S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə46/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   42   43   44   45   46   47   48   49   ...   78

184
ra  havanı  qaraldığılnı  görüb  “burada  ağaclar  sıxdır,  ton-
qal  qalamaq  olmaz.  Gərək  tala  tapım”  deyə  fikirləşərək, 
yola düşmək istəyəndə helikopterin səsini eşidib dayandı. 
Əvvəlcə səsin hansı tərəfdən gəldiyini ayırd edə bilməsə 
də,  sonradan  uzaqdan  helikopterin  meşənin  içində  aşağı 
endiyini və tezliklə də, yuxarı qalxaraq uzaqlaşdığını gör-
dü. Heç nə başa düşməsə də, “helikopter aşağı enə bilibsə, 
orada mütləq tala var” deyə, sevincək halda o tərəfə get-
məyə başladı. Talaya çatmağına az qalmışdı ki, güclü yağış 
onu haqladı. 
Pedro ağaca söykənib nə edəcəyini fikirləşməyə başladı. 
“Burada qalsam yağışdan daldalana biləcəyəm, ancaq vəhşi 
heyvanlardan qorunmaq çətin olacaq. Ən yaxşısı açıq talaya 
çıxmaqdır. Mən odun toplayıb tonqal yandırana qədər yağış 
da kəsəcək”. Pedro bu düşüncəylə qarşısına çıxan quru ağac 
budaqlarını toplaya-toplaya helikopterin enib-qalxdığı yerə 
doğru irəliləyirdi. Aşıq talaya çıxıb tonqal yandırmaq üçün 
münasib  yer  axtarmaq  məqsədiylə  ətrafa  göz  gəzdirəndə 
yerində donub qaldı və yığdığı quru ağac budaqları quca-
ğından yerə töküldü. Heyrətdən böyümüş gözlərini gördü-
yü mənzərədən çəkməyərək təəccüblə baxırdı. 
Həmin gün
Marid. İspaniya
Silva işlədiyi idarədən çıxıb evə gedirdi. Yol tıxac idi 
deyə, dayanmağa məcbur oldu. Başını pəncərədən çıxardıb 
yaxınlıqdakı polisdən qabaqda nə baş verdiyini soruşdu:
-Burada nə baş verib?
-Yol qəzası olub cənab. Qəza nəticəsində maşın aşaraq 
yolun ortasına düşüb. Onu yoldan götürməyə çalışırıq.


185
-Uzun çəkər?
-Xeyr cənab. Artıq evakuator buradadır. Bir-iki dəqi-
qəyə yolu açacağıq.
Silva  əyilərək  maqnitafonu  işə  salıb  başını  qaldır-
dıqda,  bir  nəfərin  onunla  üzbəüz  dayanaraq,  əlindəki 
səsboğucusu olan silahı onu tuşladığını gördü. 
-Sizə  nə  lazımdır?  –  deyə  soruşmuşdu  ki,  adam  heç 
nə de mədən Silvanın sinəsinə iki güllə vurub cəld oradan 
uzaqlaşdı. 
Silva özünə gələndə səkinin kənarında xərəkdə uzan-
dığını  gördü.  Ətrafında  polislərlə  təcili  yardımın  işçiləri 
dayanmışdı. Sinəsində bərk ağrı var idi, güclə nəfəs alırdı. 
Onu müayinə edən həkimlərdən biri Silvanın ayılaraq dur-
maq istədiyini görüb dedi:
-Sakit olun. Hələlik sizə tərpənmək olmaz.
Polislərdən biri ona yaxınlaşıb:
-Bəxtin gətirib dost. Əgər ehtiyatlı tərpənib qoruyucu 
jilet geyinməsəydin, indi anan parçalanmış ürəyi və dağıl-
mış ciyəri olan oğlunun meyidinin kənarında oturub özü 
üçün ağlayırdı.
Silva polisin sözlərinə gülümsünərək həkimdən soruş-
du:
-Ciddi bir zədə yoxdur ki?
-Xeyr  yoxdur.  Lakin  atəş  yaxın  məsafədən  açıldığın-
dan  bir  müddət  sinənizdə  ağrı  olacaq.  Nəfəsalma  isə 
çətinləşəcək. Biz sizi xəstəxanaya aparacağıq. Səhərə qədər 
yatıb dincəlsəniz, tam sağalaraq ayağa dura biləcəksiniz.
Silva  təcili  yardım  maşınında  hadisə  yerindən  uzaq-
laşanda polislərdən biri onun xahişi ilə maşınını yaxınlıq-
dakı avtodayanacağa apardı.
Yeddi–səkkiz  nəfər  üzü  maskalı  və  əli  silahlı  adam 
Abalos küçəsindəki 111-ci evin qarşısında dayanan maşın-


186
dan düşən kimi Lusiyanı öldürmək üçün iri addımlarla evə 
tərəf getdilər. Qapıya çatan kimi öndə gedən və gözündə 
eynək olan adam təpiklə qapını açdı və silahlılar Lusiyanın 
gizləndiyi evə girdilər. Otağa girən kimi ətrafa dağılışıb Lu-
siyanı axtarmağa başladılar. Kimi mətbəxə, kimi hamam-
tualetə, kimi də şkafa baxırdı. Nəhayət, hər tərəfi axtardıq-
dan sonra dəstə rəhbəri Lusiyanın burada olmadığını gö-
rüb Cona zəng vurdu:
-Qız burada yoxdur boss. Əşyalarını da götürüb qaçıb.
-Hər ehtimala qarşı orada gözətçi qoy, bəlkə qayıtdı. 
Özünüz isə Türkiyəyə gəlin. Burada mənə lazımsınız.
Başçı: 
-Oldu! – deyib, iki nəfərə bir az aralıda tikilmiş hündür 
binanın  damına  çıxıb  buraya  nəzarət  etmələrini  tapşırdı. 
Qalanları ilə birgə maşına minib oradan uzaqlaşdı.
Karabük. Türkiyə
Üzünə  dəyən  yağış  damcılarından  özünə  gələndə 
bədəninin ağrısını hiss edib sevindi.
-Yaşayıram! 
Bir  vaxtlar  yaşamaq  ondan  ötrü  yalnız  əziyyətli 
günlərinin  dərdini  çəkmək  üçün  bir  vasitə  idisə,  indi  ta-
mam  başqa  cür  idi.  Ona  görə  də,  başına  gələn  bu  qədər 
əzab-əziyyətə və qarşıda onu gözləyən bəlalara baxmaya-
raq sağ qaldığı üçün Allaha şükr etdi. Hər yeri ağrıyırdı. 
Əlini  ehmalca  sifətinə  toxundurdu.  Burnu  qırılmasa  da, 
üzü qan içindəydi. Alnı şişmişdi. Ona dəyən zərbələri xa-
tırladıqca bədəni daha çox ağrayırdı. 
Son  yadında  qalan  başına  dəyən  zərbəydi.  Çevrilib 
qoluna baxdı. Yarası sarınsa da ağrıyırdı. Qalxıb oturmaq 


187
istədi, bacarmadı. Zədələnən qabırğasından qopan dəhşətli 
agrının təsirindən ufuldayıb, əlini qeyri-ixtiyari sağ böyrünə 
qoydu və uzandığı yerdən ətrafa göz gəzdirməyə başladı. 
Qaranlıqda  yaxşı  görə  bilməsə  də,  dəhşətli  bir  yerdə  ol-
duğunu  anladı.  Hər  tərəfi  ağaclarla  əhatəli  bir  yerdə  idi. 
Ətrafda tək-tük kəsilmiş ağac gözə dəyirdi. 
-Aydındır!  –  öz-özünə  düşündü.  Sağ  qalmaq  üçün 
təbiətlə  mübarizə  aparmalıydı.  Bunun  nə  qədər  davam 
edəcəyini, başına nələrin gələcəyini bilməsə də, mübarizə 
aparmalıydı. Çünki buna məcbur idi. Verdiyi sözü yerinə 
yetirmək üçün yarımçıq qalan işini tamamlamalı idi. 
Yağış getdikcə şiddətini artırırdı. Ac, yaralı və taqətsiz 
olmasına  baxmayaraq,  sağ  böyrü  tərəfdən  çevrilib  üzü 
üstə  uzanaraq  yağışdan  daldalanmaq  üçün  bir  yer  tap-
maq ümidiylə kolların arasıyla ağaclara tərəf sürünməyə 
başladı. Bir az getdikdən sonra taqətdən düşüb dayanaraq 
başını  qolunun  üstünə  qoydu  və  hərəkətsiz  qaldı. Artıq 
qabırğasının ağrısı dözülməz olmuşdu. Bir müddət belə 
qaldıqdan  sonra  səs  eşidib  başını  qaldırdı  və  qarşısında 
qaranlıqda  işıldayan  gözləri  görəndə  canından  üşütmə 
keçdi. 
Soyuq  külək  və  yağışın  təsirindən  onsuz  da  sümük-
lərinə qədər üşüyürdü və indi belə üşüyə-üşüyə bu üşüt-
məni  necə  hiss  etdiyinə  özü  də  təəccübləndi.  Parıldayan 
işıqları saymağa başladı. Altı dənə idi. Deməli, üç canavar-
la qarşı-qarşıyaydı. 
-Bu  da  axırı!  –  deyə  pıçıldadığı  vaxt  canavarlar  onu 
parçalamaq  üçün  hücuma  keçdilər.  Aralarındakı  məsafə 
get-gedə qısalırdı. Beş metr, dörd metr, üç metr, iki metr, 
bir metr və...


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə