17
Hamısının saxtasını gördük. Saxta mallara etibar
eləməyin!
Yalnız düzgün olduqda inam avamlıq olmur.
Yalnız düzgün olduqda, qətiyyət inadkarlıq ol-
mur.Yalnız düzgün olduqda, nitq ünsiyyət olur,
boşboğazlıq olmur. Yalnız düzgün olduqda, seyr
həqiqəti görür...
“Dhammapada” Buddanın həqiqətinin bu
və ya digər əhəmiyyətli tərəflərini açıqlayan
fəsillərə bölünmüş fikirlər silsiləsidir. “Dhamma”
– həqiqət, qanun deməkdir, pali dilindən. Kitab,
Azərbaycan dilinə rus və ingilis dillərindəki ver-
siyalarından müqayisəli tərcümə edilmişdir. Pali
dilini biləcək və Buddanı tərcümə etməyə həvəsi
olacaq azərbaycanlını daha 2500 il gözləməyə
səbrimiz olmadı. Yeri gəlmişkən, Budda (Sidd-
hartha Qautama) e. ə. 536- 476-cı illərdə yaşamış-
dır. 25 əsrdir bu müdriklik ona müraciət edənlərə
hikmət və şəfa bəxş etməkdədir. Ümid edirik ki,
indi bu adamların sırasında Azərbaycan oxucusu
da olacaq.
Dhammapadanın azərbaycan dilinə çevir-
mək ideyası filosof dostum Zülfüqarlı Şahinə
məxsusdur. Tərcümə ilk dəfə “Fəlsəfə və sosi-
al-siyasi elmlər” jurnalında (2010, №№ 1, 2) çap
olunmuşdur. İndiki versiyası yenidən işlənmiş
18
və redaktə olunmuş halda oxuculara təqdim
olunur.
Bir neçə söz Buddanın dili barədə. Şərq
fəlsəfəsi Qərb fəlsəfəsindən fərqli olaraq poetik
dildə ifadə olunur. Burada pafos, emosional rəng
hikmətin dərkinin asanlaşdırılmasına xidmət
edir. Dərkdə bütün varlıq iştirak etməlidir. Bud-
da bu məqamı “bütün bədəni ilə hiss etmə” (259)
adlandırır. Tərcümədə Buddanın idiomlarını
mümkün qədər saxlamağa can atmışıq. İnadlı
oxucunun bu simvolların arxasındakı hikmətlərə
yol tapacağına ümidimiz böyükdür. Bu hikmətlər
onları izləyəcək oxucunun daxilində böyük sülh
yaratmaq potensiyasına malikdir. Budda bu sül-
hü Nirvana adlandırır.
Dr.Müşfiq Şükürov
19
I.
QOŞA BƏndlƏr FƏSlİ
1
Dhammalar ağılla şərtlənmişlər, onların ən
yaxşı hissəsi – ağıldır, ağıldan yaradılmışlar on-
lar. Əgər kimsə nəyisə çirkli ağılla danışır və
edir sə, onu bədbəxtlik təqib edir, arabanı dartan
öküzün izi ilə təkərin getdiyi kimi.
2
Dhammalar ağılla şərtlənmişlər, onların ən
yax şı hissəsi – ağıldır, ağıldan yaradılmışlar onlar.
Əgər kimsə təmiz ağılla danışır və iş görürsə, sə-
adət onu izləyir, geri qalmaq istəməyən kölgə kimi.
3
“O məni təhqir etdi, o məni vurdu, o mənim
üzərimdə üstünlük qazandı, o məni heç nəsiz
qoydu”. Daxillərində bu cür fikirlər daşıyanlarda
nifrət heç zaman durmur.
4
“O məni təhqir etdi, o, məni vurdu, o mənim
üzərimdə üstünlük qazandı, o məni heç nəsiz
20
qoydu”. Daxillərində bu cür fikirlər daşımayan-
larda nifrət yoxa çıxır.
5
Zira, bu dünyada nifrət heç zaman nifrətlə
durdurulmur, nifrətin yoxluğu ilə durdurulur o.
Budur əzəli dhamma.
6
Axı çoxları bilmir ki, biz hökmən burada
öləcəyik. Bunu bilən kəslərdə isə mübahisələr
dər hal kəsilir.
7
O kəs ki, yalnız ləzzətlərin seyrində yaşayır,
hisslərini ram edə bilmir, yeməkdə hədd tanımır,
tənbəl və qətiyyətsizdir, - məhz onu Mara
1
sarsı-
dır, gücsüz ağacı külək sarsıdan kimi.
8
O kəs ki, ləzzətlərin seyrinə qapılmadan
yaşayır, hisslərini nəzarətdə saxlayır, yeməkdə
mötədildir, inam və qətiyyətlə doludur,- məhz
onu Mara sarsıda bilmir, külək daş-qayanı sarsı-
da bilmədiyi kimi.
9
Sarı libas
2
geyən, özü isə çirkabdan təmiz-
lən məyən, həqiqəti, özünü məhdud laşdır manı
bil məyən kəs sarı libasa layiq deyil.
21
10
Lakin çirkabdan azad olmuş, fəzilətlərdə
möh kəm olan, həqiqət və özünü məhdudlaşdırma
ilə dolan kəs, məhz o, sarı libasa layiqdir.
11
Həqiqəti həqiqətsizlikdə görənlər və həqiqət-
sizliyi həqiqət sayanlar heç zaman həqiqətə ça ta
bilməyəcəklər, zira, onların nəsibi yalançı niy-
yətlərdir.
12
Həqiqəti həqiqət və həqiqətsizliyi həqiqətsiz-
lik kimi görənlər, onlar həqiqətə çatacaqlar, zira,
onların nəsibi həqiqi niyyətlərdir.
13
Pis damı olan evə yağış necə daxil olursa, pis
inkişaf etmiş ağıla da ehtiras eləcə daxil olur.
14
Yaxşı damı olan evə yağış daxil ola bilmədiyi
kimi, yaxşı inkişaf etmiş ağıla da ehtiras daxil ola
bilmir.
15
Bu dünyada da şikayətçidir o, o biri dünyada
da. Hər iki dünyada şikayətçidir zülm törədən.
Şikayət edir, əzab çəkir o, əməllərinin zülmünü
görərək.
16
Bu dünyada da sevinir o, o biri dünyada da.
Saleh əməl sahibi hər iki dünyada sevinir. Sevinir
22
o, sevinib qurtara bilmir, əməllərinin qüsursuz-
luğunu görərək.
17
Bu dünyada da əzab çəkir o, o biri dünya da,
hər iki dünyada əzab çəkir zülm törədən. “Bu
zülmü mən elədim”- deyə əzab çəkir o. Pis yola
düşüncə isə daha çox əzab çəkir.
18
Bu dünyada da şadlanır o, o biri dünyada da.
Hər iki dünyada şadlanır saleh əməl sahibi. “Bu
xeyiri mən elədim!”- deyə şadlanır o. Doğru yola
yetişincə isə daha çox şadlanır.
19
Əgər insan Kitabı hətta əzbər belə bilsə, lakin
özü qafildir və ona riayət etmirsə, o, başqasının
inəklərini sayan çobana bənzəyir. Müqəddəsliyə
aidiyyəti yoxdur onun.
20
Əgər hətta insan Kitabı az təkrarlayırsa belə,
lakin dhammaya uyğun yaşayırsa, ehtirasdan,
nifrətdən və cəhalətdən azaddır, həqiqi biliyə və
azad ağıla malikdirsə, nə bu dünyada, nə də o biri
dünyada bağlılığı yoxdursa, onun müqəddəsliyə
aidiyyəti var.
Dostları ilə paylaş: |