67
XVIII.
çİrkAB BArƏdƏ FƏSİl
235
Solmuş yarpaq kimisən sən indi və Yamanın
elçiləri dalınca gəlmişlər. Və sən ölümün astana-
sında dayanmısan. Və sənin yola heç bir ehtiyatın
yoxdur.
236
Özünə ada yarat, səylə mübarizə apar, müd-
rik ol. Çirkabdan təmizlənərək, qüsursuz halda,
sən nəciblərin göy səltənətinə yetişəcəksən.
237
Budur, həyatın sona çatmışdır. Yamaya ya-
xınlaşmısan, lakin sənin hətta evin belə yoxdur.
Və yola ehtiyatın belə yoxdur.
238
Özünə ada yarat, səylə mübarizə apar, müd-
rik ol! Çirkabdan təmizlənərək, qüsursuz halda,
sən bir daha doğulma və qocalıqla üzləş mə-
yəcəksən.
68
239
Tədricən, az-az, vaxtaşırı müdrik öz üzərin-
dən çirki çırpmalıdır, zərgər üstündəki zərləri
çırpan kimi.
240
Dəmirdə yaranan pas onu yediyi kimi (hər-
çənd, onun özündən yaranmışdır), beləcə şəxsi
əməllər də dhonanı
28
aşan insanı bədbəxtliyə
gətirib çıxarır.
241
Yazı çirklənir, onu təkrarlamayanda; evlər
çirklənirlər, onlara baxmayanda; gözəllik tənbəl-
liklə çirklənir; yüngüllük ayıq insanın çirkidir.
242
Qadının pis hərəkəti çirkdir; verənin simic-
liyi çirkdir; həm bu dünyada, həm də o dünyada
şər dhammalar çirklidirlər.
243
Lakin hər şeydən çirkli olan isə cəhalət çir-
kidir, çirklərin ən pisi; bu çirkdən azad olduqda
siz, ey bhikşular, çirkdən qurtulmuş olacaqsınız!
244
Həyasız olana yaşamaq asandır, qarğa kimi
həddini bilməyən, sırtıq, düşüncəsiz, pozğun
olana.
69
245
Lakin təvazökar olana yaşamaq çətindir, dai-
ma təmiz olanı axtarana, tərəfsizə, soyuqqanlıya,
bəsirətliyə, həyatı təmiz olana.
246-247
Həyatı məhv edən və yalan danışan, bu dün-
yada ona verilməyəndən yapışan və başqasının
arvadının yanına gedən, əyyaşlıq edən, bu dün-
yada öz kökünü qazıyandır.
248
Bunu bil, ey insan! Şər dhammalar sərhəd ta-
nımır. Və qoy, simiclik və dhammanın yoxluğu
səni uzun müddətə şərə bağlamasın.
249
İnsanlar imanlarına müvafiq verirlər, nə
qədər lazım bilirlərsə, o qədər. Başqalarına nəsib
olan yeməyə və içməyə həsəd aparan kəs isə nə
gündüz, nə də gecə zikrə nail ola bilmir.
250
Həsədi məhv olmuş, kökündən qoparılmış,
ləğv edilmiş kimsə isə gündüz də, gecə də zikrə
nail ola bilər.
251
Ehtirasa bərabər atəş yoxdur, qəzəbə bərabər
tutma
29
yoxdur, aldanışa bərabər tor yoxdur, ar-
zuya bərabər çay yoxdur.
70
252
Başqalarının günahlarını görmək asan-
dır, özününkülərini isə, əksinə, çətindir. Zira,
özgə günahlarını kəpək kimi aləmə səpərlər;
özünküləri isə, əksinə, gizlədərlər, mahir fırıl-
daqçı bəd düşmüş zəri gizlədən kimi.
253
Özgə günahlarını güdən və daima qıcıqlan-
mış olanın arzuları artır; arzuların məhvindən
uzaqdır o.
254
Göydə yol yoxdur; bizdən kənarda zahid
yoxdur. İnsanlar illüziyalarda sevinc axtarırlar,
Tathaqatlar
30
illüziyalardan azaddırlar.
255
Göydə yol yoxdur; bizdən kənarda zahid
yoxdur. Əbədi sankhara yoxdur; nurlanmışlarda
daimilik yoxdur.
71
XIX.
dHAMMAYA rİAYƏT EdƏn
BArƏdƏ FƏSİl
256
Tez-tələsik məqsədə atılan dhammaya riayət
edən deyil. Müdrik isə həm bunu, həm də o birini
tərəziyə qoyur: doğrunu və doğru olmayanı.
257
O, başqalarını zor tətbiq etmədən aparır,
dhammaya müvafiq olaraq, ehtirassız. Dham-
manı qoruyanı, müdrik olanı “dhammaya riayət
edən” adlandırırlar.
258
Çox danışdığına görə deyil ki, o müdrikdir.
Sakit olanı, nifrətdən azad olanı, qorxubilməzi
“müdrik” adlandırırlar.
259
Çox danışdığına görə deyil ki, o, dhamma-
ya bələddir. O kəs ki, dhammaya qarşı sayğısız
deyil, o kəs ki, az savadlı olsa belə, onu bütün
72
bədəni ilə hiss edir, o, həqiqətən, dhammaya
bələddir.
260
Başı ağardığına görə deyil ki, o, böyükdür.
O, qoca yaşlarındadır, lakin onu “əbəs yerə qocal-
mış” adlandırırlar.
261
O kəsdə ki, həqiqət və dhamma, özününü
məhdudlaşdırma, təslimiyyət var, o kəs ki, qü-
sursuz və müdrikdir, onu “böyük” adlandırırlar.
262
Paxıl, xəsis, sürüşkən insan təkcə bəlağət ya-
xud gözəl sifət hesabına cəlbedici olmur.
263
O kəsdə ki, bu məhv edilmişdir, kökündən
qoparılmışdır, ləğv edilmişdir, o kəs ki, müdrik-
dir və nifrətdən imtina etmişdir, onu “cəlbedici”
adlandırırlar.
264
Sözəbaxmaz və yalançı təkcə qırxılmış ba-
şa görə zahid olmur. Bu nə zahiddir, əgər o
simicdirsə və arzularla doludursa?
265
Lakin o kəs ki, şəri tamamilə tabe etdirir,
həm balacasını, həm böyüyünü, o kəsi “zahid”
adlandırırlar; zira, o, şəri sakitləşdirmişdir.
73
266
O, ona görə bhikşu deyildir ki, başqalarından
sədəqə istəyir. Bütün dhammanı öyrənmədən
bhikşu olmurlar.
267
O kəs ki, bu dünyada xeyir və şərdən
yüksəkdə durur, yaxud saleh həyat tərzi sürür,
kim ki, burada bilikli yaşayır, məhz beləsini
“bhikşu” adlandırırlar.
268-269
Axmaq, cahil hətta susmağa riayət edirsə be lə
muni olmur. O müdrik ki, tərəziyə malik kimi yax-
şını seçir və pisdən yayınır, muni odur; məhz ona
görə də o munidir. Bu dünyada həm bunu, həm
də onu tərəziyə qoyan, məhz o, “muni” çağırılır
31
.
270
O, nəcib deyil, əgər canlı məxluqlar üzərində
zorakılıq edirsə. Onu onda nəcib adlandırırlar ki,
o, heç bir canlı məxluq üzərində zorakılıq etmir.
271-272
Yalnız itaətlə və rituallarla və ya həmçinin
çox elmliliklə yaxud özünədalma ilə yaxud tənha
gecələmə ilə mən adi dünyəvilər üçün əlçatmaz
olan rahatlığa yetişə bilməyəcəm! Ey bhikşu!
Məgər siz arzularınızın məhvinə nail olmadan
məmnun ola bilərdinizmi?
Dostları ilə paylaş: |