114
Qızdırma prosesi orqanizmdə maddələr mübadiləsin¬də, orqan və
sistemlərin fəaliyyətində dəyişikliklərə səbəb olur.
Qızdırma zamanı bədəndə oksidləşmə prosesləri
sürətlənir, temperaturun hər 1°C yüksəlməsi əsas mübadi¬ləni 10 - 12%
artırır. Simpatik sinir sisteminin oyanması nəticəsində qaraciyərdə
qlikogenin parçalanması artır,
•
qanda qlükozanın səviyyəsi bir qədər yüksəlir; qlükozuriya ola bilər.
Depolardan yağların səfərbər edilməsi və parçalan¬ması güclənir. Yağ
turşularının mübadiləsi başa çatmır, keton və aseton cisimlərinin əmələ
gəlməsi artır, infeksion qızdırma zamanı mikrob toksinlərinin təsirindən
zülalların parçalanması güclənir, iştahanın olmaması və həzm pi osesinin
pozulması nəticəsində bunlar kənardan da daxil olmur. Odur ki, azot
balansı mənfi ola bilər.
Qızdırmanın II mərhələsində aldosteronun sekresiyası artdığından,
toxumalarda su və xloridlər ləngiyir. Tempe-
raturun enməsi mərhələsində isə NaCl, su tər və sidiklə orqanizmdən xaric
edilir.
Uzun sürən qızdırma zamanı serumda sərbəst dəmirin miqdarı, tənəffüs
fermentlərinin aktivliyi azalır, dəmir çatışmazlığı vəziyyəti anemiyaya,
psixi depressiyaya, ağır qəbizliyə səbəb olur. Mötədil qızdırma zamanı
qazlı alkaloz, yüksək qızdırma zamanı isə metabolik asidoz əmələ gəlir.
Qızdırma zamanı orqan və sistemlərin funksiyala- rındakı ağır
dəyişikliklərin çoxu əsas xəstəliklə əlaqədar olur. Beyin qabığının şərti
reflektor fəaliyyəti pozulur, oyanma halı (xüsusən ilk mərhələdə), sonra
yuxuculluq, yüksək qızdırma zamanı sayıqlama, hallüsinasiyalar
müşa¬hidə edilir, huş itə bilər.
downloaded from KitabYurdu.org
115
Qızdırma zamanı simpatik' sinir sistemi mərkəzlərinin oyanması bütün
orqan və sistemlərdə müvafiq dəyişiklik¬lərə səbəb olur. Temperaturun
hər 1°C (kiçik uşaqlarda -
0,
5°C) yüksəlməsi zamanı ürək fəaliyyətinin tezliyi 1 dəqiqədə 8-10
vurğu artır, ürəyin dəqiqəlik həcmi artır, bəzi xəstələrdə aritmiya
müşahidə edilir. Qızdırma zamanı ürək fəaliyyətindəki bu dəyişikliklər
yüksək temperaturun sinus düyününə bilavasitə təsiri ilə də əlaqədardır.
Birinci mərhələdə arterial təzyiq bir qədər yüksəlir, ağciyərdə
mikrosirkulyasiya pozulub, staz, durğunluq əmələ gələ bilər. Sonra təzyiq
normallaşır və hətta enir, tənəffüs tezləşir (hipertermiyanın tənəffüs
mərkəzinə təsiri nəticəsində).
Diurez qızdırmanın birinci mərhələsində artır (arterial təzyiqin
yüksəlməsi), ikinci mərhələdə azalır (suyun toxumalarda ləngiməsi),
üçüncü mərhələdə yenidən artır (suyun və xloridlərin toxumalardan
sürətlə xaric olması ilə).
Bütün həzm şirələrinin sekresiyası azalır. Ağız suyu az ifraz
olunduğundan, ağız və dodaqlar quruyur, dodaqlar çatlayır, dildə ərp
əmələ gəlir. Ağız boşluğundakı müxtəlif mikroorqanizmlərin inkişafı
üçün şərait yaranır və ağızdan pis qoxu gəlir. Susuzluq hissi törənir, iştaha
azalır.
Mədənin hərəki funksiyası zəifləyir, boşalması ləngiyir, qusmaya səbəb
olur. Bağırsaqların da hərəki funksiyası zəifləyir və qəbizlik əmələ gəlir.
Bütün bunlar qıcqırma və çürümə proseslərini gücləndirir,
autointoksikasiyaya və meteorizmə səbəb olur. Bağırsaqlarda əmələ gələn
toksinlər sinir sisteminə və periferik toxumalara təsir edərək, bir sıra
pozulmalar (qan təzyiqinin enməsi, miokardm funksiyasının zəifləməsi,
başağrısı, ürəkbulanma və s.) törədir.
downloaded from KitabYurdu.org
116
Qızdırma orqanizmdə stress halı əmələ gətirir. AKTH (Adrenokortikotrop
hormon), böyrəküstü vəzinin qabıq maddəsi hormonlarının, adrenaliniıı
sekresiyası, qalxana- bənzər vəzinin funksiyası artır.
Qızdırma reaksiyası istilik tənzimində iştirak edən beyin qabığı və
qabıqaltı mərkəzlərin funksional vəziyyəti ilə sıx surətdə bağlıdır. Buna
bir çox sübutlar vardır. Eksperimentdə boz qabar nahiyəsinə iynə
batırmaqla orqanizmin temperaturunun yüksəlməsini müşahidə etmiş¬lər.
Bundan əlavə, itlərdə şərti refleks yolu ilə qızdırma törədilmişdir, itə 10
dəfə indeferent siqnalla bərabər bakteriya kulturası yeritmiş, sonra kultura
yeritmədən indeferent siqnal verməklə qızdırmanın əmələ gəlməsini
müşahidə etmişlər.
Histeriya tutması (hətta 43°C-dək), psixi xəstəliklər, hipnoz altında təlqin,
emosiyalar (natiqlərdə, aktyorlarda, imtahanda iştirak edənlərdə) zamanı
bədən temperaturu¬nun artması qeyd edilmişdir.
Bəzi farmakoloji maddələr beyin qabığında oyanma ilə ləngimə
arasındakı müvazinəti pozaraq, qızdırma xarakterli reaksiya törədir.
Məsələn, heyvanlara pirogen maddənin kodein fondunda yeridilməsi
temperaturun daha çox, NaBr fonunda isə az artmasına səbəb olur.
Heyvanlarda beyin qabığının görmə qabarı nahiyəsi¬nin, zolaqlı cismin
çıxarılmasına baxmayaraq, onlarda qız¬dırma reaksiyasını törətmək
mümkündür. Məsələn, beyin qabığı çıxarılmış heyvanda qızdırma
reaksiyası daha güclü
olur, çünki bu zaman aşağı mərkəzlərdə ləngimə zəifləyir. Dərin efir
narkozu zamanı isə tormozlanma beyin qabığından qabıqaltı nahiyəyə
keçdiyi üçün qızdırma reaksiyası zəifləyir.
Məlumdur ki, istiliyin tənzimi mərkəzləri hipota- lamusda yerləşir.
Hipotalamusun simpatik sinir sistemi ilə əlaqədar olan arxa və bir az orta
hissəsi istiliyin kimyəvi tənzimini həyata keçirərək, bədəndə istiliyin
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |