10
ra icra hakimiyyəti Samiri öz himayəsinə götürdüyündən,
indi o buraya tez-tez gəlib-gedirdi və buna görə də, hamı
onu tanıyırdı. Elə indi də qapıya yaxınlaşanda, Rəna adlı
katibə Samirlə qonşusunu görən kimi qalxıb onlarla görüş-
dü. Samir qapını göstərərək soruşdu:
-Müəllim içəridədir?
-Hə.
Keç içəri, onsuz da dörd dəqiqədir gecikmisən.
Samir gülümsünərək, Rənaya təşəkkür edib otağa tərəf
getdi. Qonşusu qapını astadan döyərək açdı. Samiri görən
icra hakimi ucadan xoşgəldin etdi:
-Ooo, gör kim gəlib?! Gəl, gəl keç içəri.
Qonşusu oturmaqda Samirə kömək edib otaqdan çıx-
dı. Samir oturan kimi icra başçısı onu sual atəşinə tutdu:
-Necəsən? Çoxdandır görünmürsən? Haralardasan?
Əli necədir?
-Çox sağ olun Vaqif müəllim. Yaxşıyam. Hər xırda şeyə
görə sizi narahat etmək istəmirəm. Əli də yaxşıdır, yavaş-
yavaş böyüyür özü üçün. Arada
gətirirlər, görürəm.
-Hansısa bir problemin, çətinliyin yoxdur ki? Çəkinmə,
buyur de!
-Təşəkkür edirəm, Vaqif müəllim. Sizin sayənizdə
mənimlə hərtərəfli maraqlanırlar. Hər həftə sosial evdə
xidmət bürosundan gəlib işləri görürlər. Evi yığışdırırlar,
paltarları yuyurlar, bazarlıq edirlər. Sağ olsunlar. Mən bu-
raya ayrı məsələ üçün gəlmişəm.
-Buyur, eşidirəm.
-Xahiş edirəm, mənim dövlət sosial müdafiə fondunun
rəhbərliyi ilə görüşümü təşkil edəsiniz.
İcra başçısı təəccübünü gizlədə bilmədi.
-Sosial müdafiə naziri ilə? Nəyə görə?
Samir neçə aydır ki, beynində gəzdirdiyi fikrini icra
hakiminə danışdıqdan sonra Vaqif müəllim əli ilə alnını
ovxalayaraq, bir az düşündü. Sonra başını qaldırıb dedi: