Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
1   ...   5   6   7   8   9   10   11   12   13

52
XIII.
dÜnYA BArƏdƏ FƏSİl
167
Alçaq  dhammaya  riayət  etmə!  Yelbeyin  ya-
şama! Saxta baxışlara riayət etmə! Mövcudluğu 
artırma!
168-169
Qalx! Yelbeyin olma! Xeyirli dhammaya ria-
yət elə. Dhammaya riayət edən bu dünyada xoş-
bəxt yaşayır, hətta o birində də.
170
Dünyaya qovuqcuğa baxan kimi, ilğıma ba-
xan kimi baxanları ölüm şahı görmür.
171
Gedin  alabəzək  şah  arabasına  bənzər  bu 
dün yaya baxın. Səfehlərin çabaladığı yerdə müd-
ri  kin heç bir bağlılığı yoxdur.
172
Əvvəl  yüngül  olan  sonra  ciddi  olursa,  bu 
dün yanı buludlardan qurtulmuş ay kimi işıqlan-
dırır.


53
173
Törətdiyi  şərin  kəffarəsini  xeyir  işlə  verən 
kəs, bu dünyanı buludlardan qurtulmuş ay kimi 
işıqlandırır.
174
Kordur bu dünya. Dünyada yalnız az bir qi-
sim aydın görə bilir. Tordan qurtulmuş quş kimi, 
yalnız az bir qisim cənnətə düşür.
175
Günəşin  yolu  ilə  səyahət  edərlər  qu  quş-
ları;  göydə  onlar  iddhinin
21
  köməyi  ilə  səyahət 
edərlər.  Müdriklər  Maranı  qoşunu  ilə  birlikdə 
məğlub edərək tərk edərlər dünyanı.
176
Yalan danışan, axirətdən imtina edən, bircə 
dhammaya saymazlıq edən insanın törədə bilmə-
yəcəyi şər yoxdur.
177
Həqiqətən,  simiclər  göy  əhlinin  dünyasına 
düş mürlər;  səfehlər,  həqiqətən,  sədəqə  verməyi 
tə rifl əmirlər. Müdrik isə verərkən sevinir: axı bu-
na görə o, o biri dünyada xoşbəxtdir.
178
Sotapattinin
22
 meyvəsi yer hakimliyindən və 
ya göyə yüksəlməkdən – bütün dünyanın hökm-
darı olmaqdan daha yaxşıdır.


54
XIV.
nUrlAnMIŞ BArƏdƏ FƏSİl
179
Bu  cığırsızı,  nurlanmışı,  sonsuz  sferaların 
sahibini, qələbəsi məğlubiyyətə çevrilməyəni və 
təslim  olmuş  ehtirası  bir  daha  bu  dünyada  da-
vam eləməyəcək birisini siz hansı cığırla apara-
caqsınız?
180
Bu  cığırsızı,  nurlanmışı,  sonsuz  sferaların 
sahibini, onu tələyə salacaq bağlılığı, yoldan çı-
xaracaq arzusu olmayan birisini siz hansı cığırla 
aparacaqsınız?
181
Dərin fikirlərlə dolu olan nurlanmışlara hətta 
göy əhli belə həsəd aparır, azadlığın sakitliyindən 
həzz alanlara, zikrə qapılanlara, müdriklərə.
182
İnsan olmaq çətindir; ölümlülərin həyatı çə-
tin dir; həqiqi dhammanı dinləmək çətindir; nur-
lanmışın doğulması çətindir.


55
183
Zülm etməmək, xeyirə nail olmaq, ağlını tə-
mizləmək – nurlanmışların elmi bundan ibarət dir.
184
Dözüm,  səbr  ali  zahidlik,  ali  Nirvanadır,  - 
de yirlər  nurlanmışlar,  -  zira,  başqalarına  zərər 
ve  rən tərki-dünya deyil, başqasını incidən – za-
hid deyil.
185
Praktimokşaya
23
  müvafiq  olaraq,  təhqir  et-
mə mək, zərər verməmək və nəfsin pəhrizi, qida-
da mötədillik, tənha yaşamaq, ali zikrlərə sadiq-
lik – nurlanmışların təlimi bundan ibarətdir.
186
Hətta  qızıl  pul  yağmuru  belə  ehtiraslara 
məm nunluq gətirməyəcək. Müdrik olan bilir: eh-
tiraslar  xəstədirlər  və  onlarda  elə  bir  sevinc  də 
yoxdur.
187
O  hətta  səmavi  həzzlərdə  belə  məmnunluq 
tapmır. Tam nurlanmış şagird yalnız arzunun ol-
mamasına sevinir.
188
Qorxudan əzab çəkən insanlar hər bir sığına-
cağa müraciət edərlər: dağlara, meşələrə, me şə-
dəki ağaclara, qəbirlərə.


56
189
Lakin axı belə bir sığınacaq da təhlükəsiz de-
yil, belə bir sığınacaq da ən yaxşısı deyil. Belə bir 
sığınacağa sığınan bütün bəlalardan qurtulmur.
190
O kəs ki, Buddada, Dhammada və Sanqhada 
sığınacaq tapmışdır, əsl biliyə sahib olan o kəs, 
Dörd nəcib həqiqəti görür.
191
Zülm,  zülmün  mənşəyi  və  zülmün  aradan 
qal dı rılması və Nəcib səkkizli yol, zülmün dur-
durulmasına aparan.
24
192
Bax belə bir sığınacaq təhlükəsizdir, belə sı-
ğınacaq ən yaxşısıdır. Belə sığınacağa yetişən bü-
tün bəlalardan qurtulur.
193
Nəcib insanı tapmaq çətindir: o hər yerdə do-
ğulmur.  Lakin  belə  müdrikin  doğulduğu  yerdə 
xoşbəxt nəsil çiçəklənir.
194
İlahi rəhmət var nurlanmışların doğuluşun-
da,  ilahi  rəhmət  var  həqiqi  dhamma  təlimində, 
ilahi rəhmət var sanqhanın razılığında, ilahi rəh-
mət var razılıqda yaşayanların zahidliyində.


57
195-196
Hörmətə  layiq  olanlara  (istər  nurlanmışlar 
olsun, istər şagirdlər) hörmət edən, maneəni aş-
mışlara, qəm və şikayətdən qurtulmuşlara, azad-
lığa çatmışlara və qorxubilməzlərə hörmət edən 
kəsin məziyyətlərini heç kimə sadalamaq müm-
kün deyil.


58
XV.
SƏAdƏT BArƏdƏ FƏSİl
197
O!  Biz  çox  xoşbəxt  yaşayırıq,  düşmənçilik 
edənlər  içində  düşmənçilik  etməyənlər,  düş-
mən  çilik edən insanlar içində yaşayırıq biz, düş-
mənçilik etməyənlər.
198
O! Biz çox xoşbəxt yaşayırıq, xəstələr içində 
xəstə olmayanlar, xəstə insanlar içində yaşayırıq 
biz, xəstə olmayanlar.
199
O! Biz çox xoşbəxt yaşayırıq, üzülənlər içində 
üzüntü bilməyənlər; üzülən insanlar içində yaşa-
yırıq biz, üzüntü bilməyənlər.
200
O! Biz çox xoşbəxt yaşayırıq, baxmayaraq ki, 
heç nəyimiz yoxdur. Biz sevinclə qidalanacağıq, 
işıq saçan göy əhli kimi.


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə