Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
1   2   3   4   5   6   7   8   9   ...   13

38
94
Onun  hissləri  arabaçının  ram  etdiyi  atlar 
kimi sakitdirlər. O, təkəbbürdən imtina etmişdir 
və arzulardan məhrumdur. Beləsinə göy əhli belə 
həsəd aparır. 
95
Torpaq  kimi  o  da  çaşqınlıq  tanımır;  beləcə 
comərd  olan  İndranın  sütununa
13
  bənzəyir;  o, 
çirkabsız göl kimidir. Beləsində sansaralar olmur.
96
Onun  fikri  sakitdir,  sözü  də  sakitdir,  əməli 
də. Beləcə sakit və azad olan kamil bilik yiyəsidir.
97
O kəs ki, inanmır
14
 və yaradılmamışı
15
 bilir, 
bağlılıqları qırmış, təsadüfə son qoymuş, arzular-
dan imtina etmişdir, həqiqətən ən nəcib insandır.
98
Kənddə yaxud meşədə, vadidə yaxud təpədə 
- Arhatlar harda yaşasalar, o yer xoş yerdir.
99
Meşələr  xoşdur.  Başqalarının  sevinmədiyi 
yerdə  ehtiraslardan  məhrumlar  sevinərlər,  zira, 
onlar hissi həzzləri axtarmırlar.


39
VIII.
Mİn HAQQIndA FƏSİl
100
Eşidincə insanın sakitləşdiyi bir faydalı söz 
faydasız sözlərdən tərtib olunmuş minlərlə nitq-
dən yaxşıdır.
101
Eşidincə insanın sakitləşdiyi yarım ayə fay-
dasız sözlərdən tərtib olunmuş minlərlə ayədən 
yaxşıdır.
102
Eşidincə insanın sakitləşdiyi yarım ayə daha 
yaxşıdır,  nəinki  kimsə  faydasız  sözlərdən  tərtib 
olunmuş yüz ayə oxusun.
103
Əgər birisi döyüşdə min dəfə min nəfərə qa-
lib gəlmiş olsa, başqası isə yalnız özünə qalib gəl-
sə, məhz bu başqası döyüşdə ən böyük qalibdir.
104
Həqiqətən, daimi özünü məhdudlaşdırmada 
yaşayan, özünü ram etmiş insanın özü üzərindəki 


40
qələbəsi  başqa  insanlar  üzərindəki  qələbədən 
daha yaxşıdır.
105
Nə Mara Brahman
16
 ilə, nə göy əhli, nə qand-
harva
17
 bu insanın qələbəsini məğlubiyyətə çevirə 
bilməyəcək.
106
Qoy,  kimsə  yüz  il  ərzində  hər  ay  min  dəfə 
qurbanvermə  ayini  yerinə  yetirsin  və  qoy,  bir 
başqası özünü kamilləşdirənə heç olmasa bir an-
lığına  təzim  etsin.  Həqiqətən,  belə  ehtiram  yüz 
illik qurbanvermədən daha yaxşıdır.
107
Qoy,  insan  yüz  il  meşədə  odun  qulluğun-
da dursun və qoy, o bir anlığına da olsa özünü 
kamilləşdirənə təzim etsin. Həqiqətən, belə ehti-
ram yüz illik qurbanvermələrdən daha yaxşıdır.
108
Bu dünyada xeyirxah adam il ərzində sədəqə 
və nəzir kimi nə qurban versə də, bütün bunlar 
qara  qəpiyə  də  dəyməz. Saleh  həyat  tərzi  yaşa-
yanlara hörmət daha yaxşıdır.
109
Mərifətli  olan  və  qocalara  həmişə  hörmətlə 
yanaşan insanda dörd dhamma böyüyür: həyat, 
gözəllik, xoşbəxtlik, qüvvət.


41
110
Xeyirxah və özünə dalmışın bir günü qüsur-
lu və pozğun insanın yüz illik mövcudluğundan 
daha yaxşıdır.
111
Müdrikləşmiş  və  özünə  dalmışın  bir  günü 
cahil və pozğun insanın yüz illik mövcudluğun-
dan daha yaxşıdır.
112
Qaynayan enerjiyə malik birisinin bir günü 
tənbəl  və  enerjidən  məhrum  insanın  yüz  illik 
mövcudluğundan daha yaxşıdır.
113
Əvvəli və sonu görmüşün bir günü əvvəli və 
sonu görməyən insanın yüz illik mövcudluğun-
dan daha yaxşıdır.
114
Ölümsüz yolu görmüşün bir günü ölümsüz 
yolu görməyən insanın yüz illik mövcudluğun-
dan daha yaxşıdır.
115
Ali dhammanı görmüşün bir günü ali dham-
manı görməyən insanın yüz illik mövcudluğun-
dan daha yaxşıdır.


42
IX.
ŞƏr BArƏdƏ FƏSİl
116
Qoy, o, xeyir iş görməyə tələssin; şərdən ağ-
lını  qorusun,  qoy.  Zira,  xeyir  iş  görməyə  tələs-
məyən birisinin ağlı şərdə məmnunluq tapır.
117
Əgər insan şər iş tutmuşsa belə, qoy, o onu 
təkrar-təkrar  etməsin,  onun  üzərində  qurmasın 
niyyətlərini. Şərin toplanması kədərlidir.
118
Əgər  insan  xeyir  iş  görmüşsə  belə,  qoy,  o 
onu  təkrar-təkrar  eləsin,  onun  üzərində  qursun 
niyyətlərini. Xeyirin toplanması sevinclidir.
119
Hətta zalım belə xoş gün görür, nə qədər ki, 
şər yetişməyib. Lakin şər yetişincə zalım şəri görür.
120
Hətta saleh belə zülmə məruz qalır, nə qədər 
ki, xeyir yetişməyib. Lakin xeyir yetişincə, saleh 
xeyiri görür.


43
121
Şər  barədə  yüngül  düşünmə:  “O  mənə  gəl-
mə yəcək”, - demə. Axı bardaq da damlaların düş-
məsindən dolur. Axmaq şərlə dolur, hətta onu az-
az toplasa belə.
122
Xeyir  barədə  yüngül  düşünmə:  “O  mənə 
gəlməyəcək”, - demə. Axı bardaq da damlaların 
düşməsindən  dolur.  Ağıllı  xeyirlə  dolur,  hətta 
onu az-az toplasa belə.
123
Qoy, o, şərdən yan qaçmağa çalışsın, müşa-
yiətsiz, lakin böyük vara malik tacir təhlü kəli yol-
dan yan qaçan kimi, yaşamaq istəyən zəhərdən 
qaçan kimi.
124
Əl  yaralı  deyilsə,  əldə  zəhər  daşımaq  olar. 
Yarası olmayana zəhər zərər verə bilməz. Özü şər 
tutmayan, şərə məruz qalmır.
125
Günahsız adama zülm edənə, məsum və qü-
sursuz insana zülm edənə, məhz belə bir axmağa 
zülm qayıdır, küləyin əksinə atılmış zərif toz kimi.
126
Bəziləri  ana  bətninə  qayıdır,  zülm  edənlər 
cəhənnəmə  düşürlər,  salehlər  cənnətə,  arzular-
dan məhrum olmuşlar isə Nirvanaya yetişirlər.


44
127
Nə  göydə,  nə  okeanın  ortasında,  nə  içinə 
girilsə, dağın yarğanında, yerdə elə bir yer tapıl-
maz ki, yaşayan öz şər əməllərinin nəticələrindən 
yaxa qurtara bilsin.
128
Nə  göydə,  nə  okeanın  ortasında,  nə  içinə 
girilsə, dağın yarğanında, yerdə elə bir yer tapıl-
maz ki, yaşayana ölüm qalib gəlməsin.


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə