S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə29/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   25   26   27   28   29   30   31   32   ...   78

116
nayırdılar. Con içəri girən kimi üzünü Sergeyə tutub so-
ruşdu:
-Sizdə bütün ili belə soyuq olur?
Sergey cavab verməmiş Markez dilləndi:
-Nədir, Con? Meksika üçün darıxmısan deyəsən?
Stulda yerini rahatlayan Con dedi:
-Meksika üçün yox, amma havası üçün hə. Bu Rusiya-
nın soyuğundan zəhləm gedir.
Vodkadan bir qurtum içən Xavyer söhbətə qarışdı:
-Amma bu rusların vodkasına söz ola bilməz. Məndən 
olsaydı, gələn ildən Argentinaya keçəcək ev sahibliyini də 
Sergeyə verərdim.
-Nədir Xavyer, yoxsa, bizi qonaq qəbul etmək istəmir-
sən? – Lobo irişərək soruşdu. 
-Argentinaya bu qədər gəlib-gedəndə bilmirdin ki, ev 
sahibini bezdirəcəksən? – Xavyer cavab verdi. 
Sergey söhbətin mübahisəyə çevriləcəyini görüb araya 
söz atdı:
-Con, heç vaxt belə vaxtsız gəlməmişdin.
-Nəyə görə? – Con təəccüblə soruşdu.
Sergey bayaqdan əlində saxladığı kartları stola qoyub 
dedi: 
-Bəxtimə üç tuz çıxmışdı.
Con masadakıların gülüş səsinin kəsilməyini gözləyə-
rək, özünə sala kəsdi. Sonra hamının sakitləşdiyini görüb 
soruşdu:
-Hə cənablar, deyin görüm, bu həftə nə etmisiniz? 
Lobo əlindəki qovluğu Cona uzadıb dedi:
-Al bax. Nə etmişiksə, hamısı buradadır.
Con  qovluğun  içindəki  vərəqləri  nəzərdən  keçirdə-
keçirdə dedi: 
-Bu nədir? Burada ən çox Xavyerin gördüyü işlərdir. 
Bəs digərləriniz nə etmisiz? 


117
Lobo izahata başladı:
-Məsələ burasındadır ki, Con, Markezlə Sergey işi Pole-
rin tapşırdığı kimi görüblər. Yəni, orqanları çıxardılmış uşaq-
ların meyidlərini internatda canlıları ilə dəyişiblər. Xavyerə 
gəldikdə isə, sənin mənə verdiyin «Ümid» mərkəzinə aid 
siyahıdan  uyğun  olanlarını  seçib  ona  göndərdim.  Yəni, 
onun getdiyi ünvanlar çox olduğu üçün belə nəzərə çarpır.
Con özündən razı halda gülüsmsündü: 
-Əla.
Xavyer təəccüblə soruşdu: 
-  Con,  əgər  uşaqları  bir  yerdən  götürmək  mümkün-
dür sə, bəs niyə qapı-qapı gəzib uşaq yığırıq?
Con əlindəki qovluğu qatlayıb kənara qoyaraq dedi:
-Məsələ burasındadır ki, əziz Xavyer, uşaq evlərindən 
ancaq  bir  dəfə  məhsul  götürmək  olur.  «Ümid»  mərkəzi 
isə  meyvəsi  hələ  uzun  illər  tükənməyəcək  ucsuz-bucaq-
sız bir alma bağıdır. Ona görə də siyahı hər dəfə birinizə 
veriləcək.  Sergey,  gələn  dəfə  növbə  sənindir.  -  Cibindən 
qatlanmış  dörd  dənə  vərəq  çıxardaraq,  –  yadımdan  çıx-
mamış, alın bu növbəti iki ay ərzində yerinə yetirəcəyiniz 
sifarişlərdir. Sizə uğur olsun.
Con  bunu  deyib  içi  pulla  dolu  çamadanı  götürərək 
otaqdan çıxdı.
Hadisədən 10 gün əvvəl
Bakı. Azərbaycan
Hər iki tərəfi müxtəlif mağaza və xidmət obyektləri ilə 
dolu yolla hava limanına tərəf iki qara rəngli, BMV mar-
kalı maşın gedirdi. Qabaq maşının arxa oturacağında otu-
ran Samir pəncərədən yola baxırdı. Üzünü yanında oturub 
qəzetin idman səhifəsini oxuyan Murada çevirib dedi:


118
-Bir gün Hacı dayıdan soruşurlar ki, - Sənin doğrudan, 
hər şeydən başın çıxır? Hacı dayı: -Hə, hər şeydən başım 
çıxır. Təyyarələrin necə uçmasından tutmuş ta ki, kosmosa 
qədər. Bircə onu bilmirəm ki, makaronda deşiyi necə açır-
lar. İndi onun nağılı olmasın, mənim heç nədən qorxum 
yoxdur.  Nə  qaranlıqda  tək  qalmaqdan  qorxuram,  nə  də 
vəhşi heyvanlarla qarşılaşmaqdan. Bircə bu təyyarəylə uç-
maqdan başqa.
-Mən isə dünən qorxdum. Axşam evə gedəndə bina-
nın girişi qaranlıq olduğundan pişiyin quyruğunu tapda-
ladım. Sonrasını özün təsəvvür edirsən dəə?
-Hələ nə yaşın var ki? Böyüyəndə yadından çıxardarsan.
-Səncə dünyada ən qorxulu şey nədir?
-Dünyada ən qorxulu şey elə qorxunun özüdür. Bekon 
belə deyib. Nə oxuyursan orada?
-Dopinqə görə Çin idmançısının yarışdan uzaqlaşdırıl-
masını. Yazıq da and-aman edir ki, mən dopinq atmamışam.
-Bu idmançıların da işi zülümdür. Az qalırlar semiçka-
nı da laboratoriyada yoxladıb sonra çırtlasınlar.
Maşın işıqforda dayananda bir oğlan onlara yaxınlaşdı:
-Qəzet  istəmirsiniz?  Ya  da  rəngli  qələmlər?  Lotoreya 
bileti, kontur, internet kart...
Murad onu qovmaq istəyəndə Samir qoymadı.
-Lotoreya bileti neçəyədir?
-İki manat. Bir ildir ki, cek potu heç kim udmur. Uduş 
1.5 milyon olub. Dünyanın heç yerində bu qədər uduş ol-
mayıb.
Samir pulu verərək bileti alıb dedi:
-Yalanaan az təriflə görüm. Bax ha, udmasam gətirib 
qaytaracağam.
Maşın  yola  düşəndə  Samir  biletin  üstünü  oxumağa 
baş ladı:


119
- “Şanslı insan” ayda bir dəfə oynanılır. Növbəti tiraj 
iki həftədən sonra axşam saat 10-da oynanılacaq. Yazıq düz 
deyirmiş. Uduş düz 1.5 milyondur. Üstəgəl əlavə uduşlar.
-Bəs oyunun qaydası necədir?
Samir bileti qatlayıb cibinə qoydu:
-Az bilsən, rahat yatarsan.
Samir  və  onunla  birlikdə  İspaniyaya  gedən  üç  nəfər 
təy yarədə yerlərini rahatlayarkən, yol bələdçisinin səsi eşi-
dildi:
-Hörmətli  sərnişinlər!  Zəhmət  olmasa  kəmərlərinizi 
bağlayın. Təyyarə bir neçə dəqiqə sonra havaya qalxacaq. 
Hamınıza yaxşı yol. 
Samir qorxusunu heç kim hiss etməsin deyə, yanında-
kı yerin də biletini almışdı. Amma təyyarə havaya qalxdıq-
dan sonra onunla paralel oturan, əyninə qara don geyin-
miş 50 yaşlarındakı sarışın qadın gülümsünərək soruşdu:
-Birinci dəfədir?
-Hə. Yəni belə hiss olunur?
-Əgər  özünü  qısıb,  kürəyini  oturacağa  sıxmasan  heç 
kim bilməz.
Qadın bunu deyib əlindəki jurnalı oxumağa başladı. Sa-
mir kəməri açaraq özünü düzəltdi və “yaxşısı budur, yatım. 
Heç nədən xəbərim olmasın” fikri ilə stüardessadan balış 
istədi. Stüardessa balışı və adyalı Samirə verib soruşdu:
-Başqa bir şey lazımdır?
-Yox. Çox sağ olun.
Samir  nə  qədər  çalışsa  da,  həyacandan  yata  bilmirdi. 
Gözlərini yumub tədbirdə söyləyəcəyi nitqi fikrində hazır-
lamağa başladı və gecə gec yatıb - səhər tez oyandığından 
nə  vaxt  yuxuya  getdiyini  özü  də  bilmədi.  Aldığı  təqaüd 
ona heç cür çatmırdı, çox az idi. Ona görə də valideynləri 
onu da götürüb Əmək və Əhalinin Sosial müdafiə şöbəsinə 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə