45
X.
CƏZA BArƏdƏ FƏSİl
129
Hamı cəza qarşısında əsir, hamı ölümdən
qorxur – özünüzü başqasının yerinə qoyun. Nə
öl dürmək, nə də ölümə təhrik etmək olmaz.
130
Hamı cəza qarşısında əsir, həyat hamıya xoş
gəlir – özünüzü başqasının yerinə qoyun. Nə öl-
dürmək, nə də ölümə təhrik etmək olmaz.
131
Kim ki, səadət axtararaq səadət arzulayan
məxluqlara cəza verir, o kəs ölümündən sonra
səa dət almayacaqdır.
132
Kim ki, səadət axtararaq səadət arzulayan
məxluqlara cəza vermirsə, o kəs ölümündən son-
ra səadət alacaqdır.
133
Heç kimlə kobud danışma; kimlə kobud da-
nışsan, sənə eyni şeylə cavab verəcəklər. Axı qı-
cıqlı nitq xoş deyil və qisas sənə toxuna bilər.
46
134
Əgər sən sınmış qonq kimi sakitləşmisənsə,
sən Nirvanaya çatmısan, səndə qıcıq yoxdur.
135
Çoban ağacla inəkləri örüşə qovduğu kimi,
beləcə qocalıq və ölüm də canlı varlıqların həyat-
larını qovurlar.
136
Şər işlər tutanda axmaq bunu başa düşmür.
Ağılsız öz əməllərinin ucbatından odda qovrulan
tək əzab çəkir.
137
Günahsız və korlanmamışlara cəza verən
kimsə tezliklə on haldan birinə gəlib çıxır.
138-139-140
Onun başına gələ bilər: acı əzab, bədənin
zə dələnməsi və ya ağır əziyyət və ya xəstəlik,
də lilik; yaxud şahın qəzəbi və ya ittiham və ya
doğ malarının itirilməsi və ya sərvət itkisi və ya
evinin odda yanması. Bədən dağılanda, axmaq
cəhənnəmə düşür.
141
Nə çılpaq gəzmək, nə dolaşıq saçlar, nə kir,
nə oruc, nə quru torpaqda yatmaq, nə toz və ça-
mur, nə çöməlib oturmaq şübhələrə qalib gəlmə-
miş ölümlünü təmizləyə bilməz.
47
142
Qoy, o lap bəzənmiş olsun, lakin əgər o sülh
içində yaşayır, sakit, təslim olmuş, nəfsini qoru-
yandırsa, saleh həyat yaşayır, bütün varlıqlara
cəza verilməsini rədd edirsə, o, brahmanadır, o,
zahiddir, o, bhikşudur.
143
Dünyada elə bir insan tapılarmı ki, özünü
təvazökarlıqla ram etsin, yaxşı öyrədilmiş at qır-
manca ehtiyac hiss eləmədiyi kimi, qısnanmaya
ehtiyacı olmasın?
144
Qırmancla toxunulan, yaxşı təlim görmüş
at kimi enerjili və canlı olun. İmanın, xeyirxah-
lığın və enerjinin, özünə dalmanın və dhamma
öyrənmənin köməyi ilə siz, düşüncəlilər, biliklə
dolular və davranışlarında qüsursuzlar, bu bö-
yük bəladan qurtulacaqsınız.
145
Kanal çəkənlər su buraxırlar, oxçular oxu
özlərinə tabe etdirirlər, dülgərlər ağacı özlərinə
ram edirlər, xeyirxahlar özlərini sakitləşdirirlər.
48
XI.
QOCAlIQ BArƏdƏ FƏSİl
146
Bu nə gülüş, bu nə şadlıqdır, o zaman ki, dün-
ya daima od içindədir? Zülmətlə örtülmüşlər, siz
niyə nuru axtarmırsınız?
147
Bu bəzədilmiş şəklə, qüsurla dolu, hissələr-
dən yığılmış, xəstəhal, içi müəyyənlik və sabitlik-
dən məhrum fikirlərlə dolu bədənə bax.
148
Cındırı çıxıb bu bədənin, xəstəlik yuvası,
fa ni; bu çürüməkdə olan qalaq dağılmaqdadır;
zira, həyat ölümlə sonuclanır.
149
Bu maviyə çalan, payız vaxtı ora-bura atıl-
mış balbabaqlara bənzəyən sümükləri görməkdə
nə ləzzət var?
150
Bu qala sümüklərdən düzəldilib, ət və qan-
la suvanıb; qocalıq və ölüm, aldanış və riya var
onda.
49
151
Bər-bəzəkli şah arabaları belə köhnəlirlər;
beləcə, bədən də qocalığa yaxınlaşır. Lakin nəcib-
lərin dhamması qocalığa yaxınlaşmır; zira, xeyir-
xahlar onu xeyirxahlara öyrədirlər.
152
Az bilikli insan öküz kimi qocalır: onun əzə-
lələri böyüyür, biliyi isə artmır.
153
Mən uğursuzcasına evin inşaatçısını axtara-
axtara bir çox doğuluşların sansarasından keç-
dim. Təkrar-təkrar doğulmaq kədərlidir.
154
Ey evin inşaatçısı, sən görürsən! Evi bir daha
yenidən tikə bilməyəcəksən. Sənin bütün atmala-
rın çürüyüb, damdakı çatma da məhv edilmişdir.
Əşyasızlaşma yolunda ağıl arzuların məhvinə
nail olmuşdur.
155
Kimlər ki, saleh həyat yaşamamış, gəncliyin-
də xəzinəyə yetişməmişlər, məhv olurlar, balığı
olmayan göldə qoca leyləklər ölən təki.
156
Kimlər ki, saleh həyat yaşamamış, gəncli-
yində xəzinəyə yetişməmişlər, sınmış oxlar təki
yatırlar, keçmişi xatırlayaraq ah çəkə-çəkə.
50
XII.
ÖZ “MƏn” BArƏdƏ FƏSİl
157
Öz “mən”inin xoş olduğunu bilən, qoy, özü-
nü diqqətlə qorusun. Müdrik gecənin üçdə birini
oyaq qalmalıdır.
158
Qoy, o əvvəlcə özünü lazımi hala gətirsin.
Sonra isə başqasını da öyrətmək olar. Müdrik
yoldan azmayacaq.
159
Başqasına öyərətdiyinə özü də əməl etsin.
Özü nü tam ram edərək o, başqalarını da ram edə
bilər. Həqiqətən də özünü ram etmək çətindir.
160
Axı öz “mən”i özünə ağadır, daha kim ağa
ola bilər ki? Öz “mən”ini tam təslim edən insan
çətin tapılan ağanı tapmış olur.
161
Özüdoğulan, özüyaranan şəri özün eləmisən.
O, axmağa qalib gəlir, almaz qiymətli daşa qalib
gələn kimi.
51
162
Lap pis xasiyyəti olan kəs özü ilə düşmənin
ona arzulaya biləcəyi tərzdə davranır. O, sal
18
ağacını saran maluvanı
19
xatırladır.
163
Pis və özü üçün zərərli işləri görmək asan-
dır. Yaxşı və faydalı işləri görmək isə son dərəcə
çətindir.
164
Qüsurlu baxışlara görə nəcib, dhamma əsa-
sında yaşayan Arhatların təliminə nifrət edən
axmaq katthaka
20
kimi meyvə verir, yalnız özünü
məhv etməklə.
165
Zira insan zülmü özü edir, özü də özünü çir-
kaba bulaşdırır. Zülmü eləməyən də özüdür və
özünü təmizləyən də. Təmizlik və çirkab insa-
nın özü ilə bağlıdır. Heç kim başqasını təmizləyə
bilməz.
166
Qoy, o öz xeyirini az sanmasın, başqasının
xeyiri nə qədər böyük olursa-olsun. Öz xeyirini
dərk edərək, qoy, o, ali xeyirə sadiq olsun.
Dostları ilə paylaş: |