S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə17/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

68
Hadisədən dörd ay əvvəl
Bakı. Azərbaycan
Artıq dörd ay idi ki, işə başlanılmışdı və hər şey qay-
dasında idi. İşlər yolunda gedirdi. Samir hər gün növbəyə 
yazılan əlilləri və yaxud onların valideynlərini qarşılayıb, 
problemləri ilə yaxından maraqlanaraq mümkün olduğu 
qədər  köməklik  göstərir,  müxtəlif  tədbirlərdə  və  semi-
narlarda iştirak edir, mərkəzin xarici ölkələrdə olan filial-
ları ilə sıx əlaqə yaradır, hər həftə yeni bir layihə həyata 
keçirdərək  əngəlli  insanların  gələcəkdə  daha  rahat  yaşa-
ması  üçün  əlindən  gələni  edirdi.  Bir  sözlə,  rəhbəri  oldu-
ğu mərkəzin nüfuzuna hər gün bir az daha şöhrət qatırdı. 
Bu gün də adəti üzrə dəhlizlə kabinetinə tərəf gedərkən, 
ağbirçək bir qadının tibb şöbəsinin qapısı yanında qoyul-
muş skamyada oturaraq için-için ağladığını gördü. Yaxın-
laşıb onun yanında oturaraq soruşdu:
-Salam ana. Nə olub? Niyə ağlayırsan?
Qadın başını qaldırıb Samiri görən kimi iki əliylə onun 
əlini tutub dedi:
-Salam bala. Sən ki, əlillərə bu qədər can yandırırsan, 
Allah da sənin köməyində dursun. O ki, qaldı ağlamağı-
ma, ay bala, oğlumdan ötrü narahatam.
-Narahat olma ana. Sən oğlunun problemini mənə da-
nış, mən nə lazımdırsa, edərəm.
-Oğlumun çox gözəl şairlik qabiliyyəti vardı. Çörək pu-
lunu el şənliklərində meyxana deyərək qazanırdı. Dörd ay 
bundan əvvəl oğlum damın qarlı vaxtında küləyin qırdığı 
antenanı düzəltmək üçün dama çıxır. Dam gecədən buz bağ-
ladığı üçün ayağı sürüşüb yerə yıxılır. O hadisədən sonra 
dili tutulub. Bir neçə ay xəstəxanada müalicə olunsa da xey-
ri olmadı. Gətirdim Bakıya ki, bəlkə buranın həkimləri bir 


69
şey bildilər. Ancaq burada da heç nə alınmadı. Həkimlərin 
dediyinə görə damdan yıxılanda oğlumun beynində zədə 
yaranıb və bir daha danışa bilməyəcək. Mənə qalsa, danışa 
bilməsə də əsas odur ki, salamatdır. Gözümün qabağında-
dır. Bundan da betəri ola bilərdi. Amma özü bunu qəbul 
edə bilmir. Bütün günü evin bir küncündə oturub fikir edir. 
Son vaxtlar əməlli-başlı çörək də yemir. Gözümün qabağın-
da günü-gündən əriyir. Bu qədər fikir onu məhv edəcək. 
Neçə psixoloqun yanına aparsaq da, heç bir xeyri olmadı. 
Ümidim tək buradır, xahiş edirəm kömək edin.
-Sən ürəyini sıxma ana, mən onu yola gətirərəm. Bəs 
onun adı nədir?
-Ziyad.
-Sən məni burada gözlə, indi gəlirəm.
Samir psixoloqun otağına girəndə, o, Ziyadın psixolo-
ji vəziyyətini yaxından öyrənmək üçün şəkillərlə test ke-
çirirdi. Samir həkimdən bir az bayırda gözləməsini xahiş 
edərək, keçib onun yerində oturdu. Bir neçə saniyə Ziyadı 
süzəndən sonra söhbətə başladı:
-Hə, Ziyad, belə-belə işlər. Uşaq vaxtı futbol həvəskarıy-
dım,  oynamağı  da  çox  istəyirdim.  Yaşadığım  binanın  ar-
xasında stadiona bənzər bir yer vardı. Hər dəfə eyvandan 
futbol oynayan uşaqlara baxanda, onlara qoşulmaq istəyi 
ilə  alışıb-yanırdım.  Ancaq  futbol  oynaya  bilmədiyimə 
görə heç vaxt ruhdan düşmədim. Əksinə, topun dalınca o 
tərəf-bu tərəfə qaçan uşaqlardan üstün olmaq üçün daim 
öz  üzərimdə  çalışdım  və  bəhrəsini  də  görürəm.  İndi  də 
gələk  sənin  məsələnə.  Danışmaq  doğrudan,  sənin  üçün 
belə  vacibdir?  Bütün  həyatından  vacibdir?  Qapıda  daya-
nan o ağsaçlı ananın göz yaşlarından da? Əgər danışığını 
qaytarmaq  müqabilində  əllərini  istəsələr,  verərsən?  Bəs 
ağlını? Gözlərini necə? Verməzsən. Heç birini verməzsən. 


70
Mən  başa  düşürəm  ki,  danışa  bilmək  hər  bir  insan  üçün 
vacib meyardır. Ancaq danışa bilməmək, ölmək demək de-
yil. Əgər istəsən əllərinin, ağlının və gözlərinin köməkliyi 
ilə  istədiyin  səviyyədə  yaşaya  bilərsən.  Anan  dedi  ki, 
qabiliyyətli şairsən. Belə şair qalmağın üçün isə dil vacib de-
yil. Helen adlı bir qadın, kor olmasına baxmayaraq, məhşur 
bir yazıçı olmuşdur. Sən fikirləşirsən ki, hər yerim qayda-
sında olsun ki, həyatla mübarizə aparım. Belə mübarizə ol-
mur. “Cin mikrorayonda” filmindəki epizod kimi. 
İnsan soruşur ki, - Ey cin, niyə ağlayırsan? 
Cin cavab verir ki, -Acizliyimdən. 
İnsan  soruşur  ki,  -Sən  ki,  istədiyin  hər  bir  şeyi  bir 
saniyənin içində əldə edirsən, niyə acizsən? 
Cin deyir: -Məsələ də elə bundadır. Heç nəyin uğrunda 
mübarizə apara bilmirəm, heç nə üçün çalışa bilmirəm. Bax 
Ziyad. Bu həyatda, nəyinsə uğrunda mübarizə aparmaq in-
sana həqiqətən də zövq verir. Xüsusilə də, həmin şeyi əldə 
etmək  çətin  olduqda.  David  Livinqston  demişkən,  “yolu 
olan  yerə  hər  kəs  gedər.  Əsl  hünər,  yolu  olmayan  yerə 
getməyi bacarmaqdır”. Gəl belə danışaq. Get evə, 100 dənə 
şer yaz. Mən sənin kitabını çap etdirərəm, sən isə sadəcə 
olaraq,  keçmişi  unudub  ananın  üzünü  güldürürsən.  Ça-
lış ananın qayğısına qalasan. Qoyma bir də heç vaxt qəm 
çəksin.  Dünən  Bəxtiyar  Vahabzadənin  kitabını  oxuyur-
dum. Ana  haqqında  olan  şerindən  bir-iki  bənd  yadımda 
qalıb, eşit sənə də deyim:
Məni boya-başa yetirdin, ana!
Bizsə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni. 


71
Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarını
Mən sənə qaytarım cənazəndəmi?
Bir də çalış ki, heç vaxt, heç nəyə görə, heç kimə həsəd 
aparma. Çünki başqaları da sənə həsəd aparır. Dediklərimlə 
razısansa,  səni  100  şerinlə  birlikdə  gözləyirəm.  İndi  nə 
deyirsən? Razılaşaq?
Ziyad  başını  aşağı-yuxarı  tərpətməklə  razılığını 
bildirəndən sonra hər ikisi onun anasının yanına gəldilər.
-Ana, al oğlunu, artıq hər şey qaydasındadır. (Gülüm-
sünərək): Bircə çalış ki, yenə dama çıxmasın. Yoxsa bu dəfə 
işimiz çox çətin olacaq.
Ziyadın üzündəki təbəsümü görən qadının sevincdən 
gözləri güldü:
-Çox sağ ol, ay oğul. Dörd aydan sonra ilk dəfədir ki, 
balamın üzü gülür. Allah səndən razı olsun.
Samir  onları  yola  salıb  saatına  baxdı.  10:30  -  səhər 
gəzintisi cana xeyirdir - deyə öz-özünə pıçıldayıb şöbələri 
gəzməyə  başladı.  Kompüter  şöbəsinə  girəndə,  bir  ayağı 
protez olan proqramist dünən başına gələn hadisəni danı-
şırdı: “Dünən toya gedəndə, səkinin kənarında kastellərə 
söykənib avtobus gözləyirdim ki, birdən haradansa bir qız 
peyda olub mənə 50 qəpik pul uzatdı. Dedim: -Ay xanım, 
səhv  başa  düşmüsünüz,  mən  dilənçi  deyiləm.  Bu  pulu 
həqiqətən də ehtiyacı olan birinə versəniz. Mənə nə desə 
yaxşıdı? – Demək bu pula ehtiyacın yoxdu? Siz dilənçilər 
də lap qudurmusunuz ee, uje 50 qəpiyi priznavat eləmirsiz. 
50 manat versəydim o dəqiqə qapacaqdın. -Məni bir az da 
təhqir edəndən sonra, pulu üstümə tullayıb getdi. Toyda, 
zala girib oturanda gördüm ki, həmin qız da mən olan ma-
sada əyləşib, xəcalətindən də yerə girir”.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə