Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
1   2   3   4   5   6   7   8   9   ...   13

31

AXMAQlAr BArƏdƏ FƏSİl
60
Gecə  uzundur  oyaq  qalan  üçün,  yocana
8
u-
zundur  yorulmuş  üçün,  sansara
9
  uzundur  ax-
maqlar, həqiqi dhammanı bilməyənlər üçün.
61
Əgər yolçu özünə bənzərinə yaxud daha yax-
şısına rast gəlməsə, qoy, o, tənhalıqda möhkəm-
lənsin: axmaqla dostluq olmur.
62
“Oğullarım  mənim  –  sərvətim  mənim”,- 
beləcə  axmaq  əzab  çəkir.  Axı,  heç  onun  özü-
özünə  sahib  deyil.  Bəs  oğullar  hardan?  Sərvət 
hardan?
63
Öz  axmaqlığını  bilən  axmaq  bununla  ar-
tıq  müdrikdir,  özünü  müdrik  sanan  axmaq  isə 
həqiqətən də, necə deyərlər,“axmaqdır”.


32
64
Əgər axmaq hətta bütün ömrü uzunu müd-
riklə bağlıdırsa belə, o, dhammanı qaşıq şorbanın 
dadını bildiyindən artıq bilmir.
65
Əgər  hətta  bir  anlığına  belə  ağıllı  müdriklə 
bağlanırsa, o, dhamma ilə sürətlə tanış olur, dil 
şorbanın dadı ilə tanış olan təki.
66
Ağılsız  olan  axmaqlar  özləri  ilə  düşmənlə 
davranan  kimi  davranırlar,  şər  əməl  törədirlər, 
acı meyvələr gətirən.
67
Pis görülüb o iş ki, onu eləyəndən sonra peş-
man  olurlar  və  onun  meyvəsini  ağlanmış  üzlə, 
hıçqıra-hıçqıra qəbul edirlər.
68
Lakin  yaxşı  görülüb  o  iş  ki,  onu  eləyəndən 
sonra  peşman  olmurlar  və  onun  meyvəsini  se-
vinc içində və məmnunluqla qəbul edirlər.
69
Şər  yetişməyincə  axmaq  onu  bal  sanır.  Şər 
yetişincə isə axmaq dərdə düşür.
70
Qoy,  axmaq  aybaay  kus
10
  otunun  ucu  ilə 
yemək yesin. Hər halda o, dhammanı bilənlərin 
onaltıda bir hissəsinə belə dəymir.


33
71
Zira, süd dərhal çürümədiyi kimi, törədilən 
şər əməl də dərhal meyvələrini göstərmir; küllə 
örtülü od kimi közərir, bu axmağı təqib edir.
72
Lakin  o  zaman  ki,  axmaq  bədbəxtlikdən 
biliyə sahib olur, onda bilik onun başını partlada-
raq onun uğurunu məhv edir.
73
O özünə yaraşmayan mövqeni və bhikşular 
arasında birinciliyi və monastırlarda hakimiyyəti 
və digərləri arasında seçilməyi arzulaya bilər.
74
“Qoy, dünyəvilər də, zahidlər də bilsinlər ki, 
bunu mən etmişəm. Qoy, onlar bütün işlərində 
məndən asılı olsunlar”, - axmağın niyyəti budur; 
onun arzusu və təkəbbürü daima artır.
75
Zira, bir vasitə var-dövlət əldə etməyə aparır, 
digəri Nirvanaya. Bunu bilən bhikşu, Buddanın 
şagirdi, şan-şövkətə sevinməz, tənhalığı sevər.


34
VI.
MÜdrİklƏr BArƏdƏ FƏSİl
76
Əgər kimsə qüsurları göstərən və onlara görə 
qınayan müdriki görmüş olsa, qoy, o beləsinin ar-
dınca getsin, xəzinəni göstərən birisinin ardınca 
gedən  təki.  Beləsinin  ardınca  gedənə  yaxşı  ola-
caq, pis olmayacaq.
77
Qoy, o, məsləhət versin, öyrətsin və şərdən 
sax lasın.  Axı  o,  xeyirxaha  xoş  və  zalıma  naxoş 
gəlir.
78
Qoy, heç kim pis dostlarla birləşməsin, qoy, 
heç kim alçaq insanlarla birləşməsin. Yaxşı insan-
lara bağlanın. Nəcib insanlara bağlanın.
79
Dhamma yeyən xoşbəxt yaşayır; təmiz ağıllı 
müdrik Nəcibin
11
 bəyan etdiyi dhammaya daima 
heyrət edir.


35
80
Kanal  çəkənlər  su  buraxırlar,  oxçular  oxu 
özlərinə  tabe  etdirirlər,  dülgərlər  ağacı  özlərinə 
ram edirlər, müdriklər özlərini sakitləşdirirlər.
81
Möhkəm qayanı külək yerindən tərpədə bil-
mə diyi kimi, beləcə müdriklər də söyüş və tərif-
lər altında sarsılmazdırlar.
82
Dhammaları eşidincə müdriklər göl kimi tə-
miz olurlar, dərin, təmiz və bulanıqsız.
83
Salehlər öz yollarını istənilən şəraitdə davam 
etdirirlər. Xeyirxahlar hətta istəyəndə belə boşbo-
ğazlıq etmirlər. Onlara səadət və ya kədər toxu-
nanda isə müdriklər nə onu, nə də o birisini üzə 
göstərmirlər.
84
Nə  özündən  ötrü,  nə  də  başqasından  ötrü 
o,  nə  oğul,  nə  var-dövlət,  nə  də  şahlıq  istəməz. 
Qanunsuz yolda o özünə uğur arzulamaz. Qoy, o 
həmişə nəcib, müdrik və ədalətli olsun.
85
İnsanlar arasında çox azı qarşı sahilə yan ala 
bilirlər. Qalan insanlar isə yalnız bu sahildə vur-
nuxmaqla məşğuldurlar.


36
86
Dhamma layiqincə bəyan edildikdə həqi qə-
tən dhammaya riayət edən insanlar isə nə qədər 
çətin  olsa  da,  ölüm  səltənətindən  yan  ke çərək 
qarşı sahilə yetişə biləcəklər.
87-88
Qaranlıq dhammanı tərk edən müdrik, qoy, 
nurlu dhammanı bəsləsin. Evdən evsizliyə hicrət 
edərək, qoy, o, tənhalıqda, sevinc üçün ən az ya-
rayan  kimi  görünə  bilən  şəraitdə,  məmnunluq 
arasın. Arzulardan imtina edərək, mülkiyyətdən 
qurtularaq, qoy, müdrik öz ağlını çirkabdan tə-
mizləsin.
89
O  kəslərin  ki,  ağlı  nurlanmanın  əsaslarına 
layiqincə  söykənmişdir,  o  kəslər  ki,  bağlılıqlar-
dan imtina etmişlər, azadlığa sevinirlər, öldürül-
müş arzularla, işıqla dolu olan o kəslər bu dünya-
da Nirvanaya çatanlardır.


37
VII.
ArHATlAr
12
 BArƏdƏ FƏSİl
90
Səyahəti başa vuran üçün, kədərsiz üçün, hər 
baxımdan  azad  üçün,  bütün  bağları  atan  üçün 
ehtiras qızdırması deyilən şey yoxdur.
91
Müdriklər  hicrət  edirlər;  evdə  onlar  üçün 
həzz yoxdur. Öz gölünü tərk edən qu quşları ki-
mi, öz mənzillərini tərk edirlər onlar.
92
Onlar ehtiyat yığmırlar, qidaya onların düz-
gün baxışları var, onların nəsibi arzulardan məh-
rum və heç nə ilə şərtlənməyən azadlıqdır. On-
ların yolu göydəki quşların uçuşu kimi çətin an-
laşılır.
93
Onun arzuları məhv olmuşdur və o, qidaya 
bağlı deyil; onun nəsibi arzulardan və şərtlərdən 
azad olan qurtuluşdur. Onun yolu göydəki quş-
ların uçuşu kimi çətin anlaşılır.


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə