40
büründüyü adyalı açaraq, paltarlı-paltarlı manqalın içinə
qoydu. Heç nədən xəbəri olmayan yatmış körpə istini hiss
edən kimi oyanaraq çığırmağa başladı. Xavyer isə: Qoy bu
gün itlərim şənlik etsin. – deyib maşayla kənardakı közləri
götürüb isti manqalın içində çabalayan uşağın üstünə yığ-
mağa başladı. İsti közlərin arasında qışqıran uşağın səsi
ətrafa yanmış ət qoxusu yayıldığı vaxt birdən kəsildi. Os-
kar adamların əlindən çıxmaq üçün əl–qol atanda başının
arxasından aldığı zərbə nəticəsində yerə yıxıldı. Arvadı isə
onu tutub saxlayan adamların əlindən çıxmaq üçün var
qüvvəsiylə mübarizə aparırdı. Nəhayət, onların əlindən
çıxaraq manqala tərəf qaçdı. Lakin 4–5 addımdan sonra
adamlar onu yenidən tutub saxladılar. Kənardan Oskarın
arvadının hərəkətlərinə tamaşa edən Xavyer: – İtlər qızar-
mış ət yeyəndən sonra çiy əti bəyənmirlər. Bunu itlərin
qabağına atın. – deyib stulda əyləşdi. Özünə gələrək ar-
vadının qəfəsə tərəf aparıldığını görən Oskar qəflətən qış-
qıra-qışqıra yerindən sıçrayaraq, yerdən götürdüyü taxta
parçasıyla ona nəzarət edən adamları vurub arvadına tərəf
qaçdı. Onlara çatıb əlindəki taxtayla Xavyerin adamlarını
vurmaq istəyəndə, arxadan Xavyerin atdığı bıçaq başının
arxa tərəfinə saplandı. Bıçağın ucu isə gözündən çıxdı.
Oskarın arvadı ərinin qəflətən susaraq dayanmasından
təəccüblənsə də, sonradan üzü üstə onun ayaqlarının al-
tına yıxılan Oskarın başındakı bıçağı görüb “Sizi lənətə
gələsiniz!” deyə qışqıraraq hönkürməyə başladı. Adamlar
onu nərdivanla qəfəsin üstünə çıxarıb açıq yerdən içəri tul-
ladılar.
Kürəyi üstə yerə düşən qadın qalxmaq istədikdə itlər-
dən biri acgözlüklə iri dişlərini onun buduna batırdı. Küt
ağrıdan xilas olmaq üçün iti özündən uzaqlaşdırmaq
istədikdə isə eyni ağrını çiynində və qarnında da hiss etdi.
41
Xavyerin itləri isti insan qanının dadından daha da quduz-
laşmışdılar. Qadın ətini didən itlərdən xilas olmaq üçün
qışqıra-qışqıra, əl-qol ataraq çırpınmağa başladı. İtlər isə
sanki bəhsə girmişdilər. Bir az sonra Xavyer qadının da öl-
düyünü görüb köməkçisinə tərəf çevrilərək, - Həyətdə bir
az səliqə yarat. - deyib evə tərəf getdi.
Hadisədən 6 ay əvvəl
Bakı. Azərbaycan
Mərkəzin dəhlizi ilə kabinetinə tərəf gedəndə, tibb
şöbəsinin qarşısındakı iyirmiyə qədər insanın növbə gözlə-
diyini görüb onlarla salamlaşdı və içəri girdi. Növbədə
daya nanlardan biri içəri növbədənkənar girdiyi üçün ona
etiraz etmək istədikdə, digərləri onun Samir olduğunu de-
dilər. Etiraz edən şəxs sakitləşsə də, özünə bəraət qazandır-
mağa çalışırdı:
-Mən onun Samir olduğunu haradan bilim axı? Heç
ağlıma da gəlməzdi ki, bu mərkəzin rəhbəri bu qədər sadə
geyinər, insanlarla bu dərəcədə səmimi olar. Mən onu ta-
mam başqa cür təsəvvür edirdim.
Samir içəri girəndə baş həkim tibbi oturacaqda əyləşən
bir nəfərə nəyi isə başa salmağa çalışırdı. Samir onlara ya-
xınlaşıb məsələni nə yerdə olduğunu soruşdu:
-Sabahın xeyir, Akif həkim. Necəsən? Asif necədir?
-Hər vaxtınız xeyir, müəllim. Yaxşıyam, oğlum da yax-
şıdır. Siz necəsiniz?
-Çox sağ ol. Nə olub burada?
Akif oğlanı göstərib dedi:
42
-Tərslik edir. Valideynləri xeyli maddi vəsait xərclə-
yərək topuğunu müalicə etdirmək üçün onu rayondan
bura gətiriblər, o isə müalicəni qəbul etmək istəmir. Boyu-
nun qısa olmasını özünə kompleks edir. Deyir, onsuz da
ömrümboyu bu boyda qalacağam, müalicəni neynirəm?
Deyəsən, bunu psixologiya bölməsinə göndərməli olaca-
ğam. Yəqin ki, orada bunu fikrindən daşındıra bilərlər.
-Sən düz deyirsən. Həqiqətən də bölgələrdə yaşayan
əlil insanlar üçün bura gəlib-getmək həm xeyli əziyyətlidir,
həm də çoxlu vəsait tələb edir. Ucqar kəndlərdə yaşayan-
lar üçün vəziyyət daha qəlizdir. Gərək bu barədə ətraflı
düşünəm. O ki, qaldı müalicəni qəbul etmək istəməyən bu
cavan oğlanın məsələsinə, onunla mən məşğul olaram. Sən
hələlik get növbədə dayanan digər insanları qəbul et.
Akif gedəndən sonra Samir oğlana yaxınlaşıb yanında
oturdu:
-Hə əzizim, belə-belə işlər. Adın nədir sənin? Neçə ya-
şın var?
-19 yaşım var. Adım Natiqdir.
-Niyə müalicədən imtina edirsən?
-Mənim boyum cəmi 135 santimetrdir, müalicə edə
bilirlərsə, qoy boyumu artırsınlar. Yoxsa ki, yapışıblar to-
puğumdakı əyrilikdən. Oranı ki, heç kim görmür. Mənim
əsl qüsurum boyumun balaca olmasıdır. Bunu hər yerdə,
hər kəs görür. Bura gələndə valideynlərim məni inandır-
mışdılar ki, boyumu da müalicə edəcəklər. Ancaq deyəsən,
belə bir şey mümkün olmayacaq.
-Qulaq as, Natiq. Mən psixoloq deyiləm, sənə təsir
göstərməyə də çalışmayacağam. Mən sadəcə reallığı sənə
göstərəcəyəm və son qərarı özün verərsən.
-Eşidirəm səni.
43
-Sən boyunun balaca olmasını qüsur sayırsan, ancaq bu
belə deyil. Bizim bədənimizdə, mənliyimizdə və zehnimizdə
bizim istəyimizdən asılı olmayaraq yaranan problemlər qü-
sur sayılmır. Əsl qüsur narkotik aludəçilərinindir ki, insanlar
onun zərərli olduğunu bildikləri halda ona doğru gedərək
özlərini pis vəziyyətdə qoyurlar. Əsl qüsur, atanın öz öv-
ladına siqaretin zərərləri barədə öyüd–nəsihət verdikdən
bir neçə dəqiqə sonra onun yanında siqaret çəkməsidir. Əsl
qüsur yalançılıqda, xəsislikdə, mərdimazarlıqda, insanlara
pislik etməkdə, alkoqolizmdə, oğurluqda, quldurluqda ad
çıxartmaqdır ki, insanlar bütün bunları bilərəkdən edirlər
və bu vəziyyəti özləri özlərinə yaradırlar. Götürək elə səni.
Boyunun balaca olmağını istərdinmi?
-Əlbəttə ki, yox!
-Deməli, heç kim sənin boyuna görə sənə irad tuta
bilməz. Təsəvvür et ki, qarşında iki bağ var. Birində yal-
nız eyni növdə və eyni rəngdə olan güllər, digər bağda isə
müxtəlif növlərdə və rənglərdə olan güllər var. Sən han-
sı bağa girərdin? Hansı bağda olmaq sənə daha çox zövq
verərdi?
-Əlbəttə ki, ikinci bağ mənim daha çox xoşuma gələrdi.
-İnsanlar da belədir, Natiq. Təsəvvür et ki, hamı eyni
boyda, eyni çəkidə və eyni sifətdədir. Bilirsən, həyatımız
necə maraqsız olardı? Həyatımıza maraq qatan bu müx-
təliflik və rəngarənglikdir.
-Bəs bu vəziyyətimə görə mənimlə normal insanlar
arasında fərq qoyan biriylə qarşılaşsam nə edim?
-Əgər səni yaradan Allah səninlə heç bir insanın ara-
sında fərq qoymursa, adi insanlara niyə məhəl qoyursan?
Yadında saxla ki, belə nanəcib insanlar həyatda çox azdır
və onların da etdikləri bir gün qarşılarına çıxacaq. Bir də
bunu heç vaxt unutma: Səni Allah yaradıb. Əgər sən öz
vəziyyətinə görə qəm çəksən, bu Yaradana qarşı naşükür-
Dostları ilə paylaş: |