57
-Məsələ ehtiyacda deyil. Mən maraqlanmışam, ora
gedən əlillərin heç də hamısı ehtiyac üzündən getmir. Ki-
misi bacarığını nümayiş etdirmək üçün, kimi də bu işdə
Samirə dəstək olmaq üçün ora üzv olub. Atan deyir ki,
«Ümid» mərkəzində hər həftə müxtəlif ölkələrdən gələn
əlillərlə birgə fərqli yığıncaqlar, tədbirlər təşkil olunur.
Məncə ora üzv olsan yerli və xarici çoxlu dost qazanarsan.
Bu həyatda zəngin təcrübə qazanmaq üçün ora üzv olma-
lısan.
-Yaxşı ana, mən fikirləşərəm.
-Əgər vaxtın olsa, həmin mərkəzin internet saytına gir,
bir az məlumat topla.
Asif “oldu” deyib otağına getmək istəyəndə qapı dö-
yüldü. Anası qapını açıb içəri qayıdanda Asif soruşdu:
-Qapını döyən kim idi?
-Akif idi. Əllərini yuyub gəlir.
Akif içəri girən kimi Asif dedi:
- Xoş gəlmisən ata. Nə əcəb belə gec gəldin?
-Çox sağ ol oğlum. Deyəsən, darıxmısan məndən ötrü?
-Yaman da darıxıb. (Anası çörək doğraya-doğraya
söhbətə qoşuldu) Onun üçün qarın qardaşdan irəlidir.
Səni gözləmədən şam etdi. Hətta məni də yoldan çıxart-
maq istəyirdi.
-Nə edim axı, dedin atan gec gələcək.
-Onunla işin olmasın, Adilə. Bəxtim gətirdi ki, yolda
tıxaca düşmədim. Yoxsa ən tezi bir saatdan sonra evdə ola-
caqdım. Sizin işləriniz necədir? (Akif stulda oturaraq so-
ruşdu) Hər şey qaydasındadır?
- Şəxsən məndə hər şey qaydasındadır (Asif dilləndi).
-Hər şey yaxşıdır. (Adilə əlindəki yemək dolu boşqab-
ları stolun üstünə qoyub söhbətə qoşuldu). Bu gün qonşu-
da
toy var idi, ora getmişdim.