74
XX.
YOl HAQQIndA FƏSİl
273
Yolların ən yaxşısı səkkizlidir; həqiqətlərdən
ən yaxşısı dörd sözdür; dhammalardan ən yaxşı-
sı ehtirasların məhvidir; ikiayaqlılardan ən yaxşı-
sı bəsirətli olandır.
274
Yol budur və görməni təmizləmək üçün baş-
qası yoxdur. Onunla gedin. Başqa hər şey Mara-
nın vəsvəsəsidir.
275
Onunla gedərək əzablara son qoyacaqsınız.
Bu yolu mən bəyan etdim, tikanları aradan qal-
dırmağı öyrənincə.
276
Özünüz cəhd göstərməlisiniz. Tathaqatlar
(buddalar) yeganə müəllimlərdir. Bu yolla ge-
dən lər və özünə dalanlar Maranın buxovların-
dan qurtulacaqlar.
75
277
“Bütün yaradılmışlar keçicidirlər”. Buna
müd rikcəsinə baxanlarda ağrı azalır. Təmizlən-
mə yə aparan yol budur.
278
“Bütün yaradılmışlar ağrı və acı demək-
dirlər”. Buna müdrikcəsinə baxanlarda ağrı aza-
lır. Təmizlənməyə aparan yol budur.
279
“Bütün formalar qeyri-realdırlar”. Buna müd-
rik cəsinə baxanlarda ağrı azalır. Təmizlənməyə
aparan yol budur.
280
Qalxmaq zamanı yetişəndə qalxmayan; ca-
vanlığa və qüvvətə rəğmən tənbəl olan; qətiyyəti
və fikri cılız olan - belə qafil və tənbəl müdrikli-
yin yolunu tapmayacaqdır.
281
Sözünə nəzarət edən, öz ağlını tam sakitləş-
dirmiş insan, qoy, o, bədəni ilə pis heç nə elə-
mə sin! Qoy, o, üç əməl yolunu təmiz saxlasın və
müdriklərin göstərdiyi cığıra çatsın.
282
Həqiqətən, düşüncədən müdriklik doğulur,
düşüncəsizlikdən müdrikliyin məhvi. Həyata və
həyatın məhvinə aparan bu ikili yolu bilərək qoy,
o, elə etsin ki, müdriklik artmaqda olsun.
76
283
Meşəni qırın, təkcə bir ağacı yox. Qorxu me-
şədən yaranır. Meşəni də, kolluğu da qırandan
sonra, ey bhikşular, siz azad olacaqsınız.
32
284
Kişinin qadınlara qarşı arzusu ləğv olmayıb-
sa, lap az miqdarda belə qalıbsa, onun ağlı bağlı-
dır, anasının südünü əmən dana kimi.
285
Arzunu qopart, payız şanagülləsini əllə qo-
pardan kimi. Sakitlik yolu ilə Suqatanın
33
gös-
tərdiyi Nirvanaya doğru get.
286
“Burda yağışlar zamanı yaşayacağam, bur-
da isə yayda və qışda” - axmaq belə düşünür. O,
təhlükə barədə düşünmür.
287
Uşaqlarda və mal-qarada başını itirmiş belə
insanı ölüm oğurlayır,yatmış kəndi sel aparan təki.
288
Nə uşaqlar, nə atası və nə də qohumları ölü-
mün yaxaladığı kəsi müdafiə edə bilməzlər. Doğ-
malarda müdafiə tapmaq mümkün deyil.
289
Bu həqiqəti bilərək, qoy, daxilən təmkinli
müd rik tez özü üçün Nirvanaya aparan yolu tə-
mizləsin.
77
XXI.
MÜXTƏlİF BArƏdƏ FƏSİl
290
Əgər balaca xoşbəxlikdən imtina böyük səa-
dəti görməyə imkan verirsə, qoy, müdrik bala ca
xoşbəxtlikdən imtina etsin, böyük səadəti düşü -
nərək.
291
Başqalarına əzab verərək özünə səadət ax-
taran, nifrət torlarında dolaşaraq nifrətdən azad
olmur.
292
Axı görülməli iş təxirə salınır, görülməsi gə
-
rək məyən isə, əksinə, görülür. Belə qafil və təkə b-
bürlülərin arzuları artır.
293
Lakin o kəslərin ki, tam toparlanmış ağlı
dai ma bədənə yönəlmişdir, onlar görülməsi gə-
rək məyən şeylərin ardınca düşmürlər, gö rülə si
şeyləri səylə görürlər. Belə müdrik və diqqətlilərin
arzuları yoxa çıxır.
78
294
Ana və atanı və kşatri kastasından olan iki
padşahı öldürərək, şahlığı təbəələri ilə birlikdə
məhv edərək brahmana təmkinlə gedir
34
.
295
Ana və atanı və brahmana kastasından olan
iki padşahı öldürərək, üstəlik, beşinci olaraq
pələng-insanı
35
da öldürüb brahmana təmkinlə
gedir.
296
Böyük ayıqlığa malik olanlar, Qautamanın
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz
də onların fikirləri daima Buddaya yönəlmişdir.
297
Böyük ayıqlığa malik olanlar, Qautamanın
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gün düz
də onların fikirləri daima Dhammaya yönəlmişdir.
298
Böyük ayıqlığa malik olanlar, Qautamanın
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz
də onların fikirləri daima Sanqhaya yönəlmişdir.
299
Böyük ayıqlığa malik olanlar, Qautamanın
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz
də onların fikirləri daima bədənə yönəlmişdir.
79
300
Böyük ayıqlığa malik olanlar, Qautamanın
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz
də onların ağılları daima zorakılıqsızlığa sevinir.
301
Böyük ayıqlığa malik olanlar, Qautamanın
şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz
də onların ağılları daima düşünməyə sevinir.
302
Dünyanın tərzini buraxmaq çətindir, dünyaya
sevinmək çətindir; monastrda həyat çətindir, evdə
həyat acıdır; səndən fərqlilərlə yaşamaq çətindir,
fəqir qərib acılar içindədir. Bu səbəbdən qoy, heç
kəs fəqir qərib olmasın və acılar içində qalmasın.
303
İnam və salehliklə dolmuş olana, şöhrət və
dövlət sahibinə, harda olsa, hər yerdə hörmət
bəsləyərlər.
304
Salehlər uzaqdan bərq vurarlar, qarlı dağlar
tək. Zalımları isə heç yaxından da görmək olmur,
gecə atılan oxları görmək mümkün olmadığı kimi.
305
Tənhalıqda oturan, tənhalıqda yatan, tənha-
lıqda gəzişən, fəaliyyətli olan və özü özünün qa-
bağını alan kəs, qoy, meşədə sevinsin.
Dostları ilə paylaş: |