Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
1   ...   5   6   7   8   9   10   11   12   13

80
XXII.
CƏHƏnnƏM BArƏdƏ FƏSİl
306
Yalan danışan və həmçinin eləyəndən sonra 
“Mən  eləmədim”  deyən  kəs  cəhənnəmə  düşür. 
Axı o da, digəri də ölümdən sonra bərabərdirlər; 
alçaq əməllər sahibləri o dünyada bərabərdirlər.
307
Boyunları  sarıya  bürünənlərin  bir  çoxları 
dhammaya pis riayət edirlər və hədlərini qoru-
yan deyillər. Alçaqlar öz alçaq əməlləri ucundan 
cəhənnəmdə doğulurlar.
308
Alov kimi qızğın dəmir kürəni udmaq daha 
yaxşıdır  kafir  və  həddi  aşana,  nəinki  ölkənin 
zəkatından istifadə etmək.
309
Qonşunun arvadını istəyən qafil insan dörd 
şeyə sahib olacaq: şərəfsizlik, yuxusuzluq, üçün-
cüsü, cəza, dördüncüsü, cəhənnəm.


81
310
Şərəfsizlik  və  pis  yol;  qorxmuşun  (kişinin) 
qorxmuşla (qadınla) qısa ləzzəti və padşahın ağır 
cəzası.  Odur  ki,  qoy,  insan  qonşunun  arvadına 
yol axtarmasın.
311
Ehtiyatsız tutulduqda kus otu əli kəsdiyi kimi, 
düzgün sürülmədikdə zahid həyatı da cəhən nəmə 
aparır.
312
Qafil  görülmüş  əməl,  yerinə  yetirilməyən 
əhd,  tərəddüdlü  mərifət  –  bütün  bunlar  böyük 
mükafat gətirmir.
313
Nəsə  görülməlidirsə,  onu  qətiyyətlə  gör. 
Zira, qafil yolçu daha çox toz
36
 qaldırır.
314
Pis  görülmüş  əməldən  görülməmiş  əməl 
yaxşıdır; zira, pis əməl yada düşdükcə əzab verir. 
Xeyirli  əməl  yaxşı  görülmüş  əməldir;  zira,  onu 
gördükdən sonra peşman olmursan.
315
Daxildən və xaricdən qorunan sərhəd şəhəri 
kimi qoru özünü. Vaxt itirmə, zira, vaxtı itirmişlər 
cəhənnəmdə kədərə düşürlər.


82
316
Yanlış  baxışlara  riayət  edənlər,  utanması 
gərəkməyən  şeylərdən  utananlar  və  utanılası 
şeylərdən utanmayanlar pis yola düşürlər.
317
Yanlış baxışlara riayət edənlər, qorxmaq la-
zım  gəlməyəndə  təhlükə  görənlər  və  qorxmaq 
lazım  gələndə  təhlükəni  görməyənlər  pis  yola 
düşürlər.
318
Yanlış  baxışlara  riayət  edənlər,  qadağanın 
ol madığı  yerdə  qadağa  görənlər  və  qadağanın 
ol duğu  yerdə  qadağanı  görməyənlər  pis  yola 
düşürlər.
319
Doğru baxışlara riayət edənlər, qadağa olun-
muşu qadağa olunmuş, qadağa olunmamışı qada-
ğa olunmamış kimi bilənlər doğru yola düşürlər.


83
XXIII.
Fİl BArƏdƏ FƏSİl
320
İnsanların çoxu xəstə təbiətlidir və mən təh-
qirlərə səbr edəcəm, döyüşdə fil yaydan atılmış 
oxa dözdüyü kimi.
321
Ram edilmişi döyüşə aparırlar; şah ram edil-
mişin üzərinə yüksəlir. Təhqirlərə səbr edən ram 
edilmiş insanların ən yaxşısıdır.
322
Ram edilmiş qatırlar və nəcib sindh atları və 
iri  fillər  yaxşıdır.  Lakin  özünü  ram  etmiş  daha 
yaxşıdır.
323
Zira özünü hədlər və çalışmalarla ram etmi-
şin gəlib çıxacağı əlçatmaz ölkəyə
37
 bu heyvanlar-
la yetişə bilməzsən.
324
Dhanapalaka  adlı  fili  saxlaya  bilməzsən, 
onun gicgahlarından zəhərli maye axdığı zaman. 


84
Bağlı halda o, bir tikə də yemir: fil, fil meşəsinin 
həsrətini çəkir.
325
Tənbəl, acgöz və yatağan olan, yerində axta 
donuz kimi qurcalanan axmaq təkrar-təkrar do-
ğulur.
326
Bu  ağıl  əvvəllər  kefi  istədiyi  kimi,  xoşuna 
gəldiyi kimi, bildiyi kimi avaralanmışdır. İndi isə 
mən onu möhkəm saxlayacam, çarvadar qızmış 
fili saxlayan təki. 
327
Yelbeyin  olmayın,  fikirlərinizə  göz  qoyun! 
Pis  yoldan  çıxardın  özünüzü,  palçığa  batmış  fil 
özünü çıxaran kimi.
328
Birlikdə getməyə hazır olan ağıllı, saleh hə-
yat yaşayan, müdrik, çətinliklərə sinə gərən dost 
tapsan, onunla get, xoşbəxt və diqqətli.
329
Birlikdə  getməyə  hazır  ağıllı,  saleh  həyat 
yaşayan,  müdrik  dost  tapmasan,  tək  get,  fəth 
elədiyi şahlığından imtina etmiş şah kimi və ya 
fil meşəsindəki fil kimi.
330
Tək yaşamaq yaxşıdır. Axmaqla dostluq ol-


85
maz. Az arzusu olan kəs, tək get və zülm törətmə, 
fil meşəsindəki fil kimi.
331
Dostlar  xoşdur,  onlara  tələbat  yarananda. 
Həzz xoşdur, səbəb olanda. Ölüm saatında yaxşı 
əməl xoşdur. Bütün dərdlərdən imtina xoşdur.
332
Bu  dünyada  analıq  xoşdur;  atalıq  da 
həmçinin  xoşdur;  bu  dünyada  zahidlik  xoşdur; 
brahmanalıq da həmçinin xoşdur.
333
Qocalığa qədər uzanan mərifət xoşdur; kök 
atmış  iman  xoşdur;  müdrikliyə  çatmaq  xoşdur; 
şərdən arınmaq xoşdur. 


86
XXIV.
MÜXTƏlİF BArƏdƏ FƏSİl
334
Qafil yaşayan insanın arzuları maluva kimi 
böyüyür.  O,  mövcudluqdan  mövcudluğa  daşı-
nır, meşədə meyvə axtaran meymun kimi.
335
Dünyaya bağlılıq adlı bu bədbəxt arzu kimə 
qalib  gələrsə,  onun  dərdləri  məhsuldar  birana
38
 
otu kimi boy verir.
336
Kim ki, bu dünyada bu bədbəxt, çətin məğ-
lub  edilən  arzuya  qalib  gəlir,  o  kəsin  dərdləri 
şanagüllə yarpağından su damcıları sürüşən təki 
yox olur.
337
Sizə  dediklərim  budur:  “Salam  olsun  sizə, 
burda  nə  qədəriniz  yığılıbsa!  Arzunun  kökünü 
qopardın, xoş ətirli usira
39
 kökünün axtarışların-
da birananı qopardığınız təki! Qopardın ki, Mara 
təkrar-təkrar  sizə  qalib  gəlməsin,  sel  qamışlığı 
basan kimi”.


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə