S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə40/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   36   37   38   39   40   41   42   43   ...   78

160
püteri yandırıb sosial şəbəkələrə baxdı. Çat dostlarının heç 
birinin xəttdə olmadığını görüb, saytlardan birində filmə 
baxmağa başladı. Film bitdikdən sonra, bir az da musiqiyə 
qulaq asmaq istəsə də, acdığını hiss edib mətbəxə keçdi. 
Anası həmişə bir yerə gedərkən, Asif üçün yemək hazırla-
yar, boşqaba çəkib stolun üstünə qoyurdu. Hətta yanında 
salat, çəngəl, duz, doğranmış və selofana bükülmüş çörək 
və bir stəkan meyvə şirəsi də qoyurdu ki, Asif acanda ra-
hatca qarnını doyura bilsin. 
Bu gün Adilə oğlu üçün kotlet bişirmişdi. Asif: “Dad-
lı  kotletləri  yeyib,  üstündən  də  çatda  uşaqlarla  yazışmaq 
əsl  əyləncə  olar”  deyə  düşünərək,  masaya  tərəf  gedəndə 
qəflətən yerində dayandı. Anası kotletləri bişirsə də, evdən 
tələsik  çıxdığından  onları  stolun  üstünə  qoymaq  yadın-
dan  çıxmışdi. Asif  tavanı  qazın  üstündən  götürüb  stolun 
üstünə qoymaq istəyəndə əlindən saldı və içindəki kotletlər 
döşəməyə səpələndi. O, kotletləri yerdən yığa bilməyəciyini 
bilib  başqa  şeylə  qarnını  doyurmaq  istədi.  Lakin  əlini  nə 
qədər uzatdısa, çörək şkafın divar tərəfində olduğu üçün 
əli çatmadı. Soyuducu masayla qazın arxa tərəfində oldu-
ğu üçün Asif nə qədər çalışsa da, arabanı onların arasından 
keçirdib  soyuducuya  yaxınlaşa  bilmədi.  Fincanlar  şkafın 
yuxarı gözündə olduğu üçün su da içə bilməyəcəkdi. 
Saata  baxdı.  Valideynlərinin  gəlməsinə  hələ  təqribən 
3–4 saat vardı və Asif bu müddətdə ac-susuz oturaraq on-
ların gəlməsini gözləməliydi. Göz yaşları içərisində üzünü 
göyə tutub dedi: 
-Ey Allahım, niyə məni bu qədər əzab içində qoyursan? 
Əgər bu sınaqdırsa, niyə məni belə ağır imtahana çəkirsən? 
Deyirlər,  sən  heç  kimə  çəkə  bilməyəcəyindən  artıq  yük 
vermirsən. Bəs mənim yüküm niyə belə ağırdır? Artıq bun-
lara dözməyə gücüm qalmayıb. Həyatımın hər anında qar-


161
şılaşdığım çətinliklərə dözə bilmirəm. Məni ömrüm boyu 
qarabaqara izləyən məhdudiyyətlərə tab gətirə bilmirəm. 
Kömək ol mənə, Allahım. Yalvarıram sənə, kömək ol!
O,  əllərilə  oturduğu  arabasının  tutacaqlarını  sıxaraq, 
hönkür-hönkür ağlamağa başladı.
Hadisədən 4 ay əvvəl
Toledo. İspaniya
Samir  çarpayıda  oturub  Əli  barəsində  fikirləşirdi. 
“Görəsən  indi  nə  edir?  Yəqin  pəncərənin  qabağında  da-
yanıb məni gözləyir. Öz-özünə fikirləşir ki, əmim niyə bu 
vaxta qədər papuqaylarımı alıb gətirməyib. Axı o həmişə 
verdiyi  sözü  yerinə  yetirərdi.  Ya  da  ki,  kəsdirib  nənə-
babasının  böyrün  ki,  tez  olun  telefonu  verin  əmimlə  da-
nışıram. Onlar da min bir bəhanəylə onu sakitləşdirirlər. – 
Bir qədər sükuta dalaraq, yenidən öz–özünə: - Görəsən, bu 
vicdansızlar  mənim  ucbatımdan  ona  bir  zərər  verməzlər 
ki?  Bunlardan  nə  desən  gözləmək  olar. Amma  yox.  On-
lar Əlini istifadə etmək istəsəydilər, məni bununla şantaj 
edərdilər. Yəqin polislər onu mühafizə edirlər”.
Ağlına gələn sonuncu fikirdən sonra bir az rahatladı. 
Gözünü yumub mürgüləmək istəyirdi ki, addım səsləri eşi-
dərək qalxıb oturdu. Əli silahlı iki nəfər son iki gündə oldu-
ğu kimi adətləri üzrə yerlərini tutub silahlarını hektora tuş-
ladıqdan sonra Daniel əlində stul və bağlamayla içəri girdi.
-Yemək  bir  azdan  olacaq.  İndi  isə  təmizlik  vaxtıdır. 
Con tapşırıb ki, sənin qeydinə qalım. Əgər gələndə görsə 
ki, üzün tüklüdür, məni Markezin itlərinə yedizdirər.
-Markez kimdir?


162
-Cona deyərsən tanış edər. İndi isə sakit dur üzünə kö-
pük vurum.
Daniel  Samirin  üzünə  köpük  vurub  ülgücü  əlinə 
götürəndə Samir soruşdu:
-Doğrudan belə həyat xoşuna gəlir?
-Necə həyat?
-Kiminsə  nəzarətində  yaşamaq.  Sənin  öz  fikirlərin 
yoxdur, istədiyin heç bir işi sərbəst görə bilmirsən, həmişə 
kiminsə əmrlərinə qulaq asıb qul kimi itaət edirsən. Con 
səni  öz  əmlakı  hesab  edir.  Sənə  istədiyi  işi  gördürür. 
İstəməzsən ki, sənin də öz şəxsi həyatın olsun? Səhər işə, 
axşam  evə  tələsəsən?  İstədiyin  vaxt  restorana  gedəsən? 
İstədiyin vaxt oturub futbola baxasan? Ən əsası isə biləsən 
ki, gördüyün bütün işləri öz istəyinlə, öz iradənlə görürsən. 
Başqasının əmriylə yox!
Daniel Samirin üzünü qırxa-qırxa dedi:
-Biz  doğulandan  ölənə  kimi  kiminsə  dediklərini  edi-
rik.  Bir  Conla  nə  olacaq  ki?  Həyata  öz  istəyimizlə  yox, 
valideynlərimizin  istəyi  ilə  gəlirik.  İstədikləri  vaxt  abort 
etdirirlər,  istədikləri  vaxt  dünyaya  gətirirlər.  Yeddi  yaşı-
na  qədər  valideynlərimiz  bizi  idarə  edir,  növbəti  on  ildə 
isə  məktəb.  Biz  müəllimlərin  tapşırığına  mütləq  əməl 
etməliyik, yoxsa aşağı qiymət alarıq. İstədiyimiz vaxt gedib 
həmyaşıdlarımızla sərbəst şəkildə doyunca oynaya bilirik? 
Yox. Mütləq kimlərinsə qarşımıza qoyduqları planı yerinə 
yetirib hansısa kitabları oxumalıyıq. Sonra məktəbdən daha 
betər  olan  universtitet  gəlir.  Yox,  mütləq  universtitetdə 
oxumalıyıq ki, bizi işə götürsünlər. Bəs gənclik harada qal-
dı? Ömrün dörd gözəl ili hansısa müəllimlərin verdiyi tap-
şırıqlara əməl etməklə keçir. Sonra ortaya əsgərlik problemi 
çıxır. Mütləq xidmət etməlisən. Çünki qanun belə istəyir. 
Sənin  fikrini  heç  soruşan  da  yoxdur.  Əsgərliyə  getmək 


163
istəyirsən ya yox, bu heç kimi maraqlandırmır. Sonra hansı-
sa şirkətdə işə düzəlirsən. İşə istədiyin vaxt gedib-gəlirsən? 
Yox. Kimlərinsə qoyduğu qrafikə əməl etməlisən. Gördü-
yün işin haqqını kimlərsə öz istədikləri məbləğdə ödəyirlər. 
Bu məbləğ sənin gördüyün işdən qat-qat aşağı olsa da, kimə 
nə? Onlar belə istəyirlər, sən kimsən ki. Hələ evlilik barədə 
danışmıram.  Başdan  axıra  kimi  əsarətdir.  Birdən  hansısa 
qadına yaxınlaşmaq istədin, əlbəttə ki, olmaz. Çünki həyat 
yoldaşın bunu istəmir. Kimdir sənin istəyini nəzərə alan? 
Və daha nələr, nələr. O ki, qaldı ölməyə, intihar edənləri 
çıxmaq şərtilə, inanmıram kimsə öz istəyi ilə ölsün. Elə mən 
də buna görə dünyadakı bütün bu əsarətlərdən qaçıb Cona 
sığınmışam. Qoy nə əmr edir etsin. Bir Conla nə olacaq?
Samir Danielin əlindən tutub dedi:
-Dayan, sonra qırxarsan. Otur və mənə diqqətlə qulaq 
as. Əvvəla sənin dediklərinə qısa olaraq cavab verim. Son-
ra isə sənə əsl həyatın nə demək olduğunu başa salacağam.
Daniel stulda oturaraq dedi:
-Buyur, eşidirəm. Artıq işimi qurtarmışam.
-Həyata gəlməklə ölüm haqqında sonda danışacağam. 
Ona görə də, yeddi yaşa qədər olan dövrdən başlayaq. Han-
sı ki, valideynlərimizə ən çox eytiyacımız olduğu dövrdür. 
Hansı ki, bu dövrdə valideynlərin səni qorumasalar, ya elekt-
rik naqilini qurdalayacaqsan, ya da hovuza düşüb boğula-
caqsan. Bu yaşda olan uşaqların mismarı, yaxud başqa bir 
metal əşyanı elektrikə salaraq cərəyan vurması nəticəsində 
öldüyünü  yəqin  ki,  dəfələrlə  eşitmisən.  Və  bilməlisən  ki, 
üç–beş yaşlı uşaqları bir həftə evdə tənha qoysaq, onlardan 
çox az hissəsi salamat qalar. Onlar aclıqdan, susuzluqdan 
və müxtəlif qəzalardan tələf olarlar. Mən hələ körpələrdən 
danışmıram. Yəni ki, yeddi yaşa qədər olan güclü valideyn 
nəzarəti bizim sərbəstliyimizi əlimizdən almır, əksinə, bi-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə