Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
1   ...   5   6   7   8   9   10   11   12   13

74
XX.
YOl HAQQIndA FƏSİl
273
Yolların ən yaxşısı səkkizlidir; həqiqətlərdən 
ən yaxşısı dörd sözdür; dhammalardan ən yaxşı-
sı ehtirasların məhvidir; ikiayaqlılardan ən yaxşı-
sı bəsirətli olandır.
274
Yol budur və görməni təmizləmək üçün baş-
qası yoxdur. Onunla gedin. Başqa hər şey Mara-
nın vəsvəsəsidir.
275
Onunla gedərək əzablara son qoyacaqsınız. 
Bu yolu mən bəyan etdim, tikanları aradan qal-
dırmağı öyrənincə.
276
Özünüz  cəhd  göstərməlisiniz.  Tathaqatlar 
(buddalar)  yeganə  müəllimlərdir.  Bu  yolla  ge-
dən lər  və  özünə  dalanlar  Maranın  buxovların-
dan qurtulacaqlar.


75
277
“Bütün  yaradılmışlar  keçicidirlər”.  Buna 
müd rikcəsinə  baxanlarda  ağrı  azalır.  Təmizlən-
mə yə aparan yol budur.
278
“Bütün  yaradılmışlar  ağrı  və  acı  demək-
dirlər”. Buna müdrikcəsinə baxanlarda ağrı aza-
lır. Təmizlənməyə aparan yol budur.
279
“Bütün formalar qeyri-realdırlar”. Buna müd-
rik cəsinə  baxanlarda  ağrı  azalır.  Təmizlənməyə 
aparan yol budur.
280
Qalxmaq  zamanı  yetişəndə  qalxmayan;  ca-
vanlığa və qüvvətə rəğmən tənbəl olan; qətiyyəti 
və fikri cılız olan - belə qafil və tənbəl müdrikli-
yin yolunu tapmayacaqdır.
281
Sözünə nəzarət edən, öz ağlını tam sakitləş-
dirmiş  insan,  qoy,  o,  bədəni  ilə  pis  heç  nə  elə-
mə sin! Qoy, o, üç əməl yolunu təmiz saxlasın və 
müdriklərin göstərdiyi cığıra çatsın.
282
Həqiqətən, düşüncədən müdriklik doğulur, 
düşüncəsizlikdən müdrikliyin məhvi. Həyata və 
həyatın məhvinə aparan bu ikili yolu bilərək qoy, 
o, elə etsin ki, müdriklik artmaqda olsun.


76
283
Meşəni qırın, təkcə bir ağacı yox. Qorxu me-
şədən  yaranır.  Meşəni  də,  kolluğu  da  qırandan 
sonra, ey bhikşular, siz azad olacaqsınız.
32
284
Kişinin qadınlara qarşı arzusu ləğv olmayıb-
sa, lap az miqdarda belə qalıbsa, onun ağlı bağlı-
dır, anasının südünü əmən dana kimi.
285
Arzunu qopart, payız şanagülləsini əllə qo-
pardan  kimi.  Sakitlik  yolu  ilə  Suqatanın
33
  gös-
tərdiyi Nirvanaya doğru get.
286
“Burda  yağışlar  zamanı  yaşayacağam,  bur-
da isə yayda və qışda” - axmaq belə düşünür. O, 
təhlükə barədə düşünmür.
287
Uşaqlarda  və  mal-qarada  başını  itirmiş  belə 
insanı ölüm oğurlayır,yatmış kəndi sel aparan təki.
288
Nə uşaqlar, nə atası və nə də qohumları ölü-
mün yaxaladığı kəsi müdafiə edə bilməzlər. Doğ-
malarda müdafiə tapmaq mümkün deyil.
289
Bu  həqiqəti  bilərək,  qoy,  daxilən  təmkinli 
müd  rik tez özü üçün Nirvanaya aparan yolu tə-
mizləsin.


77
XXI.
MÜXTƏlİF BArƏdƏ FƏSİl
290
Əgər balaca xoşbəxlikdən imtina böyük səa-
dəti görməyə imkan verirsə, qoy, müdrik bala ca 
xoşbəxtlikdən imtina etsin, böyük səadəti düşü                         -
nərək.
291
Başqalarına  əzab  verərək  özünə  səadət  ax-
taran, nifrət torlarında dolaşaraq nifrətdən azad 
olmur.
292
Axı görülməli iş təxirə salınır, görülməsi gə
 -
rək  məyən isə, əksinə, görülür. Belə qafil və təkə b-
bürlülərin arzuları artır.
293
Lakin  o  kəslərin  ki,  tam  toparlanmış  ağlı 
dai ma bədənə yönəlmişdir, onlar görülməsi gə-
rək məyən  şeylərin  ardınca  düşmürlər,  gö rülə si 
şeyləri səylə görürlər. Belə müdrik və diqqətlilərin 
arzuları yoxa çıxır.


78
294
Ana  və  atanı  və  kşatri  kastasından  olan  iki 
padşahı  öldürərək,  şahlığı  təbəələri  ilə  birlikdə 
məhv edərək brahmana təmkinlə gedir
34
.
295
Ana və atanı və brahmana kastasından olan 
iki  padşahı  öldürərək,  üstəlik,  beşinci  olaraq 
pələng-insanı
35
  da  öldürüb  brahmana  təmkinlə 
gedir.
296
Böyük  ayıqlığa  malik  olanlar,  Qautamanın 
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz 
də onların fikirləri daima Buddaya yönəlmişdir.
297
Böyük  ayıqlığa  malik  olanlar,  Qautamanın 
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gün düz 
də onların fikirləri daima Dhammaya yönəlmişdir.
298
Böyük  ayıqlığa  malik  olanlar,  Qautamanın 
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz 
də onların fikirləri daima Sanqhaya yönəlmişdir.
299
Böyük  ayıqlığa  malik  olanlar,  Qautamanın 
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz 
də onların fikirləri daima bədənə yönəlmişdir.


79
300
Böyük  ayıqlığa  malik  olanlar,  Qautamanın 
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz 
də onların ağılları daima zorakılıqsızlığa sevinir.
301
Böyük  ayıqlığa  malik  olanlar,  Qautamanın 
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz 
də onların ağılları daima düşünməyə sevinir.
302
Dünyanın tərzini buraxmaq çətindir, dünyaya 
sevinmək çətindir; monastrda həyat çətindir, evdə 
həyat acıdır; səndən fərqlilərlə yaşamaq çətindir, 
fəqir qərib acılar içindədir. Bu səbəbdən qoy, heç 
kəs fəqir qərib olmasın və acılar içində qalmasın.
303
İnam  və  salehliklə  dolmuş  olana,  şöhrət  və 
dövlət  sahibinə,  harda  olsa,  hər  yerdə  hörmət 
bəsləyərlər.
304
Salehlər uzaqdan bərq vurarlar, qarlı dağlar 
tək. Zalımları isə heç yaxından da görmək olmur, 
gecə atılan oxları görmək mümkün olmadığı kimi.
305
Tənhalıqda oturan, tənhalıqda yatan, tənha-
lıqda gəzişən, fəaliyyətli olan və özü özünün qa-
bağını alan kəs, qoy, meşədə sevinsin.


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə