S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə26/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   22   23   24   25   26   27   28   29   ...   78

104
Atan həyətdə meyvə-tərəvəz dükanı açmaq istəyirdi, aça 
bildi?
-Son on gündür başım yaman qarışıqdır. Toya hazır-
laşıram.
-Ooo. Səndə xəbər varıymış ki. İnşallah toyu nə vaxta 
planlaşdırırsan?
-Toy  bir  həftədən  sonradır.  –  Dəvətnaməni  cibindən 
çıxardaraq Asifə uzatdı. – Dəvətnaməni gətirmişəm.
-Allah mübarək eləsin qardaşım. Xoşbəxt ol.
-Bu dəvətnamə sizin ailəniz üçündür. Sənin özünü isə 
şəxsən dəvət edirəm. Mütləq gəl ha.
 -Mütləq gələcəyəm. Heç elə şey olar ki, mən o toyda 
iştirak etməyim?!
-Toya gəlməklə bağlı nəsə bir çətinliyin olsa xəbər elə. 
Nə kömək lazımdırsa, mən hazır.
-Sən heç narahat olma. Evdəkilərlə birgə gələcəyəm.
Dostlar  Adilənin  düzəltdiyi  çay  süfrəsi  arxasında  bir 
xeyli söhbət etdikdən sonra Osman işinin çox olduğunu bil-
dirib getdi. Axşam Akif işdən gələndə divanda oturub dedi:
-İkiniz də gəlin bura, sizə bir söz deyəcəyəm.
Adilə onun yanında oturaraq soruşdu:
-Nəsə olub?
-Darıxma. Qoy Asif də gəlsin, sonra. 
Asif gəlib onlarla üzbəüz dayanandan sonra sözə baş-
ladı:
-Bu  gün  işlədiyim  mərkəzin  rəhbərliyi  məni  yanına 
çağırmışdı. «Ümid» mərkəzindən bir qrup həkimi təcrübə 
keçmək üçün İtaliyaya göndərirlər.
-Siz orada nə edəcəksiniz ki? – Asif soruşdu.
-Biz İtaliyada işlədilən müasir tibbi avadanlıqlarla ta-
nış olacağıq. Sonra çətin əməliyyatların yeni və daha asan 
üsulla keçirilməsini öyrənəcəyik. Nə uzadım, öyrənməli o 
qədər şey var ki.


105
-Sən italiyan dilini bilmirsən, heç ingilis dilini də bilmir-
sən. Onlarla necə ünsiyyət quracaqsan? – Adilə soruşdu. 
-Bizimlə birgə iki tərcüməçi də gedəcək.
-Nə vaxt yola düşürsünüz?
-Üç  gündən  sonra.  Orada  bir  həftə  qalacağıq.  Otel, 
qida, maşın. Hər şey mərkəzin hesabınadır.
-Deməli, sən toya gedə bilməyəcəksən? Eybi yox, biz 
ikimiz gedərik.
-Nə toy? Kim toy eliyir ki?
-Osman. Bu gün dəvətnamə gətirib.
-Hansı Osman? Asifin dostu? Toy nə vaxtdır ki?
-Bir həftədən sonra.
-Heyf  ki,  burada  olmayacağam.  Eybi  yox.  Siz  ikiniz 
gedərsiniz, mən sonra atasına gözaydınlığı verərəm.
Üç gündən sonra Asif anası ilə birgə atasını düz ma-
şına qədər ötürdü. Akif çamadanı maşına qoyaraq onlara 
tərəf çevrildi:
-Yaxşı, salamat qalın. Sizi bir-birinizə və Allha tapşırı-
ram. Özünüzdən muğayat olun. – Üzünü Asifə tutaraq: -Bu 
gündən evin kişisi sənsən. Evdən də, anan dan da muğayət 
ol. Çalış yoxluğumu hiss etdirməyəsən.
Akif onlarla görüşüb maşına oturdu. Maşın yerindən 
tərpənən  kimi Adilə  əlindəki  qabda  tutduğu  suyu  onun 
dalınca atdı. 
Televizorun qarşısında oturub gözlərini ekrana diksə-
lər də, hər ikisinin fikri tamam başqa yerdə idi. Adilənin 
fikri xarab olan qabyuyan maşının yanında qalmışdı. Öz–
özünə gileylənirdi: “Bu da xarab olmağa vaxt tapdı. Akif 
gəlib onu düzəltdirənə qədər mətbəxdə bir anbar çirkli qab 
yığılacaq. Məcburam əllə yuyum”. 
Asif isə sabahkı toy barədə fikirləşirdi: “Görəsən, han-
sı köynəyimi geyinsəm yaxşı olar? Ağı, yoxsa göyü? Bəlkə 


106
anama deyim təzəsini alsın? Çoxdandır evdən bayıra çıxa 
bilmirəm,  elə  mənim  özüm  üçün  də  dəyişiklik  olar.  Bu 
həyatda tək dostum odur. Gərək Osman üçün onun toyu-
na kiçik bir xatirə hədiyyəsi alam. Məsələn, üstündə hər 
ikimizin adı yazılmış üzük”. Asif üzük məsələsini anasına 
demək istəyirdi ki, telefonun zəngi sözünü yarımçıq kəsdi:
-Ana mən istə.... Telefona cavab ver, sonra deyərəm.
Adilə  dəstəyi  götürüb  “alo”  dedikdən  bir  az  sonra 
dəstəyi yerə qoydu. Asif onun bənizinin ağardığını görüb 
həyacanla soruşdu:
-Nə olub ana? Zəng vuran kim idi? Nə baş verib?
-Zəng vuran dayın idi. Deyir kiçik oğlu Sənanı maşın 
vurub. Vəziyyəti pisdir. Təcili xəstəxanaya aparıblar.
-Allah özü kömək olsun.
-Qulaq as oğlum, mən xəstəxanaya gedirəm. Sən evdən 
muğayat ol. Yoldan bibin qızı Səbinəyə zəng vuracağam, 
mən gələnə qədər sənə qulluq etsin.
-Necə istəyirsən ana.
Adilə tez-tələsik əynini dəyişib çantasını götürərək qa-
pıdan çıxmaq istəyəndə Asif onun arxasınca səsləndi.
-Ana ora çatan kimi mənə zəng vur, görüm vəziyyəti 
necədir.
Adilə “oldu” deyib təlaşla qapıdan çıxdı. Şam yeməyin-
dən sonra Asif otağına gedərək anası ilə əlaqə saxladı:
-Alo, Ana. Sənan necədir? Əməliyyat necə keçdi?
-Həkimlər deyir yaxşı keçdi. Hələ ayılmayıb, reanima-
siyadadır.
-Orada qalacaqsan?
-Hə oğlum, burada qalacağam. Sən məni gözləmə, yat. 
Bibin qızı neyniyir?
-Televizora baxır.


107
-Yaxşı oğlum, sabahadək.
-Sabahadək ana.
Bir az internetdə yazışandan sonra yatdı. Səhər yuxu-
dan ayılan kimi anası ilə əlaqə saxlayanda Sənanın hələ də 
komadan ayılmadığını eşidib bikef oldu. Saatlar keçdikcə 
toyun  vaxtı  yaxınlaşırdı.  Asif  özünü  çarəsiz  hiss  edirdi. 
Vaxt ötdükcə, özü öz gözündə daha da acizləşir, daha da 
cılızlaşırdı.  Arabada  oturub  pəncərədən  baxa-baxa  düş-
düyü vəziyyət barədə fikirləşərək özü özünü məzəmmət 
edirdi: “Bəs indi mən neyniyim? Bir tərəfdə qardaş dedi-
yim Osman, bir tərəfdə də ölümlə mübarizə aparan dayım 
oğlu. Bu vəziyyətdə anama necə deyim ki, gəl məni toya 
apar? Eh Asif, sən demə başqalarının köməyi olmadan sən 
heç  kim  imişsən.  Həyatdakı  tək  dostunun  toyuna  gedə 
bilməyəcək qədər heç kim. Deməli, bu həyatda heç bir şeyə 
təsirim yox imiş. Deməli, bu illər ərzində həyatımdakı bu 
boşluğu valideynlərim doldururmuş. Afərin onlara. Afərin 
ki, bu illər ərzində necə əlacsız, başqalarına möhtac, çarəsiz, 
işəyaramaz olduğumu hətta özümə də hiss etdirməyiblər”. 
Başını qaldırıb divardakı saata baxdı. Altının yarısı idi. 
“Artıq toy başlayıb. Gedə bilmədim, heç olmasa təbrik me-
sajı  yazım”  deyə  öz-özünə  fikirləşərək  telefonu  götürdü. 
Mesajın  hər  bir  sətrini  yazdıqca,  gözlərindən  yaş  damla-
ları  yanağından  süzülərək  köynəyinin  yaxasını  daha  çox 
isladırdı.  Mesajı  birtəhər  tamamlayıb,  göndərməmişdən 
öncə  özü  oxudu.  “Salam  Osman.  Təəssüf  ki,  bu  günkü 
məclisdə iştirak edə bilməyəcəm. Ürək bunu nə qədər çox 
istəsə də, problemlər bir o qədər mane oldu. Ümid edirəm, 
inciməzsən. Allahdan sənə kainat qədər sonsuz və günəş 
kimi parlaq bir xoşbəxtlik arzulayıram. Sən buna layiqsən. 
Xoşbəxt ol, qardaşım”. Yazdıqlarını oxuyub qurtardıqdan 
sonra heç bir qrammatik səhvin olmadığını görüb, mesajı 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə