52
XIII.
dÜnYA BArƏdƏ FƏSİl
167
Alçaq dhammaya riayət etmə! Yelbeyin ya-
şama! Saxta baxışlara riayət etmə! Mövcudluğu
artırma!
168-169
Qalx! Yelbeyin olma! Xeyirli dhammaya ria-
yət elə. Dhammaya riayət edən bu dünyada xoş-
bəxt yaşayır, hətta o birində də.
170
Dünyaya qovuqcuğa baxan kimi, ilğıma ba-
xan kimi baxanları ölüm şahı görmür.
171
Gedin alabəzək şah arabasına bənzər bu
dün yaya baxın. Səfehlərin çabaladığı yerdə müd-
ri kin heç bir bağlılığı yoxdur.
172
Əvvəl yüngül olan sonra ciddi olursa, bu
dün yanı buludlardan qurtulmuş ay kimi işıqlan-
dırır.
53
173
Törətdiyi şərin kəffarəsini xeyir işlə verən
kəs, bu dünyanı buludlardan qurtulmuş ay kimi
işıqlandırır.
174
Kordur bu dünya. Dünyada yalnız az bir qi-
sim aydın görə bilir. Tordan qurtulmuş quş kimi,
yalnız az bir qisim cənnətə düşür.
175
Günəşin yolu ilə səyahət edərlər qu quş-
ları; göydə onlar iddhinin
21
köməyi ilə səyahət
edərlər. Müdriklər Maranı qoşunu ilə birlikdə
məğlub edərək tərk edərlər dünyanı.
176
Yalan danışan, axirətdən imtina edən, bircə
dhammaya saymazlıq edən insanın törədə bilmə-
yəcəyi şər yoxdur.
177
Həqiqətən, simiclər göy əhlinin dünyasına
düş mürlər; səfehlər, həqiqətən, sədəqə verməyi
tə rifl əmirlər. Müdrik isə verərkən sevinir: axı bu-
na görə o, o biri dünyada xoşbəxtdir.
178
Sotapattinin
22
meyvəsi yer hakimliyindən və
ya göyə yüksəlməkdən – bütün dünyanın hökm-
darı olmaqdan daha yaxşıdır.
54
XIV.
nUrlAnMIŞ BArƏdƏ FƏSİl
179
Bu cığırsızı, nurlanmışı, sonsuz sferaların
sahibini, qələbəsi məğlubiyyətə çevrilməyəni və
təslim olmuş ehtirası bir daha bu dünyada da-
vam eləməyəcək birisini siz hansı cığırla apara-
caqsınız?
180
Bu cığırsızı, nurlanmışı, sonsuz sferaların
sahibini, onu tələyə salacaq bağlılığı, yoldan çı-
xaracaq arzusu olmayan birisini siz hansı cığırla
aparacaqsınız?
181
Dərin fikirlərlə dolu olan nurlanmışlara hətta
göy əhli belə həsəd aparır, azadlığın sakitliyindən
həzz alanlara, zikrə qapılanlara, müdriklərə.
182
İnsan olmaq çətindir; ölümlülərin həyatı çə-
tin dir; həqiqi dhammanı dinləmək çətindir; nur-
lanmışın doğulması çətindir.
55
183
Zülm etməmək, xeyirə nail olmaq, ağlını tə-
mizləmək – nurlanmışların elmi bundan ibarət dir.
184
Dözüm, səbr ali zahidlik, ali Nirvanadır, -
de yirlər nurlanmışlar, - zira, başqalarına zərər
ve rən tərki-dünya deyil, başqasını incidən – za-
hid deyil.
185
Praktimokşaya
23
müvafiq olaraq, təhqir et-
mə mək, zərər verməmək və nəfsin pəhrizi, qida-
da mötədillik, tənha yaşamaq, ali zikrlərə sadiq-
lik – nurlanmışların təlimi bundan ibarətdir.
186
Hətta qızıl pul yağmuru belə ehtiraslara
məm nunluq gətirməyəcək. Müdrik olan bilir: eh-
tiraslar xəstədirlər və onlarda elə bir sevinc də
yoxdur.
187
O hətta səmavi həzzlərdə belə məmnunluq
tapmır. Tam nurlanmış şagird yalnız arzunun ol-
mamasına sevinir.
188
Qorxudan əzab çəkən insanlar hər bir sığına-
cağa müraciət edərlər: dağlara, meşələrə, me şə-
dəki ağaclara, qəbirlərə.
56
189
Lakin axı belə bir sığınacaq da təhlükəsiz de-
yil, belə bir sığınacaq da ən yaxşısı deyil. Belə bir
sığınacağa sığınan bütün bəlalardan qurtulmur.
190
O kəs ki, Buddada, Dhammada və Sanqhada
sığınacaq tapmışdır, əsl biliyə sahib olan o kəs,
Dörd nəcib həqiqəti görür.
191
Zülm, zülmün mənşəyi və zülmün aradan
qal dı rılması və Nəcib səkkizli yol, zülmün dur-
durulmasına aparan.
24
192
Bax belə bir sığınacaq təhlükəsizdir, belə sı-
ğınacaq ən yaxşısıdır. Belə sığınacağa yetişən bü-
tün bəlalardan qurtulur.
193
Nəcib insanı tapmaq çətindir: o hər yerdə do-
ğulmur. Lakin belə müdrikin doğulduğu yerdə
xoşbəxt nəsil çiçəklənir.
194
İlahi rəhmət var nurlanmışların doğuluşun-
da, ilahi rəhmət var həqiqi dhamma təlimində,
ilahi rəhmət var sanqhanın razılığında, ilahi rəh-
mət var razılıqda yaşayanların zahidliyində.
57
195-196
Hörmətə layiq olanlara (istər nurlanmışlar
olsun, istər şagirdlər) hörmət edən, maneəni aş-
mışlara, qəm və şikayətdən qurtulmuşlara, azad-
lığa çatmışlara və qorxubilməzlərə hörmət edən
kəsin məziyyətlərini heç kimə sadalamaq müm-
kün deyil.
58
XV.
SƏAdƏT BArƏdƏ FƏSİl
197
O! Biz çox xoşbəxt yaşayırıq, düşmənçilik
edənlər içində düşmənçilik etməyənlər, düş-
mən çilik edən insanlar içində yaşayırıq biz, düş-
mənçilik etməyənlər.
198
O! Biz çox xoşbəxt yaşayırıq, xəstələr içində
xəstə olmayanlar, xəstə insanlar içində yaşayırıq
biz, xəstə olmayanlar.
199
O! Biz çox xoşbəxt yaşayırıq, üzülənlər içində
üzüntü bilməyənlər; üzülən insanlar içində yaşa-
yırıq biz, üzüntü bilməyənlər.
200
O! Biz çox xoşbəxt yaşayırıq, baxmayaraq ki,
heç nəyimiz yoxdur. Biz sevinclə qidalanacağıq,
işıq saçan göy əhli kimi.
Dostları ilə paylaş: |