S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə31/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   27   28   29   30   31   32   33   34   ...   78

124
Hadiədən 9 gün əvvəl
Madrid. İspaniya
Zəngin  səsinə  yuxudan  oyananda  saat  9  idi.  Yuyun-
duqdan sonra əyninə yeni paltar geyinib yemək salonuna 
düşdü. Səhər yeməyini bitirəndə Pablonun səsini eşitdi:
-Buenos dias senyor.
-Hər vaxtın xeyir. Nə vaxt gəlmisən?
-On dəqiqə bundan qabaq. Gözləyirdim yeməyini qur-
tarasan, sonra yaxınlaşım.
Heyətin digər üzvləri də yavaş-yavaş aşağı düşməyə 
başladı. 15 dəqiqə sonra hamı masanın ətrafında idi. 
-Planda nə var? – Eldar soruşdu.
-Plan sadədir. Tədbirdə iştirak edirik, axşam otelə qa-
yıdıb doyunca dincəlirik, səhər reysi isə bizi evə çatdırır. 
Vəssalam – şüttəmam.
-Bəs şəhəri gəzməyəcəyik? – Zaur söhbətə qoşuldu.
-Niyə  ki?  Gəzəcəyik.  Pablonun  dediyinə  görə,  bura-
dan  tədbir  zalına  iki  saatlıq  yoldur.  Gedəndə  bir  yoldan 
gedərik,  qayıdanda  başqa  yolla  qayıdarıq.  Siz  də  şəhəri 
doyunca görərsiniz. İş qrafiki onsuz da çox sıxdır. Tezliklə, 
geri  qayıtmalıyıq.  Hətta  mərkəzin  buradakı  filialına  belə 
baş çəkə bilməyəcəyəm.
Belə vəziyyətin heç kimin ürəyincə olmadığı üzlərindən 
görünsə də, Samirin başqa çarəsi yox idi. İş başdan aşırdı. 
Madridi gəzmək istəyən üçlük yolboyu acgözlüklə şəhərə 
baxır, sanki heç nəyi gözdən qaçırtmaq istəmirdilər. Hətta 
bir-iki  dəfə  maşından  düşüb  şəkil  çəkdirməyə  də  imkan 
tapdılar.  Tədbir  üzərində  Esmeralda  yazılmış  və  ətrafı 
dəmir  torla  hasarlanmış  ikimərtəbəli  bir  binanın  ikin-
ci  mərtəbəsində  keçirilirdi.  Binanın  qarşısına  çatanda 
tədbirin Luis adlı 50 -55 yaşlarında olan təşkilatçısı onları 


125
qarşıladı. O, Samirlə görüşərək ona gəldiyi üçün təşəkkür 
etdi və digər qonaqlar və tədbirin gündəliyi haqqında ona 
qısa məlumat verdi. 
Binanın  iç  dizaynı  bu  tikilinin  məhz  tədbirlər  üçün 
nəzərdə tutulduğunu əks etdirirdi. Onları ikinci mərtəbədə 
dəhlizin  sonundakı  iclas  otağına  apardılar.  Yolda  tıxaca 
düşdüklərindən bir az ləngimişdilər. Buna görə də onlar zala 
girəndə artıq hamı öz yerini tutmuş və Samiri gözləyirdilər. 
Samiri  gətirib  birinci  sırada  onun  üçün  ayrılmış  yerdə 
oturtdular və onunla birgə gələnlər də öz yerlərində otur-
duqdan sonra Luis tribunaya çıxıb sözə başladı. Qonaqlara 
gəldikləri üçün təşəkkür edib tədbiri açıq elan edərək tədbir 
haqqında danışmağa başladı. Samirin gözü tribunada olsa 
da, fikri tamam başqa yerdə idi. Son bir ayda xeyli sayda 
əngəlli insanın itgin düşməsi onu əməlli-başlı narahat edir-
di. Aparıcının səsinə fikirdən ayıldı.
-İndi isə çıxış üçün söz Samir İmanova verilir.
Samir alqış sədaları altınta Eldarın köməkliyi ilə tribu-
naya getdi və sözə başladı.
-Xanımlar  və  cənablar,  hörmətli  tədbir  iştirakçıla-
rı. İlk öncə məni bu tədbirə dəvət etdiyinə görə tədbirin 
təşkilatçısına  dərin  təşəkkürümü  bildirirəm.  Mənim 
fikrimcə, təqaüdlərin əlillərin sosial vəziyyətinə nə qədər 
yaxşı təsiri varsa, bir o qədər də pis təsiri var...
Tədbir  bir  neçə  saat  çəkdi.  Sonda  tədbirdə  səslənən 
təkliflərin paket halına salınması qərara alındı. Samir bi-
nadan çıxıb maşına tərəf gedəndə çiyninə əl toxunduğunu 
hiss edərək geri çevrildi. Qarşısında dayanıb gülümsünən 
Devidi görəndə onun da üzünə təbəssüm qondu.
-Ooo, amigo, necəsən? Mən də deyirdim bu gün ami-
gomu görə bilməyəcəyəm. Səni zalda görmədim?


126
-Mən səndən üç cərgə arxada idim. Düz arxanda oldu-
ğum üçün məni görə bilməzdin.
Samir kürəyini hasara söykəyib soruşdu:
-Nə əcəb mərkəzin buradakı filialının rəhbərinə birinci 
cərgədə yox, arxa sırada yer veriblər?
Devid zarafatla: 
-Birinci sıradan vermişdilər. Sən gələndə yer olmadığı-
na görə məni bir az arxaya keçirtdilər.
Samir üzünə mimika verərək astadan dedi:
-Eybi yox. Böyüyəndə yadından çıxacaq.
Devid vəziyyətdən çıxmaq üçün söhbəti dəyişdi:
-Bu günə planın nədir?
-Şəhəri gəzmək istəyirəm.
-Lap yaxşı. Bağışla, bu gün işim çoxdur. Səni müşayət 
edə bilməyəcəyəm.
-Eybi yox. Pablo nə lazımdırsa edir. Mərkəzdə vəziyyət 
necədir?
-Orada təmir gedir. İşləri dayandırmışıq.
-Bilirəm. Çox iş var?
-Yox. Bir–iki günə qurtarırıq.
-Öz vəziyyətin necədir? Yorğun görünürsən? 
-İş çoxdur Samir. Çatdırmaq olmur.
-Sən bir də məndən soruş. Qrafik o qədər sıxdır ki, heç 
mərkəzə  gəlməyə  belə  vaxt  tapa  bilmirəm.  Tezliklə,  geri 
qayıdıb bir neçə yeni layihəni həyata keçirmək lazımdır.
-Sənə uğurlar. Özündən muğayat ol.
-Sən də, dostum.
Samir  Devidlə  sağollaşıb  maşına  oturanda  Pablodan 
soruşdu:
-Buradan otelə başqa yol var?
-Bəli. Nədir ki?
-Oteldə işçilərə söz vermədimmi? Gərək yerinə yetirəm.


127
-Sürücüyə  tapşıraram,  bizi  otelə  Madridin  tarixi  və 
görməli yerlərindən keçirərək aparsın.
-Əla olar. Onlar işdə mənim hər dediyimi edirlər, qoy 
bu da məndən onlara kiçik bir hədiyyə olsun.
Maşın yolboyu düzülən fənərlərin işıqlandırdığı geniş 
və səliqəli yolla irəliləyirdi. Yolun hər iki tərəfində cərgə ilə 
düzülmüş pivəxanalar və barlar yavaş-yavaş müştəri qəbul 
etməyə başlayırdı. Onların bir-birinə qarışan al-əlvan işıq-
ları  əsrarəngiz  mənzərə  yaradaraq  şəhərə  xüsusi  gözəllik 
verirdi. Samir küçədə gəzişən çoxsaylı adamlara baxıb dedi:
-Madrid gecələri adamı valeh edir. – Sonra üzünü Pab-
loya çevirib soruşdu: -Deyəsən, madridlilər üçün əyləncə 
bundan sonra başlayır?
-Düz  tapmısan.  İspanlar  üçün  əyləncə  gecə  saat  11-
dən  sonra  başlayır.  Ürəyi  istəyən  bara,  ürəyi  istəyən  də 
pivəxanaya. Hər iki məkanda da sifariş verdiyin içkidən 
qurtumlaya-qurtumlaya  80–90-cı  illərin  musiqilərinə  qu-
laq asa bilərsən.
-Görürəm. Barlara girib-çıxan yaman çoxdur.
-Yox, bu başqa şeylə əlaqədardır. Məsələ burasındadır 
ki, biz ispanlar gecəni bir barda keçirtmirik. Hər gecə ən az 
3–4 barda oluruq.
Otelə çatanda artıq gecə saat 1;30 idi. Pabloyla sağolla-
şıb hərə öz otağına getdi.
Bakı. Azərbaycan
Futbol qurtaran kimi Asif saatına baxdı. Saat yeddi ta-
mam idi. Yanındakı qonşusuna çevrilərək dedi: 
-Artıq gecdir. Mən evə gedirəm. Sən uşaqları mənim 
adımdan qələbə münasibətilə təbrik edərsən. Bizim məhəl-
lənin oğlanlarını udmaq mümkün deyil.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə