S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə44/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   40   41   42   43   44   45   46   47   ...   78

176
-Avtomobil  qəzası  nəticəsində  həlak  olan  Türkiyə 
vətəndaşı  Taruk  Yılmazın  cənazəsi  sabah  təyyarə  ilə 
vətənə aparılacaq. Afərin. Pis fikirləşməmisən. Amma bir 
şeyi yaddan çıxartmısan.
-Bilmək olar o nədir?
-Mənim bacarığımı düzgün qiymətləndirməmisən.
Con gülümsəyərək:
-Sən  özündən  çox  razısan  Samir.  Muradın  yaratdı-
ğı  xüsusi  həkim  heyəti  Türkiyədə  səni  gözləyir.  Onlar 
müxtəlif dərmanlar və aparatlarla sənin bütün bildiklərini 
beynindən çıxardıb Murada verəcəklər. Sən isə onlara heç 
bir müqavimət göstərmədən sakitcə dediklərini edə cəksən. 
Murad isə sənin fikirlərindən, düşüncələ rin dən və mərkəz 
haqqındakı planlarından istifadə edib «Ümid» mərkəzinə 
rəhbərlik  edəcək.  Budur  sənin  bacarığın?  Necə  öləcəyini 
bilmək istəyirsən?
-Bunu Allahdan başqa heç kəs bilə bilməz.
-Bəlkə  də  belədir.  Ancaq  fikirləşirəm  ki,  Muradın 
sənə  necə  ölüm  hazırladığını  bilməyə  haqqın  var.  O  səni 
öldürməyəcək. İçi yırtıcı heyvanlarla bol olan meşəyə ata-
raq şərait yaradacaq ki, özün öləsən. Bəli, məhz özün. Ya-
vaş-yavaş, əzabla, qorxu içində, vəziyyətin hər gün bir az 
daha da pisləşəcək. Acından öləcəksən. Acından ölməsən 
aldığın yaralardan, itirdiyin qandan öləcəksən. Ondan da 
ölməsən, vəhşi heyvanlara yem olacaqsan. O da olmasa baş-
qa şeydən öləcəksən. Amma mütləq öləcəksən. Kim oldu-
ğunu bilmədən, nə baş verdiyini anlamadan. Murad bütün 
düşmənlərini bu üsulla öldürür. Deyir kimisə öldürmək və 
öldürtmək günahdır. Güya ki, onları öz talelərinin ixtiyarı-
na buraxır. Hələ heç kim bu tələdən sağ çıxmayıb. Bir də ki, 
bilmək olmaz, bəlkə də səni yuxudan ayıltmadan öldürtdü.
-Niyə bunları mənə deyirsən?


177
-Bunları  bütün  qurbanlara  deyirəm.  Ölümün  bir  ad-
dımlığında çarəsiz vəziyyətə düşəcəklərini bilən adamların 
üzlərinə baxmaq xoşuma gəlir. Nə qədər gizlətməyə çalış-
salar  da,  daxildəki  narahatlıqları  qorxu  dolu  gözlərindən 
və titrəyən əllərindən hiss olunur. Bu da mənim hobbimdir.
-Bəs mənim Murad üçün nə hazırladığımı bilirsən?
-Yenə lovğalandın? Muradın qüdrətindən xəbərin yox-
dur, ona görə belə danışırsan. Murad sənin üçün iki sürp-
riz hazırlayıb. O sürprizləri görəndən sonra onun kim ol-
duğunu başa düşəcəksən.
-O nə sürprizlərdir elə?
-Desəm,  sürpriz  olmayacaq.  Tək  onu  deyə  bilərəm 
ki,  şəxsən  mən  heç  vaxt  belə  sürprizlərlə  qarşılaşmaq 
istəməzdim. – Cibindən içinə dərman doldurulmuş şpri-
si çı xardıb dedi: -İndi isə bacarıqlı oğlan, sakit dayan, bu 
iynəni qoluna vurum.
-O nə iynədir elə?
-Yuxu dərmanıdır. Çox güclü təsiri var. Ən az 20–24 
saat şirin-şirin yatacaqsan.
-Mən bacarığımdan danışanda, bilirsən nəyi nəzərdə 
tuturdum?
-Nəyi?
Samir:
-Bax  bunu!  –  deyərək,  Conun  sifətinə  bir  yumruq 
vur du.  Zərbə  nəticəsində  Conun  burnundan  qan  açıl-
dı.  Əlindəki  şpris  isə  yerə  düşdü.  Con  bunun  cavabında 
Samiri  vurmaq  istədikdə,  Samir  qolunu  onun  zərbəsinin 
qarşısına  verdi.  Onun  qolu  Conun  dirsəyinin  iç  tərəfinə 
dəydiyindən Con ağrıdan qışqırdı. Conun səsinə içəri girən 
iki nəfərə: – Bunu əzişdirin, amma öldürməyin. – deyə əmr 
etdi.  Adamlar  əllərindəki  silahı  dəhlizə  ataraq  Samirin 
üstünə cumdular. Samir bir neçə zərbədən yayınıb adam-


178
lardan birinin sinəsinə zərbə vura bilsə də, Conun atdığı 
bıçaq qoluna batdı. Samir bıçağı çıxarıb silah kimi istifadə 
etmək  istədikdə,  onun  başının  qarışmasından  istifadə 
edən adamlardan biri Samirin sifətinə güclü bir yumruq 
vurdu. Zərbənin təsirindən özünü itirən Samir oturduğu 
çarpayıdan  yerə  yıxıldı.  İki  nəfər  onu  təpikləmək  üçün 
irəli  şığıdılar.  Hər  tərəfdən  bədəninə  çoxsaylı  zərbələr 
dəyməyə başladı. Zərbələrdən biri qabırğasını qırdı, digəri 
isə əlini zədələdi. Başını əlləri ilə qorumağa çalışsa da, ar-
tıq taqətdən düşmüşdü. Ağrıdan və vurulan zərbələrdən 
huşunu itirirdi və son gördüyü şey qarşıdan sürətlə üzünə 
dəyən təpik zərbəsiydi. 
Onun hərəkətsiz qaldığını görən Con burnunun qanını 
silə-silə əsəbi halda adamlarına Samiri yerdən qaldıraraq 
çarpayıya qoymalarını əmr etdi. Özü isə əyilərək çarpayı-
nın altına düşmüş iynəni götürüb Samirin qoluna vurdu. 
Sonra Danieli çağıraraq dedi:
-Bıçağı çıxardıb, yaranı sarıyarsan. Yolumuz uzundur, 
gərək tezliklə yola düşək.
-Yaxşı. İndi onu da hazırlayaram, özüm də hazırlaşaram.
-Sən burada qalacaqsan. Mənə burada lazımsan.
-Baş üstə.
Con gedəndən sonra Daniel tibb çantasını gətirib ehti-
yatla bıçağı Samirin qolundan çıxartmağa başladı.
Həmin gün
Kastamonu. Türkiyə
Axşam saat 8-də Kastamonudakı hava limanında Bu-
rakın adamları Samirin olduğu tabutu təyyarədən endirib 
helikopterə  qoyanda,  qoca  kişi  qiyafəsində  qrimlənmiş 


179
Con  bir  kənarda  dayanaraq  əlindəki  dəsmalla  yalandan 
gözlərinin yaşını silirdi. Bir az sonra işlərin bitdiyini görüb 
helikopterə yaxınlaşdı. İçəridəki ağ parçaya bükülüb tabu-
tun yanında qoyulmuş əşyanı görəndə təəccüblə Burakdan 
soruşdu:
-Bu nədir belə?
-Taruk Yılmaz. İspaniya qazetlərində adı çəkilən şəxs 
budur.  Murad  tapşırdı  ki,  tabutu  helikopterə  qoyandan 
sonra Samiri oradan çıxardıb yerinə bunu qoyaq.
-Bu iy bundan gəlir?
-Hə. Dünəndən öldürüb atmışam bura ki, bir problem 
olmasın.
-Mən bu iydə otura bilmərəm. Siz gedin, mən taksiylə 
gələcəyəm. Bir problem çıxsa, dərhal mənə xəbər ver.
-Oldu.
Con  aşağı  enəndən  sonra  Burak  helikopteri  işə  salıb 
havaya qalxdı. Helikopter gözdən itənə qədər onun arxa-
sınca baxan Con əvvəlcə taksilərə tərəf getsə də, sonradan 
bərk acdığını hiss edib istiqamətini dəyişdi və kafeyə tərəf 
üz tutdu. 
Toledo. İspaniya
Daniel  otaqda  oturub  gözünü  bir  nöqtəyə  zilləyərək 
dərin  fikrə  getmişdi:-Mən  gərək  mütləq  polisə  xəbər  ve-
rim. Bu belə davam edə bilməz. Bütün günü qorxu içində 
yaşayıram.  Polislərin  qorxusundan  çöldə  rahat  yaşaya 
bilmirəm,  Conun  qorxusundan  içəridə.  Con  yol  verdiyi 
ən xırda səhvə görə belə öz adamını öldürür. Əgər o həbs 
olunsa, Samir xilas olar. Mən də canımı bu cəhənnəmdən 
qurtararam.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə