24
fikrində canlandırırdı: “Əlillər bütün komplekslərdən
azad olaraq, insanlar arasında daha rahat və daha sərbəst
hərəkət edirlər. Artıq heç bir əngəlli uşaq öz həmyaşıdları
tərəfindən lağa qoyulmur, əlillərin də sağlam insanlar kimi
öz dövlətlərinin iqtisadiyyatına və siyasətinə öz təsirləri
var. Artıq teleaparıcının gözdən qüsurlu olması və yaxud
ayaqdan əlil olan bir nəfərin at yarışlarında iştirak edərək,
qalib gəlməsi heç kim üçün qeyri-adi bir hadisə sayılmır”.
Alqış səslərinə fikirdən ayılanda növbəti natiq çıxışını
başa vururdu. Dörd saata yaxın davam edən rəsmi hissə
bitdikdən sonra, tədbir incəsənət ustalarının çıxışları ilə
davam etdi və mərasim ümumilikdə altı saata yaxın davam
etdi. Çıxış edənlər təqdim olunan bu layihədən həvəslə da-
nışıb, uğuruna görə Samiri təbrik edirdilər.
Bakı. Azərbaycan
Asif yolun digər tərəfinə keçmək istəyəndə maşınların
gur olduğunu görüb fikrini dəyişdi. Bir az aralıda yerləşən
piyada keçidinə tərəf irəliləməyə başladı. Səkinin üstü ilə
o tərəf-bu tərəfə gedən adamların bəziləri əlil arabasın-
da asta-asta piyada keçidinə tərəf gedən 19–21 yaşlı, qa-
rabuğdayı, qıvrımsaç, yumrusifət oğlana yol versələr də,
bəziləri onun yanından saymazyana ötüb keçirdilər. Piya-
da keçidinə çatdıqda keçidin ayaqdan əlil insanlar üçün
nəzərdə tutulmuş hissəsinin – pandusun təmirə bağlandı-
ğını görb yaxınlıqdan keçən üç nəfər 18–22 yaşlı oğlanlar-
dan onu piyada keçidinə düşürtmələrini xahiş etdi. Oğlan-
lar onu piyada keçidinin kənarına gətirərək oradan aşağı
itələdilər və pilləkənlərdən yıxılan Asifə baxıb gülməyə
başladılar. Asif çapılan qaşından axan qana və qolunun
25
bərk əzilməsinə baxmayaraq, arabada oturmaq üçün qalx-
mağa çalışdı. Oğlanlar Asifin yanına gələrək onu ələ sal-
mağa başladılar:
-Çəkinmə brat, nə kömək lazım olsa bizə deyə bilərsən.
Həmişə sənin qulluğunda hazırıq.
-Əl çəkin məndən (Asif əsəbi-əsəbi dedi).
-Qalmışdın yuxarıda, aşağı düşə bilmirdin. Budur
çox sağ olun? Bilsəydik, belə edəcəksən heç sənə kömək
etməzdik.
-Gəlin onu qaytarıb qoyaq əvvəlki yerinə. (Oğlanlar-
dan biri dilləndi) Buna yaxşılıq yoxuymuş.
Oğlanlardan ikisi Asifin çırpınaraq – “Əl çəkin.
Məndən nə istəyirsiniz?” – deməsinə məhəl qoymayaraq,
qollarından tutub pilləkənlərlə yuxarı sürüməyə başladılar.
Digəri isə arabasını qaldırırdı. Bu vaxt piyada keçidindən
keçən yaşlı bir kişi bu mənzərəni görərək Asifin köməyinə
tələsdi. Oğlanlara çataraq onlara mane olmağa çalışdı:
-Siz nə edirsiniz? Buraxın onu. Ona niyə belə zülm
edirsiniz? Allahdan qorxun.
-Babacan, sən qarışma. (Arabanı aparan dedi). Qoy bu
naşükürün cəzasını verək.
-Əl çəkin dedim. Onunla işiniz olmasın. Nə istəyirsiniz
ondan?
Oğlanlardan biri qocanın onlara əl hərəkətləri ilə mane
olmaq istədiyini görüb Asifi buraxaraq qocanı sinəsindən
itələdi
-Eee, əl çək bizdən. Deyəsən, axı bizim kim olduğumu-
zu bilmirsən? Əgər çıxıb getməsən, onda bizdən incimə.
Yıxılmamaq üçün divardan tutan qoca dedi:
- Kim olursunuz olun, bu yazıq oğlandan əl çəkməsəniz
buradan heç yerə gedən deyiləm.
26
Oğlanlardan biri onları əyləncələrindən məhrum
etdiyinə görə, qocaya bərk əsəbləşdiyindən cibindən bıça-
ğı çıxardaraq kişinin gözünün qabağında oynatdı
-Sən bizim kim olduğumuzu öyrənməyənə qədər bu-
radan getmək istəmirsən, həə? Bir bunun özünə bax, bu
qoca yaşında üç cavan oğlana xod eliyir.
-Siz kimsiniz, həə? (Qoca əsəbi halda dilləndi). Bu
vəziyyətdə özünüzü nə sayırsınız? Qəhraman? Əlil bir in-
sanı ələ salmaqla öz gücünüzə baxıb qürrələnirsiniz. Sizcə
əsl igidlik budur? Yox, əsl igidlik köməyə ehtiyacı olan
insanlara təmənnasız yardım etməkdir. Əsl qəhrəmanlıq,
nümunəvi övlad olmaqla, öz valideynlərinə başıucalıq
gətir məkdir. Xəstələnmiş bir insana baş çəkərək onun üzü-
nü güldürməkdir. Əsl qəhrəman insanlar ibadətdə davam-
lı, yardım etməkdə səxavətli, pislikdə xəsis olanlar və ha-
lal gəlir qazanmaq üçün çalışan, böyüyə-kiçiyə hörmət
edənlərdir.
-Sən lap zəhləmi tökdün. (Əlində bıçaq tutan dedi) Bu
dəqiqə sənə elə hörmət göstərəcəyəm ki, ömrün boyu ya-
dından çıxmayacaq
- Ömrü var bunun? Uzağı 7–8 ilə Əzrayılla çipsi
yeyəcək. – Asifin başının üstündə dayanan dilləndi
-Yaxşı. Gəlin belə edək. – Onları yola gətirə bilməyəcə-
yini görən qoca dilləndi – Mən sizin hər birinizə 20 manat
verirəm, əvəzində siz də bizdən əl çəkirsiniz.
-Bu başqa məsələ. (Pul məsələsini eşidəndə gözləri
işıldayan əlibıçaqlı oğlan dilləndi). Bax, indi beynin yaşına
uyğun işləməyə başladı. Pulu ver, çıxaq gedək.
-Yox, belə olmaz. Siz əvvəlcə bu oğlanı arabasına qoya-
raq keçidin digər tərəfinə çıxardın, sonra mən pulu verim
və biz ayrılaq.
-Yaxşı. Ancaq bax haa, bizə kələk gəlmək istəsən ikini-
zi də öldürəcəyəm.
27
-Arxayın ol. Bu yaşımda yalan danışmayacağam ki.
Dediyim kimi, 60 manat qabaqsınız.
-Deyəsən, bunda 60 manat var. (Oğlanlardan biri
dedi). Gəlin hədə-qorxu gəlib əlindən alaq
-Niyə özümüzə problem yaradırıq ki? Öz xoşu ilə verir
dəə.
-Birdən vermədi?
-Verər, verər. (Yenidən bıçağı əlində oynatdı). Bilir ki,
verməsə hər ikisinin gözlərini oyaram.
Oğlanlar Asifi əlil kreslosuna qoyub keçidin digər
tərəfinə keçirdikdən sonra kişi əlini cibinə salıb vəsiqə çı-
xardaraq oğlanlara uzatdı.
-Bu nədir? Deyəsən, sən bizə pul verməliydin axı?
-Götürün baxın. Pul da olacaq.
Oğlanlar vəsiqəni alıb üstünü oxumağa başladılar “34-
cü polis bölməsinin şöbə rəisi Vüqar Ağayev”. Başlarını
qaldırıb qoca kişiyə baxanda, daha da təəccübləndilər. Vü-
qar əlindəki tapançanı düz onlara tuşlamışdı:
-Hə cavanlar, hansını seçirsiniz? Azadlıq, yoxsa zindan
Oğlanlar vəsiqəni ataraq, bir–birilərinə “qaçın, bu
bizi tutacaq, aradan çıxın” deyərək, qaçıb tini burularaq
gözdən itdilər. Vüqar vəsiqəni yerdən götürərək Asifin ya-
nına qayıtdı.
-Çox düşüncəsiz insanlar idi. Bu qədər öyüd–nəsihət
verdim, yenə də düzlüyü dərk etmədilər
Asif üzünə tökülən qanı dəsmalla silə-silə dedi:
-Mövlana yaxşı deyib: “Nə qədər mənalı danışırsan
danış, söylədiklərin qarşındakının anladığı qədərdir ”
-Bax, bunu yaxşı dedin. (Cibindən vizit kartı çıxarda-
raq Asifə uzatdı) – Al, götür, nə vaxt lazım olsam, zəng
vur. Adın nədir sənin? Hara gedirsən belə?
Dostları ilə paylaş: |