23
II.
Cİddİlİk HAQQIndA FƏSİl
21
Ciddilik, ölümsüzlüyə aparan yoldur. Yün-
güllük, ölümə aparan yoldur. Ciddilər ölmürlər.
Yüngüllər ölü kimi bir şeydirlər.
22
Bunu aydın anlayaraq, müdriklər ciddidirlər.
Ciddilikdən alırlar sevinclərini onlar. Nəciblərin
zəmisində sevinirlər onlar.
23
Düşüncəli, inadkar, daima dəyanətli və müd-
rik olanlar, onlar bağlılıqdan azad və bənzərsiz
Nirvanaya yetişənlərdir.
24
Əgər ciddi adam özünü ilhamlandırarsa,
unut qan olmazsa, əgər onun əməlləri təmizdir və
o şüurla hərəkət edirsə, özünü məhdudlaşdıra bi-
lir və qanuna uyğun yaşayırsa, onda onun şöhrəti
daima artacaqdır.
24
25
Qoy, müdrik səylə, ciddiliklə, özünü məh-
dud laşdırma və nəzarətlə özünə elə bir ada dü-
zəltsin ki, sel dağıda bilməsin onu.
26
Axmaqlar boş şeylərin, şər müdrikliyin ar-
xasınca gedərlər. Müdrik isə ciddiliyi qiymətli
xəzinə kimi qoruyur.
27
Yüngüllükdən qaçın, ehtirasdan və həzzlər-
dən çəkinin, zira, yalnız ciddi və düşüncəli olan
böyük səadətə qovuşa bilir.
28
Müdrik, ciddiliklə yüngüllüyü qovanda,
o qayğısız, müdrikliyin zirvələrinə yüksələrək
qüs sə ilə xəstələnmiş bəşəriyyətə dağda duranın
dü zəndə durana baxdığı kimi, müdrikin səfehə
baxdığı kimi baxır.
29
Yüngüllər içində ciddi, yatanlar içində oyaq
olan müdrik, yabını ötən kəhər kimi başqaların-
dan seçilir.
30
Göy əhli arasında birinciliyi Maqhavan
3
öz
ciddiliyi ilə əldə etmişdir. Ciddiliyi tərifləyər,
yüngüllüyü isə həmişə lənətləyərlər.
25
31
Ciddilikdə məmnunluq tapan, yaxud yün-
gül lüyə qorxu ilə baxan bhikşu
4
böyük və kiçik
düyünləri yandıran alov kimi özünə yol açır.
32
Ciddilikdə məmnunluq tapan, yaxud yün-
gül lüyə qorxu ilə baxan bhikşu yıxılmağa qadir
deyil: zira, o, Nirvanaya yaxındır.
26
III.
Fİkİr HAQQIndA FƏSİl
33
Titrəyən, əsən, kövrək və zorla saxlanılan fik-
ri Müdrik oxçunun oxu yönəltdiyi tək yönəldir.
34
Sudan çıxardılaraq quruya atılmış balıq kimi
əsir bu fikir: təki Maranın hökmündən qurtula
bilsin.
35
Zorla saxlanılan, zərif, harda gəldi ilişən fik-
rin ram edilməsi xeyirdir. Ram edilmiş fikir səa-
dətə aparır.
36
Qoy, müdrik çətin dərk olunan, son dərəcədə
incə, harda gəldi ilişən fikrini qorusun; qorunan
fikir səadətə aparır.
37
Uzaqlarda dolaşan, tənha avaralanan, qey-
ri-maddi, ürəkdə gizlənən fikirlərini ram edə
bilənlər Maradan azad olacaqlar.
27
38
Fikri dayanıqsız olanın, həqiqi dhammanı
bilməyənin, imanı tərəddüd edənin müdrikliyi
kamilləşmir.
39
Əgər insanın fikirləri dağınıq deyilsə, ağlı
qarış mayıbsa, əgər o, xeyir və şəri düşünmürsə,
beləcə oyaq olana qorxu yoxdur.
40
Bu bədənin palçıq olduğunu bilərək, bu fik-
ri qalaya çevirərək, qoy, o, müdriklik silahı ilə
Maranın üzərinə atılsın. Və qələbəni qorusun və
bağlılıqlardan azad qalsın.
41
Eh! Bu bədən yerdə uzun yaşamayacaq -
nəsibsiz, hissiyyatsız, faydasız, odun kimi.
42
Düşmən düşməninə, yaxud nifrətli nifrətliyə
nə edir etsin, yanlış yönəlmiş fikir daha betərini
etmək iqtidarındadır.
43
Ana, ata, yaxud başqa bir qohum nə edir et-
sin, doğru yönəlmiş fikir daha yaxşısını etmək
iqtidarındadır.
28
IV.
GÜllƏr HAQQIndA FƏSİl
44
Bu yerə və Yamanın
5
aləminə və göy əhlinin
dünyasına kim qalib gələcək? Yaxşı təlim olun-
muş dhamma yolunu kim tapacaq, ağıllı adam
gülü tapan kimi?
45
Şagird qalib gələcək bu yerə, Yamanın alə-
minə və göy əhlinin dünyasına. Şagird tapacaq
yaxşı təlim olunmuş dhamma yolunu, ağıllı
adam gülü tapan kimi.
46
Bu bədənin köpüyə bənzər olduğunu bilən,
onun ilğım təbiətini anlayan kəs Maranın güllərlə
bəzədilmiş oxlarını sındıracaq və heç zaman ölü-
mü görməyəcəkdir.
47
Gül dərən, ağlı pərdəli olan insanı isə ölüm
oğurlayır, sel yatmış kəndi yuyub aparan təki.
29
48
Gül dərən, ağlı pərdəli olan insanı isə ölüm
özü nə müti edir, o hissi əyləncələrdən doyana
qədər.
49
Necə ki, arı gülü, onun rəngini və ətrini zə-
də ləmədən şirələnib uçur, qoy, müdrik də özünü
kənddə elə aparsın.
50
Qoy, o başqalarının nöqsanlarına, elədikləri
və eləmədiklərinə baxmasın, özünün elədiklərinə
və eləmədiklərinə baxsın.
51
Yaxşı deyilmiş söz, əgər insan özü ona əməl
etmirsə, faydasızdır, xoş rəngli, lakin ətirsiz bir
gözəl gül kimi.
52
Yaxşı deyilmiş söz, əgər insan özü ona əməl
edirsə, məhsuldardır, xoş rəngli və ətirli gözəl gül
kimi.
53
Bir topa güldən çoxlu çələng hörmək müm-
kün olduğu kimi, beləcə ölümlü də doğulanda
çoxlu xeyirli əməllər edə bilər.
54
Güllərin ətri küləyin əksi istiqamətində
yayılmır, sandal ağacında da belədir, taqarda
6
30
da, jasmində də. Salehlərin ətri isə küləyin əksi
istiqamətində də yayılır. Xeyirxah insan hər yerə
nüfuz edir.
55
Sandal ağacı yaxud taqara, şanagüllə yaxud
vassika
7
– onların ətirləri içərisində ən üstün ola-
nı, xeyirli əməllərin ətridir.
56
Zəifdir bu ətir, taqaranın və sandal ağacı-
nın buraxdığı. Göy əhli arasında əsən xeyirli
əməllərin ətri isə ən yaxşısıdır.
57
Nəciblərin, ciddiliklə dolanların və kamil bi-
lik vasitəsi ilə azad olanların cığırlarını Mara tapa
bilmir.
58-59
Böyük yola tökülmüş zibil yığınında şirin
ətirli və ağılı sadlandıran şanagüllə çiçəyi bitə bil-
diyi kimi, beləcə həqiqətən nurlanmışın şagirdi
də kor bəsitlər arasında, zibilə bənzər məxluqlar
arasında, öz müdrikliyi ilə seçilir.
Dostları ilə paylaş: |