Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
1   ...   5   6   7   8   9   10   11   12   13

67
XVIII.
çİrkAB BArƏdƏ FƏSİl
235
Solmuş yarpaq kimisən sən indi və Yamanın 
elçiləri dalınca gəlmişlər. Və sən ölümün astana-
sında dayanmısan. Və sənin yola heç bir ehtiyatın 
yoxdur.
236
Özünə ada yarat, səylə mübarizə apar, müd-
rik ol. Çirkabdan təmizlənərək, qüsursuz halda, 
sən nəciblərin göy səltənətinə yetişəcəksən.
237
Budur,  həyatın  sona  çatmışdır.  Yamaya  ya-
xınlaşmısan, lakin sənin hətta evin belə yoxdur. 
Və yola ehtiyatın belə yoxdur.
238
Özünə ada yarat, səylə mübarizə apar, müd-
rik ol! Çirkabdan təmizlənərək, qüsursuz halda, 
sən  bir  daha  doğulma  və  qocalıqla  üzləş mə-
yəcəksən.


68
239
Tədricən, az-az, vaxtaşırı müdrik öz üzərin-
dən  çirki  çırpmalıdır,  zərgər  üstündəki  zərləri 
çırpan kimi.
240
Dəmirdə yaranan pas onu yediyi kimi (hər-
çənd,  onun  özündən  yaranmışdır),  beləcə  şəxsi 
əməllər  də  dhonanı
28
  aşan  insanı  bədbəxtliyə 
gətirib çıxarır.
241
Yazı  çirklənir,  onu  təkrarlamayanda;  evlər 
çirklənirlər, onlara baxmayanda; gözəllik tənbəl-
liklə çirklənir; yüngüllük ayıq insanın çirkidir.
242
Qadının pis hərəkəti çirkdir; verənin simic-
liyi çirkdir; həm bu dünyada, həm də o dünyada 
şər dhammalar çirklidirlər.
243
Lakin hər şeydən çirkli olan isə cəhalət çir-
kidir, çirklərin ən pisi; bu çirkdən azad olduqda 
siz, ey bhikşular, çirkdən qurtulmuş olacaqsınız!
244
Həyasız olana yaşamaq asandır, qarğa kimi 
həddini  bilməyən,  sırtıq,  düşüncəsiz,  pozğun 
olana.


69
245
Lakin təvazökar olana yaşamaq çətindir, dai-
ma təmiz olanı axtarana, tərəfsizə, soyuqqanlıya, 
bəsirətliyə, həyatı təmiz olana.
246-247
Həyatı məhv edən və yalan danışan, bu dün-
yada  ona  verilməyəndən  yapışan  və  başqasının 
arvadının yanına gedən, əyyaşlıq edən, bu dün-
yada öz kökünü qazıyandır.
248
Bunu bil, ey insan! Şər dhammalar sərhəd ta-
nımır. Və qoy, simiclik və dhammanın yoxluğu 
səni uzun müddətə şərə bağlamasın.
249
İnsanlar  imanlarına  müvafiq  verirlər,  nə 
qədər lazım bilirlərsə, o qədər. Başqalarına nəsib 
olan yeməyə və içməyə həsəd aparan kəs isə nə 
gündüz, nə də gecə zikrə nail ola bilmir.
250
Həsədi məhv olmuş, kökündən qoparılmış, 
ləğv edilmiş kimsə isə gündüz də, gecə də zikrə 
nail ola bilər.
251
Ehtirasa bərabər atəş yoxdur, qəzəbə bərabər 
tutma
29
 yoxdur, aldanışa bərabər tor yoxdur, ar-
zuya bərabər çay yoxdur.


70
252
Başqalarının  günahlarını  görmək  asan-
dır,  özününkülərini  isə,  əksinə,  çətindir.  Zira, 
özgə  günahlarını  kəpək  kimi  aləmə  səpərlər; 
özünküləri  isə,  əksinə,  gizlədərlər,  mahir  fırıl-
daqçı bəd düşmüş zəri gizlədən kimi.
253
Özgə günahlarını güdən və daima qıcıqlan-
mış  olanın  arzuları  artır;  arzuların  məhvindən 
uzaqdır o.
254
Göydə  yol  yoxdur;  bizdən  kənarda  zahid 
yoxdur.  İnsanlar  illüziyalarda  sevinc  axtarırlar, 
Tathaqatlar
30
 illüziyalardan azaddırlar.
255
Göydə  yol  yoxdur;  bizdən  kənarda  zahid 
yoxdur. Əbədi sankhara yoxdur; nurlanmışlarda 
daimilik yoxdur.


71
XIX.
dHAMMAYA rİAYƏT EdƏn 
BArƏdƏ FƏSİl
256
Tez-tələsik məqsədə atılan dhammaya riayət 
edən deyil. Müdrik isə həm bunu, həm də o birini 
tərəziyə qoyur: doğrunu və doğru olmayanı.
257
O,  başqalarını  zor  tətbiq  etmədən  aparır, 
dhammaya  müvafiq  olaraq,  ehtirassız.  Dham-
manı qoruyanı, müdrik olanı “dhammaya riayət 
edən” adlandırırlar.
258
Çox danışdığına görə deyil ki, o müdrikdir. 
Sakit  olanı,  nifrətdən  azad  olanı,  qorxubilməzi 
“müdrik” adlandırırlar.
259
Çox danışdığına görə deyil ki, o, dhamma-
ya bələddir. O kəs ki, dhammaya qarşı sayğısız 
deyil,  o  kəs  ki,  az  savadlı  olsa  belə,  onu  bütün 


72
bədəni  ilə  hiss  edir,  o,  həqiqətən,  dhammaya 
bələddir.
260
Başı  ağardığına  görə  deyil  ki,  o,  böyükdür. 
O, qoca yaşlarındadır, lakin onu “əbəs yerə qocal-
mış” adlandırırlar.
261
O  kəsdə  ki,  həqiqət  və  dhamma,  özününü 
məhdudlaşdırma,  təslimiyyət  var,  o  kəs  ki,  qü-
sursuz və müdrikdir, onu “böyük” adlandırırlar.
262
Paxıl, xəsis, sürüşkən insan təkcə bəlağət ya-
xud gözəl sifət hesabına cəlbedici olmur.
263
O kəsdə ki, bu məhv edilmişdir, kökündən 
qoparılmışdır, ləğv edilmişdir, o kəs ki, müdrik-
dir və nifrətdən imtina etmişdir, onu “cəlbedici” 
adlandırırlar.
264
Sözəbaxmaz  və  yalançı  təkcə  qırxılmış  ba-
şa  görə  zahid  olmur.  Bu  nə  zahiddir,  əgər  o 
simicdirsə və arzularla doludursa?
265
Lakin  o  kəs  ki,  şəri  tamamilə  tabe  etdirir, 
həm  balacasını,  həm  böyüyünü,  o  kəsi  “zahid” 
adlandırırlar; zira, o, şəri sakitləşdirmişdir.


73
266
O, ona görə bhikşu deyildir ki, başqalarından 
sədəqə  istəyir.  Bütün  dhammanı  öyrənmədən 
bhikşu olmurlar.
267
O  kəs  ki,  bu  dünyada  xeyir  və  şərdən 
yüksəkdə  durur,  yaxud  saleh  həyat  tərzi  sürür, 
kim  ki,  burada  bilikli  yaşayır,  məhz  beləsini 
“bhikşu” adlandırırlar.
268-269
Axmaq, cahil hətta susmağa riayət edirsə be lə 
muni olmur. O müdrik ki, tərəziyə malik kimi yax-
şını seçir və pisdən yayınır, muni odur; məhz ona 
görə də o munidir. Bu dünyada həm bunu, həm 
onu tərəziyə qoyan, məhz o, “muni” çağırılır
31
.
270
O, nəcib deyil, əgər canlı məxluqlar üzərində 
zorakılıq edirsə. Onu onda nəcib adlandırırlar ki, 
o, heç bir canlı məxluq üzərində zorakılıq etmir.
271-272
Yalnız  itaətlə  və  rituallarla  və  ya  həmçinin 
çox elmliliklə yaxud özünədalma ilə yaxud tənha 
gecələmə ilə mən adi dünyəvilər üçün əlçatmaz 
olan  rahatlığa  yetişə  bilməyəcəm!  Ey  bhikşu! 
Məgər  siz  arzularınızın  məhvinə  nail  olmadan 
məmnun ola bilərdinizmi?


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə