağıdakı ümumi əlamətləri müşahidə edilə bilər: qızdırma, 

leykositoz,  EÇS-in  (eritrositlərin  çökmə  sürəti)  artması,  maddələr 

mübadiləsinin sürətlənməsi, qanın zülal profilinin və ferment tərkibinin, 

qandakı  hormonların  miqdarının,  immunogen  reaktivliyin  dəyişilməsi, 

orqaniz-min  allergiyası,  intoksikasiya  və  sepsis  əlamətləri,  patoloji 

reflekslərin  əmələ  gəlməsi  (məsələn,  xolesistit  zamanı  stenokardiya, 

appendisit zamanı ürək aritmiyası müşahidə edilə bilər). 

iltihabın mərhələləri və əlamətləri ilə hətta qısaca tanışlıq bunun nə qədər 

mürəkkəb və müxtəlif mənzərəyə malik proses olduğunu göstərir. Əsrlər 

boyu iltihabı öyrənən alimlərin hərəsi iltihab ocağındakı dəyişikliklərdən 

birini  əsas  tutaraq,  bütün  prosesi  təkcə  bu  dəyişikliklə  izah  etməyə 

çalışmışlar.  Odur  ki,  iltihabın  patogenezi  haqqında  çoxlu  və  hamısı  da 

birtərəfli xarakter daşıyan bir sıra 

nəzəriyyələr irəli sürülmüşdür. 

♦ 

iltihabın  patogenezi  haqqında  ilk  elmi  nəzəriyyələr  R.Virxova  və 



Y.Konheymə məxsusdur. 

Virxovun  nutritiv  (qidalanma)  nəzəriyyəsinə  (1858)  görə  iltihabın 

mahiyyəti  hüceyrə  elementlərinin  həyat  fəaliyyətinin  yüksəlməsi,  qanın 

downloaded from KitabYurdu.org




105 

 

maye  hissəsi  hesabına  toxumaların  güclü  qidalanması  ilə  əlaqədardır. 



Damar  -  ekssudativ  proseslər  isə  ikinci  dərəcəli  əhəmiyyətə  malikdir. 

Beləliklə,  Virxov  məsələyə  birtərəfli  yanaşır.  Çünki  iltihabı  xarakterizə 

edən üç əsas prosesdən (alterasiya, ekssudasiya və proliferasiya) hər hansı 

biri  ayrılıqda  iltihab  reaksiyasını  tam  xarakterizə  edə  bilməz.  Bundan 

əlavə,  iltihaba  ayrılıq¬da  hüceyrədə  gedən  dəyişiklik  kimi  baxaraq, 

orqanizmin 

tamlığını  unutmaq  da  düzgün  deyildir.  Odur  ki,  iltihabın  patogenezinə 

hüceyrə patologiyası kimi baxmaq birtərəfli və məhdud fikirdir. 

Konheymin  damar  nəzəriyyəsinə  (1885)  görə  iltihab  nahiyəsində  ilk 

növbədə  damar  fəaliyyəti  pozulur,  sonra  ekssudasiya  və  emiqrasiya 

başlanır; hüceyrədəki dəyişiklik¬lər isə ikinci dərəcəli əhəmiyyət daşıyır. 

Bu  nəzəriyyə  də  birtərəflidir.  Çünki  iltihabın  dinamikasında  damar  və 

toxuma dəyişiklikləri birlikdə iştirak edir. 

İ.İ.Meçnikov  iltihabın  mahiyyəti  və  patogenezi  haq¬qında  bioloji 

(faqositar)  nəzəriyyəni  (1892)  irəli  sürmüşdür.  Onun  fikrincə,  iltihabın 

patogenezində əsas rol leykositlərə, faqositlərə məxsusdur. Meçııikov ilk 

dəfə  orqanizmin,  toxumanın  patogen  amilə  qarşı  cavab  reaksiyasına 

təka¬mül,  müqayisəli  patologiya  baxmımdan  yanaşaraq,  iltiha¬bın 

mahiyyətini orqanizmin uyğunlaşma reaksiyası kimi izah etmişdir. İltihab 

prosesində  ilk  plana  çəkilmiş  faqositoz  və  xemotaksis  kimi  proseslər 

xüsusilə  orqanizmin  ümumi  reaktivliyini  müəyyən  edir,  onun  patogen 

(xüsusən  infeksion  mənşəli)  amillərə  qarşı  müqavimətini  yüksəldir. 

Bioloji nəzəriyyənin müəllifi iltihabı orqanizmin mühafizə - uyğunlaşma 

reaksiyası  kimi  nəzərdən  keçirərək,  onu  daha  çox  immunitetə 

yaxınlaşdırır və beləliklə, bu prosesi • tam izah etmir. Lakin Meçnikovun 

iltihaba yerli reaksiya kimi deyil, orqanizmin patogen amilə qarşı ümumi 

reak¬siyası kimi baxması həmin nəzəriyyənin müsbət cəhətidir. 

downloaded from KitabYurdu.org




106 

 

Fiziki-kimyəvi və ya molekulyar patologiya hipote- zinin (1923) müəllifi 



Q.Şade iltihab zamanı ilk növbədə toxumalarda mübadilənin pozulması 

nəticəsində  mühitin  fiziki-kimyəvi  xassələrinin  dəyişilməsini  əsas 

götürərək, damar və hüceyrələrdəki dəyişikliklərin sonradan törəndi- yini 

göstərmişdir.  Əslində  isə  fiziki-kimyəvi  dəyişikliklər  iltihabın  inkişaf 

mərhələsində  daha  aydın  nəzərə  çarpır.  Bundan  əlavə,  həmin  hipotezdə 

iltihaba məhdud yerli proses kimi baxılır, onun patogenezində orqanizmin 

tənzim  mexanizmlərinin  və  ümumi  reaktivliyinin  roluna  bir  o  qədər  də 

diqqət yetirilmir. 

Həm fizioloji, həm də patoloji proseslərdə sinir sisteminin əhəmiyyətli rol 

oynadığını nəzərə alaraq, son¬rakı tədqiqatlarda iltihabın patogenezində 

sinir sisteminə daha çox yer verilmişdir. 

Q.Rikkerin  vazomotor  və  ya  sinir-damar  nəzəriy¬yəsinə  (1924)  əsasən 

iltihabın mahiyyəti vazomotor funksiyanın pozulması ilə əlaqədardır. 

iltihabın patogenezi haqqında V.Meııkin biokimyəvi (1940). A.Speranski 

siııir-trofik  nəzəriyyə  irəli  sürmüş,  D.Y.Alpern  iltihabın  patogenezinin 

sinir-reflektor  sxemini  (1959)  vermişdir.  Alpern  iltihabın  mahiyyətini 

zərərli amilə qarşı orqanizmin ümumi reaksiyası kimi izah edir, iltihabda 

yerli  və  ümumi  proseslərin  vəhdəti  məsələsinə  xüsusi  diqqət  yetirirdi. 

Onun  təklif  etdiyi  sxemdə  müxtəlif  damar-toxuma  reaksiyalarının  rolu 

sinir  və  endokrin  sistemlərinin  tənzimedici  təsirləri  altında  qarşılıqlı 

əlaqəli şəkildə nəzərdən keçirilir. 

Müasir nəzəriyyə müəllifləri Polikar (1965) və Sveyorox (1967) iltihabı 

hüceyrə, hüceyrədaxili və molekulyar səviyyələrdə gedən dəyişiklik kimi 

izah edirlər. 

iltihabın təsnifatında müxtəlif amillər nəzərə alınır. Etioloji amilin növünə 

görə qeyri-spesifik və spesifik (vərəm, sifilis, cüzam və s.), gedişinə görə 

kəskin,  yarım-  kəskin  və  xronik,  əsas  proseslərdən  hansının  daha  çox 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə