160
püteri yandırıb sosial şəbəkələrə baxdı. Çat dostlarının heç
birinin xəttdə olmadığını görüb, saytlardan birində filmə
baxmağa başladı. Film bitdikdən sonra, bir az da musiqiyə
qulaq asmaq istəsə də, acdığını hiss edib mətbəxə keçdi.
Anası həmişə bir yerə gedərkən, Asif üçün yemək hazırla-
yar, boşqaba çəkib stolun üstünə qoyurdu. Hətta yanında
salat, çəngəl, duz, doğranmış və selofana bükülmüş çörək
və bir stəkan meyvə şirəsi də qoyurdu ki, Asif acanda ra-
hatca qarnını doyura bilsin.
Bu gün Adilə oğlu üçün kotlet bişirmişdi. Asif: “Dad-
lı kotletləri yeyib, üstündən də çatda uşaqlarla yazışmaq
əsl əyləncə olar” deyə düşünərək, masaya tərəf gedəndə
qəflətən yerində dayandı. Anası kotletləri bişirsə də, evdən
tələsik çıxdığından onları stolun üstünə qoymaq yadın-
dan çıxmışdi. Asif tavanı qazın üstündən götürüb stolun
üstünə qoymaq istəyəndə əlindən saldı və içindəki kotletlər
döşəməyə səpələndi. O, kotletləri yerdən yığa bilməyəciyini
bilib başqa şeylə qarnını doyurmaq istədi. Lakin əlini nə
qədər uzatdısa, çörək şkafın divar tərəfində olduğu üçün
əli çatmadı. Soyuducu masayla qazın arxa tərəfində oldu-
ğu üçün Asif nə qədər çalışsa da, arabanı onların arasından
keçirdib soyuducuya yaxınlaşa bilmədi. Fincanlar şkafın
yuxarı gözündə olduğu üçün su da içə bilməyəcəkdi.
Saata baxdı. Valideynlərinin gəlməsinə hələ təqribən
3–4 saat vardı və Asif bu müddətdə ac-susuz oturaraq on-
ların gəlməsini gözləməliydi. Göz yaşları içərisində üzünü
göyə tutub dedi:
-Ey Allahım, niyə məni bu qədər əzab içində qoyursan?
Əgər bu sınaqdırsa, niyə məni belə ağır imtahana çəkirsən?
Deyirlər, sən heç kimə çəkə bilməyəcəyindən artıq yük
vermirsən. Bəs mənim yüküm niyə belə ağırdır? Artıq bun-
lara dözməyə gücüm qalmayıb. Həyatımın hər anında qar-
161
şılaşdığım çətinliklərə dözə bilmirəm. Məni ömrüm boyu
qarabaqara izləyən məhdudiyyətlərə tab gətirə bilmirəm.
Kömək ol mənə, Allahım. Yalvarıram sənə, kömək ol!
O, əllərilə oturduğu arabasının tutacaqlarını sıxaraq,
hönkür-hönkür ağlamağa başladı.
Hadisədən 4 ay əvvəl
Toledo. İspaniya
Samir çarpayıda oturub Əli barəsində fikirləşirdi.
“Görəsən indi nə edir? Yəqin pəncərənin qabağında da-
yanıb məni gözləyir. Öz-özünə fikirləşir ki, əmim niyə bu
vaxta qədər papuqaylarımı alıb gətirməyib. Axı o həmişə
verdiyi sözü yerinə yetirərdi. Ya da ki, kəsdirib nənə-
babasının böyrün ki, tez olun telefonu verin əmimlə da-
nışıram. Onlar da min bir bəhanəylə onu sakitləşdirirlər. –
Bir qədər sükuta dalaraq, yenidən öz–özünə: - Görəsən, bu
vicdansızlar mənim ucbatımdan ona bir zərər verməzlər
ki? Bunlardan nə desən gözləmək olar. Amma yox. On-
lar Əlini istifadə etmək istəsəydilər, məni bununla şantaj
edərdilər. Yəqin polislər onu mühafizə edirlər”.
Ağlına gələn sonuncu fikirdən sonra bir az rahatladı.
Gözünü yumub mürgüləmək istəyirdi ki, addım səsləri eşi-
dərək qalxıb oturdu. Əli silahlı iki nəfər son iki gündə oldu-
ğu kimi adətləri üzrə yerlərini tutub silahlarını hektora tuş-
ladıqdan sonra Daniel əlində stul və bağlamayla içəri girdi.
-Yemək bir azdan olacaq. İndi isə təmizlik vaxtıdır.
Con tapşırıb ki, sənin qeydinə qalım. Əgər gələndə görsə
ki, üzün tüklüdür, məni Markezin itlərinə yedizdirər.
-Markez kimdir?
162
-Cona deyərsən tanış edər. İndi isə sakit dur üzünə kö-
pük vurum.
Daniel Samirin üzünə köpük vurub ülgücü əlinə
götürəndə Samir soruşdu:
-Doğrudan belə həyat xoşuna gəlir?
-Necə həyat?
-Kiminsə nəzarətində yaşamaq. Sənin öz fikirlərin
yoxdur, istədiyin heç bir işi sərbəst görə bilmirsən, həmişə
kiminsə əmrlərinə qulaq asıb qul kimi itaət edirsən. Con
səni öz əmlakı hesab edir. Sənə istədiyi işi gördürür.
İstəməzsən ki, sənin də öz şəxsi həyatın olsun? Səhər işə,
axşam evə tələsəsən? İstədiyin vaxt restorana gedəsən?
İstədiyin vaxt oturub futbola baxasan? Ən əsası isə biləsən
ki, gördüyün bütün işləri öz istəyinlə, öz iradənlə görürsən.
Başqasının əmriylə yox!
Daniel Samirin üzünü qırxa-qırxa dedi:
-Biz doğulandan ölənə kimi kiminsə dediklərini edi-
rik. Bir Conla nə olacaq ki? Həyata öz istəyimizlə yox,
valideynlərimizin istəyi ilə gəlirik. İstədikləri vaxt abort
etdirirlər, istədikləri vaxt dünyaya gətirirlər. Yeddi yaşı-
na qədər valideynlərimiz bizi idarə edir, növbəti on ildə
isə məktəb. Biz müəllimlərin tapşırığına mütləq əməl
etməliyik, yoxsa aşağı qiymət alarıq. İstədiyimiz vaxt gedib
həmyaşıdlarımızla sərbəst şəkildə doyunca oynaya bilirik?
Yox. Mütləq kimlərinsə qarşımıza qoyduqları planı yerinə
yetirib hansısa kitabları oxumalıyıq. Sonra məktəbdən daha
betər olan universtitet gəlir. Yox, mütləq universtitetdə
oxumalıyıq ki, bizi işə götürsünlər. Bəs gənclik harada qal-
dı? Ömrün dörd gözəl ili hansısa müəllimlərin verdiyi tap-
şırıqlara əməl etməklə keçir. Sonra ortaya əsgərlik problemi
çıxır. Mütləq xidmət etməlisən. Çünki qanun belə istəyir.
Sənin fikrini heç soruşan da yoxdur. Əsgərliyə getmək
163
istəyirsən ya yox, bu heç kimi maraqlandırmır. Sonra hansı-
sa şirkətdə işə düzəlirsən. İşə istədiyin vaxt gedib-gəlirsən?
Yox. Kimlərinsə qoyduğu qrafikə əməl etməlisən. Gördü-
yün işin haqqını kimlərsə öz istədikləri məbləğdə ödəyirlər.
Bu məbləğ sənin gördüyün işdən qat-qat aşağı olsa da, kimə
nə? Onlar belə istəyirlər, sən kimsən ki. Hələ evlilik barədə
danışmıram. Başdan axıra kimi əsarətdir. Birdən hansısa
qadına yaxınlaşmaq istədin, əlbəttə ki, olmaz. Çünki həyat
yoldaşın bunu istəmir. Kimdir sənin istəyini nəzərə alan?
Və daha nələr, nələr. O ki, qaldı ölməyə, intihar edənləri
çıxmaq şərtilə, inanmıram kimsə öz istəyi ilə ölsün. Elə mən
də buna görə dünyadakı bütün bu əsarətlərdən qaçıb Cona
sığınmışam. Qoy nə əmr edir etsin. Bir Conla nə olacaq?
Samir Danielin əlindən tutub dedi:
-Dayan, sonra qırxarsan. Otur və mənə diqqətlə qulaq
as. Əvvəla sənin dediklərinə qısa olaraq cavab verim. Son-
ra isə sənə əsl həyatın nə demək olduğunu başa salacağam.
Daniel stulda oturaraq dedi:
-Buyur, eşidirəm. Artıq işimi qurtarmışam.
-Həyata gəlməklə ölüm haqqında sonda danışacağam.
Ona görə də, yeddi yaşa qədər olan dövrdən başlayaq. Han-
sı ki, valideynlərimizə ən çox eytiyacımız olduğu dövrdür.
Hansı ki, bu dövrdə valideynlərin səni qorumasalar, ya elekt-
rik naqilini qurdalayacaqsan, ya da hovuza düşüb boğula-
caqsan. Bu yaşda olan uşaqların mismarı, yaxud başqa bir
metal əşyanı elektrikə salaraq cərəyan vurması nəticəsində
öldüyünü yəqin ki, dəfələrlə eşitmisən. Və bilməlisən ki,
üç–beş yaşlı uşaqları bir həftə evdə tənha qoysaq, onlardan
çox az hissəsi salamat qalar. Onlar aclıqdan, susuzluqdan
və müxtəlif qəzalardan tələf olarlar. Mən hələ körpələrdən
danışmıram. Yəni ki, yeddi yaşa qədər olan güclü valideyn
nəzarəti bizim sərbəstliyimizi əlimizdən almır, əksinə, bi-
Dostları ilə paylaş: |