S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə48/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   44   45   46   47   48   49   50   51   ...   78

192
pıb duz ataraq qarışdırdı və qayğanaq hazır olan kimi qaba 
qoydu. Qayğanaqla dolu qabı sinidə çörəklə albalı şirəsinin 
yanına qoydu. Sinini götürərək otağa keçdi. Gətirdiklərini 
stolun üstünə qoyub geri qayıtmaq istəyəndə gözü televi-
zorda  xəbərlərdə  verilən  yanğın  hadisəsinə  sataşdı.  “Bu 
ki, Əlinin yaşadığı evdir” deyə, öz-özünə fikirləşdiyi vaxt 
dəhlizdən gələn addım səslərini eşidib cəld televizoru sön-
dürdü. Əli otağa girib dedi:
-Rəna bibi əl-üzümü yudum, amma dəsmalı tapa bil-
mə dim.
Rəna xəbərin təsirindən özünü itirdiyindən dili topuq 
vurdu:
-Nə? Dəsmal? Hə... Sən otur, mən indi gətirirəm.
Rəna  bunu  deyib  telefonu  götürərək  hamama  tərəf 
getdi. Hamama girən kimi üzünə su vurub bir az özünə 
gələndən sonra rəfiqəsinə zəng vurdu.
-Alo, Arzu. Olar bu gün həkimə getməyib birbaşa bizə 
gələsən?
-Nə olub ay qız? Səsin titrəyir.
-Dünən axşam Əlinin yaşadığı ev yanıb.
-Sən nə danışırsan?
-Hə. Aparıcı dedi ki, polislərdən alınan ilkin məlumata 
görə  evi  yandırıblar.  Ürəyimə  damıb  ki,  Əlinin  həyatı 
təhlükədədir. Tez gəl bizə oturub ətraflı danışaq.
-Oldu. Yarım saata sizdəyəm.
Rəna  telefonla  danışıb  qurtardıqdan  sonra  hamamın 
qapısından asılmış xələtin altından dəsmalı götürüb otağa 
qayıtdı.  Yarım  saatdan  sonra  onlara  gələn Arzu  Rənanın 
qorxudan ağarmış üzünə baxıb dedi:
-Bu nədir Rəna? Sən nə vəziyyətə düşmüsən?
-Çox qorxuram Arzu. Əvvəl istədim polisə xəbər ve-
rim, sonra fikirləşdim ki, səninlə məsləhətləşim.


193
-Yaxşı etmisən. Bu vəziyyətdə düzgün qərar verə bil-
məz din. Əli haradadır?
-Oturub divanda cizgi filminə baxır.
-Qoy baxsın. Biz keçək o biri otağa.
Rəna Arzuyla birgə yataq otağına keçib çarpayıda otu-
randan sonra Arzu dedi:
Hə, əzizim, indi başdan danış görüm nə olub.
-Srağagün Aybəniz xala, Əlinin nənəsi mənə zəng vur-
du ki, bəs yıxılmışam ayağım burxulub. İmkan varsa, Əli 
iki-üç gün sənin yanında qalsın. Mən də məzuniyyətdə ol-
duğum üçün dünən səhər gedib Əlini babasıgildən götür-
düm ki, Samirdən də bir xəbər yoxdur, yazıq uşaq aralıqda 
qalmasın. Bu gün səhər Əli dedi ki, bəs Rəna bibi televi-
zoru qoş da, indi cizgi filmi başlayacaq. Mən də televizo-
ru yandırdım, gördüm xəbərlər gedir. Dedim ki, xəbərlər 
proqramı  hələ  qurtarmayıb.  Cizgi  filmi  başlayana  qədər 
sən get əl-üzünü yu, sonra gəl səhər yeməyini yeyə-yeyə 
rahatca bax. Əli otaqdan təzəcə çıxmışdı ki, gördüm yan-
ğın haqqında danışırlar. Evi görən kimi tanıdım.
-Bəlkə səhv edirsən?
-Yox. Küçə də tanış gəlirdi. Bir də ki, bayaqdan zəng 
vururam heç kim götürmür.
-Bu ki, dəhşətdir. Samirdən xəbər yoxdur, bunlar da ki, 
belə. Uşağa yazığım gəlir.
-Çalışacağam Samirdən bir xəbər çıxana qədər Əli ya-
nımda  qalsın.  Bəlkə  Əlini  də  götürüb  rayona,  valideyn-
lərimin yanına getdim.
-Birdən siz gedən kimi Samir tapıldı, onda nə olacaq? 
Uşağı buradan ora-oradan bura yormaq lazım deyil. Dur 
hazırlaş, uşağı da hazırla. Bizə gedirik. Əgər Əli ni öldürmək 
istəyiblərsə, deməli, onun harada olduğu nu mütləq öyrə-
nəcəklər. Burada hər ikinizin həyatı təhlükədədir.
-Sizin də başınıza dərd açmaq istəmirəm.


194
-Sən bizə görə narahat olma. Evdə iki dənə şkaf boy-
da  qardaşım  var,  üstəlik  biri  sənə  aşiqdir.  Həm  də  polis 
məntəqəsi bizdən cəmi iki bina uzaqdır. Bizdə qaldığınız 
müddətdə heç kim sizə zərər verə bilməz.
Rəna gülümsəyərək: 
-Sizə əliuşaqlı gəlsəm, qardaşın mənim ərə getdiyimi 
hesab edərək boğub öldürər.
-Qorxma, deyərik qeyri-rəsmi nigahdandır. – Rənanın 
özünə gəldiyini görüb onu tələsirdi. -Di tez ol, yubanma. 
Mən də gedim bir nəfəri qıdıqlıyım.
-Ən acığı gələn şeydir.
-Elə ona görə qıdıqlayacam dəə.
Arzu otaqdan çıxandan sonra Rəna çarpayının altın-
dan  kiçik  çamadanı  çıxardaraq  özüylə  götürmək  istədiyi 
əşyaları onun içinə yığmağa başladı.
Ankara. Türkiyə
Almeyda otelin pəncərəsindən şəhərə baxa-baxa Silva-
ya zəng vurdu:
-Alo.
-Salam Silva necəsən? Eşitdim sənə qarşı hücum olub. 
İndi necəsən?
-Sənin  bütün  xasiyyətlərindən  xoşum  gəlir,  bircə  bu 
dalbadal sual verməyindən başqa. İndi yaxşıyam. Dünən 
gecəni xəstəxanada keçirtdim. Yarım saat olar ki, idarəyə 
gəlmişəm. Sən necəsən?
-Üst-üstə baş verən olumsuz hadisələr əhvalımı əməlli-
başlı  korlamışdı.  Türkiyəli  əməkdaşlar  mənə  dedilər  ki, 
helikopterdə  olan  meyid  məhz,  Madriddə  ölən  adama 
məxsusdur. Hətta bu barədə İspaniyanın yerli qəzetlərində 


195
də məlumat dərc olunub. Helikopterin sürücüsü Türkiyə 
vətəndaşıdır və beş ildir ki, bu işdə çalışır. Digər iki nəfər 
isə İspaniyadakı bir dəfn bürosunun əməkdaşlarıdır. Bü-
tün sənədlər də ki, qaydasında. Bir sözlə, şübhəli heç nə 
yoxdur.  Ancaq  polisə  zəng  vuran  adamın  dedikləri  ilə 
buradakı  hadisələrin  üst-üstə  düşməsini  və  Toleodakı 
hadisəni nəzərə alıb buradakı əməkdaşlarımızın yaxından 
köməkliyi  ilə  helikopterdəki  üç  nəfəri  və  meyidi  əməlli-
başlı araşdırdıq və maraqlı nəticələr əldə etdik. Ölən şəxs 
hətta şəklinə qədər qəzetlərdəki məqalələrlə uyğun gəlsə 
də, həmin şəxs heç vaxt İspaniyada olmayıb. Buna görə də, 
helikopterdəkiləri sorğu-sual etmək üçün sabah Ankaraya 
gətirəcəklər. Mən də buradakı əməkdaşlarla birgə həmin 
sorğuda iştirak edəcəyəm. Ürəyimə damıb ki, onlar həm 
Samirin, həm də Conun yerini bilirlər.
-  Sən məni sevindirdin. Kaş mənim də sənə bir kö-
mək liyim dəyə bilərdi.
-Sən sabah hazır vəziyyətdə ol. Samirin yerini öyrənən 
kimi sənə xəbər verəcəyəm, gedib azad edərsən. Bir də ki, ça-
lış qızı tapasan. Bütün dünya məhz, həmin qızın sayəsində 
Conun əməllərindən xəbər tutub. Yoxsa, kim bilir, daha nə 
qədər günahsız insan “Hoja de sauce” təşkilatının qurba-
nı olacaqdı. Biz gərək həmin qızı tapaq və təhlükəsizliyini 
təmin edək. Qardaşının vəziyyəti necədir?
-Özünə gəlib. Tez-tez bacısını xəbər alır.
-Hələlik ona heç nə deməyin. Qoy bir az sağalsın. An-
caq  mühafizəsini  gücləndirin.  Qızdan  əvəz  çıxmaq  üçün 
qardaşından və atasından istifadə edəcəklər.
-Oldu. Başqa bir əmrin var?
-Yox. Sabah danışarıq.
-Oldu. Özündən muğayat ol.
-Sən də. Hələlik.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə