156
Hadisədən 5 gün əvvəl
Madrid. İspaniya
Silva Almeydanın kabinetinə girəndə, Almeyda tele-
fonla danışırdı. Silvanın otağa girdiyini görüb əliylə ona
oturmaq işarəsi verdi. Özü telefonla danışıb qurtaran kimi
Silvadan soruşdu:
-Qızı tapa bildin?
-Yox. Tərslikdən həmin gün otelin web kameraları
işləməyib. Otel administratoru dedi ki, həmin gün kamera-
ları yeniləri ilə əvəz etdikləri üçün söndürüblərmiş. Nə ka-
meralar işləyib, nə də ki, digər təhlükəsizlik avadanlıqları.
Almeyda üzünü qırışdırdı:
-Belə də bilirdim.
-Nəsə olub?
-Dünən Argentina polisi Xavyeri tutmaq üçün əmə-
liyyat keçirib. Amma Xavyer ələ keçəndə artıq ölübmüş.
Şahidlərin dediyinə görə, polislər gəlməmişdən bir neçə
dəqiqə qabaq Xavyer kiminləsə bir müddətlik zaldan çı-
xıb, geri qayıdanda isə ölüb. Onların dedikləri əlamətlərə
görə isə həmin adam şübhəsiz Con olub. Üstəlik əməliyyat
zamanı məclisdəki insanlarla polislər arasında dava dü-
şüb, hətta atışma da olub. Atışma vaxtı Xavyerin oğlu və
bir polis işçisi ölüb.
-Bu Con kimdir axı? İstədiyi vaxt istədiyi yerə gedir,
polislərin nə edəcəyindən xəbər tutur. İstədiyi adamı öldü-
rür, polislərlə adamları bir-birinin üstünə qaldırır.
-Mən də elə səni buna görə çağırmışam. İndikindən
ikiqat artıq işlə, bütün şəhəri alt-üst et, nə yolla olur-olsun
o qızı tap.
Silva gedəndən sonra Almeyda qovluqdan Conun
şəklini götürüb fikirli-fikirli baxmağa başladı.
157
Moskva. Rusiya
Sergey səhər yeməyini qurtarıb masanın üstünə qo-
yulmuş qazetlərdən birini götürüb oxumağa başladı. Bir-
iki sətir oxumuşdu ki, Oleq içəri girib təlaşla dedi:
-Boss, polislər gəlib. Hazırda villanı mühasirəyə alırlar.
Sergey yerindən sıçrayaraq ayağa qalxıb soruşdu:
-Neçə nəfərdirlər?
-Saylarını dəqiq deyə bilmərəm. Federallar da polislərə
kömək edirlər. Ağır texnikaları yoxdur, amma səmada iki
helikopter var.
Sergey tapançasını çıxardıb dedi:
-Hamını döyüşə hazırla. Mühasirəni yarıb buradan
çıxmaq lazımdır. Aşpaz, bağban, xidmətçi, kim varsa, qoy
silahlanıb döyüşə girsin. Damın üstündəki teşekanın ya-
nına üç nəfər adam qoy ki, helikopterlərin yaxınlaşması-
na imkan verməsinlər. Adamların çoxunu qərb tərəfə yığ.
Mühasirəni oradan yaracağıq.
Sergey bunu deyib qapıdan çıxmaq istədikdə səs eşi-
dib dayandı. Kimsə meqafonla onlara təslim olmağı əmr
edirdi. Geri qayıdıb bir-bir pəncərələrin yanına gələrək,
pərdənin böyründən çölə baxdı. Ətrafda polislər qayna-
şırdı, helikopterlərə plemyot qoyulmuşdu. Qonşu evlərin
damındakı snayperləri də aşkar görmək olurdu. Sergey
– Özlərinə çox arxayındırlar – deyə, pıçıldayaraq qapıdan
çıxanda səsgücləndiricidən çıxan səsi hələ də eşidirdi.
-Təslim olmaq üçün beş dəqiqəniz var.
10–15 dəqiqədən sonra polislər hücuma keçəndə Ser-
geyin əmriylə onlara atəş açılması polisləri də atəş açma-
ğa məcbur etdi. Tərəflər arasında şiddətli döyüş başladı.
Sergeyin adamları damdakı teşekanın və pulemyotun
sayəsində ilk 10-15 dəqiqə polislərə güclü müqavimət
158
göstərdilər və demək olar ki, mühasirəni yarmışdılar. La-
kin sonradan damdakı adamlar snayperlər tərəfindən vu-
rulduqlarına görə, helikopterlərin köməyə gəlməsi və xeyli
itki verilməsi dəstəni çətin vəziyyətə saldı. Polislərin ba-
ğın içinə girə bilmələri isə vəziyyəti daha da çətinləşdirdi.
Mühasirə halqası get-gedə daralırdı. Sergey bağdakı ağac-
lardan birinə daldalanaraq, avtomatla bu cəhənnəmdən
çıxmağa çalışırdı. Adamlarından demək olar ki, iki–üç
nəfər qalmışdı. Artıq buradan çıxmağın mümkün olma-
dığını görüb, sağ qalmaq üçün təslim olmağı qərara aldı.
Adamlara da təslim olmağı əmr edərək üzü üstə yerə uza-
nıb əllərini boynunun ardına qoydu. Ucadan:
-Təslim oluram! Təslim oluram! – deyə qışqırmağa
başladı.
Polislər qarşı tərəfdən güllə atılmadığını görüb atəşi
dayandıraraq ehtiyatla Sergeyə tərəf gəlməyə başladılar.
Yaxınlaşdıqda artıq heç bir təhlükənin olmadığını görüb,
cəld Sergeyin və digər üç nəfərin əllərini qandallayaraq
maşına mindirmək üçün bağdan çölə çıxartdılar. Maşınla-
ra bir neçə addım qalmış Sergey qəflətən dayanaraq, bir-iki
saniyə ayaq üstə durduqdan sonra yerə yıxıldı. Onu maşı-
na aparan polis zabiti ilk əvvəl nə baş verdiyini anlamasa
da, Sergeyin başındakı güllə yarasını gördükdə, vəziyyəti
başa düşdü. Tez maşının arxasında gizlənərək qışqırdı:
-Yerə yatın, Sergeyi snayperlə vurdular. Özünüzü
qoruyun, bizim snayperlərə və helikopterlərə xəbər verin
ətrafa baxsınlar.
Helikopterlər yarım saata yaxın yuxarıdan ətrafı
müşahidə etsələr də, heç nə tapmadılar. Beş saat sonra
Xuan Almeydanın faks aparatına 58 quldurun və 22 polisin
ölümü ilə nəticələnən əməliyyat və Sergeyin səsboğucusu
olan snayperlə öldürülməsi haqqında Moskvadan rəsmi
məlumat daxil oldu.
159
Bakı. Azərbaycan
Akif ayaqqabılarına maz sürtə-sürtə səsini qaldırdı:
-Adilə. Harada qaldın? Tez ol da, gecikirik axı. Bir sa-
atdır hazırlaşırsan.
-Hirslənmə ata. Bir yerə gedərkən ləngimək qadınların
bir nömrəli adətidir. – Dəhlizdə atasına tamaşa edən Asif
dilləndi.
-Bir az da belə davam etsə, bir yerə gedərkən qadınları
yarıyolda qoyub getmək kişilərin bir nömrəli adəti olacaq.
-Gəldim, gəldim. – Yan otaqdan Adilənin səsi eşidildi.
Akif: -Tez gəl. Səni həyətdə gözləyirəm. – deyib getdi.
Adilə tələsik ayaqqabılarını geyinərək, Akifin dalınca
çıxdı. Valideynləri gedəndən sonra Asif telefonu götürüb
qonşuqda yaşayan həmyaşıdına zəng vurdu:
-Salam Qulam. Necəsən?
-Sağ ol Asif. Sən necəsən?
-Çox sağ ol, yaxşıyam. Eşit gör nə deyirəm.
-Buyur.
-Valideynlərim Sumqayıta – ad gününə gediblər. Evdə
tək darıxıram. Vaxtın varsa, dur gəl bizə, kola içə-içə şah-
mat oynayaq.
-Asif üzürlü hesab elə, bu gün gələ bilməyəcəyəm. Ev-
də televizor xarab olub. Aparıram onu düzəltdirəm.
-Eybi yox Qulam, qalsın sonraya. Hələlik.
-Hələlik.
Asif telefonun dəstəyini yerə qoyub televizoru yandır-
dı. Kanalları bir xeyli o tərəf, bu tərəfə çevirib: Bu qədər
kanalda baxmalı bir şey yoxdur! – deyə, öz -özünə mızıl-
dandı. Televizoru söndürüb jurnal masasının üstündən
krassvordu götürərək yazmağa başladı. Bir saata yaxın
yazdıqdan sonra bu işdən də bezib öz otağına getdi. Kom-
Dostları ilə paylaş: |