S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə43/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   39   40   41   42   43   44   45   46   ...   78

172
dayam.  İndi  nə  edim?  Yəqin  polislər  məni  axtarır.  Hələ 
bir  müddət  meşədən  çıxmaq  olmaz.  Bəlkə  səfirliyə  ge-
dim?  Hə,  mütləq  səfirliyə  getmək  lazımdır.  Orada  mənə 
kömək  edərlər.  Əla! Axır  ki,  çıxış  yolun  tapdım.  Dayan, 
Pedro, özünü aldatma. Səfirliyə getmək heç cür mümkün 
deyil. Pulun yoxdur, yerli dili bilmirsən, üstəlik, polislər 
səni  həbs  etmək  üçün  fürsət  axtarırlar.  Uff.  Məni  bura-
dan yalnız möcüzə xilas edə bilər! Yalnız möcüzə, göydən 
düşən  bir  adam.  –  Acı-acı  gülümsündü:  -  Eh,  Qustavo, 
sən nə etdin? İndi oturmuşdum evdə, Lusiyayla Xosenin 
mübahisəsinə  qulaq  asırdım.  Hər  dəfə  də  birinci  Lusiya 
başlayırdı. Görəsən, indi Mariya nə edir? Yəqin, uşaqların 
sözləşməsinə  baxıb  gülür.  Yüz  faiz  təkləyiblər  Lusiyanı. 
Yox. İndi oturub məndən məktub gözləyirlər. Yəqin, indi 
çox  narahatdırlar.  Əsas  da  Mariya.  Eşitdiyi  hər  addım 
səsinə görə pəncərədən boylanır. Bilirəm ki, boğazınızdan 
düz-əməlli yemək də getmir. Hər gün kədər içində oturub 
məndən  xəbər  gözləyirsiniz.  Bağışla  məni,  Mariya.  Sən 
buna layiq deyildin. Bağışlayın məni, uşaqlar”.
Pedro qutuda qalan son siqaretini yandırıb furqondan 
çıxdı.
Hadisədən 2 gün əvvəl
Toledo. İspaniya
Çarpayıda  uzanaraq  qəzet  oxuyan  Samir  yaxınlaşan 
addım  səslərini  eşidib  dikəldi.  Danielin  gətirdiyi  şam 
yeməyini  yarım  saat  bundan  qabaq  yediyindən  onun 
gəlməyəcəyini bilirdi. Ona görə də, qapı açılan kimi ma-
raqla boylanaraq gələnin kimliyini öyrənməyə çalışdı. İçəri 
girən Con Samirlə zarafatlaşmağa başladı:


173
-Salam Samir. Yəqin məndən ötrü darıxmısan?
-Əlbəttə. Qəzetlərdən təsəlli alırdım. Nə qədər istədim 
qayçı  vermədilər.  Sənin  haqqında  olan  məqalələri  kəsib 
divara yapışdırmaq istəyirdim. Bəs sən? Sən məndən ötrü 
darıxanda nə edirdin? 
-Xəbərlər sağ olsun. Teleulduz olmusan, xəbərin yox-
dur.
-Darıxma, bütün telekanallar zibillikdə üzünün dərisi 
soyulmuş  və  bədəni  yandırılmış  kişi  meyidinin  tapıldığı 
haqqında danışanda, sən də teleulduz olacaqsan.
Con Samiri yamsılayaraq: - Dayan görüm, qorxuzma 
məni. Ondansa sadə bir sualıma cavab ver.
-Yəqin mənasız demək istədin?
-Yox. Sadə. Heç ömründə ölüb dirilmisən?
-Mən haqlıydım.
-O qədər də yox. Sən sabah öləcəksən, bir gündən son-
ra isə diriləcəksən.
-Mənə İspaniyanı göstərəcəksiniz, yoxsa dünyanı?
Con ağır-ağır gülərək: 
-Düşündüyümdən  də  ağıllısan  Samir.  Səni  Madrid-
dən  Toledoya  qədər  gəzdirmişəm.  İndi  istəyirəm,  dünya 
səyahətinə çıxaq. Eşitmişəm, siz azərilər türkləri özünüzə 
qardaş sayırsınız? Ümid edirəm, Türkiyəni gəzmək sənə 
maraqlı olacaq.
-Dönər də alacaqsan?
-Türk dönəri. Yemişəm, ləzzətlidir. Alacağam. Dönər 
də  alacağam,  ayran  da.  Hələ  istəsən,  sənin  üçün  zeytun 
yağlı  dolma  da  bişirtdirəcəyəm.  Yeni  doğulan  insanın 
qeydinə qalmaq lazımdır.
-Yeni doğulan, yoxsa yenidən doğulan?
-Necə istəyirsən, fikirləş. Amma sənin üçün elə bir tabut 
düzəltdirmişəm ki, baxanın ölməyi gəlir. İçi yumşaq maçal-


174
ka ilə əhatə olunub. Orada rahatca uzanacaqsan özünçün. 
Kənarlardan da ki, içəriyə hava keçməsi üçün bir neçə yerdən 
xüsusi yarıqlar qoyulub. İçindən çıxmaq istəməyəcəksən.
Con getmək istəyəndə Samir soruşdu: 
-Ölümqabağı kiçik bir sualıma cavab verərsən?
-Məntiqi sualdı?
-Ona  oxşar  bir  şeydir.  Murad  bu  yaşda  belə  bir 
beynəlxalq qrupa necə rəhbərlik etmək imkanı tapıb?
Con qapıdan çıxa-çıxa dedi:
-O varisdir əzizim. Varis!
Hadisədən 1 gün əvvəl
Karabük. Türkiyə
Pedro artıq iki saat idi ki, kolun dalında gizlənib yuva-
dakı dovşanın çölə çıxmasını gözləyirdi. Nəhayət, dovşan 
başını yuvadan çıxarıb qulaqlarını şəkləyərək ətrafı yoxla-
mağa başladı. Deyəsən, onu gözləyən təhlükəni hiss etmiş-
di deyə, yuvadan çıxmağa cəsarət etmirdi. Başını bir neçə 
dəfə çölə çıxarıb – saldıqdan sonra cəsarətlənib yuvadan 
çıxdı.  Pedronun  yuvanın  kənarına  qoyduğu  yerkökünü 
yeməyə başladı. Bu vaxt Pedronun açtığı atəşdən kənara 
sıçrayaraq  düşdüyü  yerdə  qaldı.  Pedro  dovşanı  götürüb 
maşına tərəf getdi. 
Artıq neçə gün idi ki, ərzağı qurtarmışdı. Qarnını dov-
şan  və  quş  ovlamaqla  doyuzdururdu.  Dovşanın  dərisini 
soya–soya:  “Artıq  bəsdir”  deyə  düşündü.  Əgər  məni  tut-
maq istəsəydilər, indiyə qədər mütləq tutardılar. Yəqin ki, 
uşaqlar məni satmayıblar. Burada nə vaxta kimi qalacağam. 
Bəlkə də, indi evdəkilər əməlli-başlı narahat olublar. Bir də 
ki, lap həbs etsinlər, gördüyümüz işin nə cəzası olacaq ki? 


175
Dünən furqonda patron götürmək üçün paltarları bir 
kənara  yığanda  hansınınsa  cibindən  pulqabı  düşmüşdü. 
Pedro ilk əvvəl pulqabının ağzını açmaq istəməsə də, son-
radan “onsuz da burada heç kimə lazım deyil. Heç sahibi 
də bilinmir” deyə fikirləşərək içinə baxmışdı. Pulqabının 
içindən çıxan pul böyük məbləğ olmasa da, 125 dollar pay-
taxta getmək üçün bəs edirdi. 
Dovşanın dərisini bir kənara tullayıb, içalatını təmiz-
ləyə-təmizləyə  fikirləşirdi:  -Paytaxta  çatan  kimi  səfirliyə 
gedib deyərəm ki, pullarımla sənədlərimi oğrayıblar. Yox, 
belə  desəm,  mənə  kömək  etmələri  üçün  polisə  müraciət 
edəcəklər. Ən yaxşısı deyərəm, itirmişəm”. 
Dovşanın içalatını təmizləyib qurtardıqdan sonra ton-
qal qalamaq üçün odun yığmağa başladı.
Toledo. İspaniya
Qapının kilidi ağır–ağır açılıb yatmış Samiri yuxudan 
oyatdı.  O  gözlərini  ovuşdurub  gələnin  kimliyini  bilmək 
üçün qapıya baxdı. İçəri girən Con idi. 
-Gecə vaxtı nə olub? Yuxuda görmüsən məni?
Con  gəlib  onun  yanında  otururaraq  əlindəki  qəzeti 
Samirə uzatdı: 
-Al oxu. Məncə bu səni maraqlandırmalıdır. (Bir neçə 
saniyə ara verərək əlavə etdi). Dördüncü səhifədə.
Samir  Conun  dediyi  səhifəni  açıb  gözdən  keçirməyə 
başladı.  Şəhərdəki  binalardan  birində  qaz  sızması  nəti-
cəsində baş verən partlayış və yumurtadan çıxan üçayaqa-
lı toyuq cücəsi barədə yazılan məqalələri oxuyaraq heç nə 
anlamasa da, maşın qəzası nəticəsində həlak olan Türkiyə 
vətəndaşı haqqında xəbəri oxuduqdan sonra hər şeyi başa 
düşdü və ucadan oxumağa davam etdi:


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə