S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə50/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   46   47   48   49   50   51   52   53   ...   78

200
Con tapançanı silirdi ki, yanına qoyduğu telefon zəng çal-
dı. Telefonu götürərək bir az dinlədikdən sonra - ok - deyib 
telefonu söndürərək yaxın lıqdakı içinə yağış suyu dolmuş 
kiçik çuxura atdı. Darağı tapançaya taxaraq ayağa durub 
qışqırdı:
-Hazır olun. Qarşı tərəfə də xəbər verin hazır olsun-
lar. İki polis və dörd hərbi maşındır. Beş dəqiqədən son-
ra  burada  olacaqlar.  Dediyim  kimi  hər  bir  maşın  hər  iki 
tərəfindən raketlə vurulsun.
Con bu yeri təsadüfən seçməmişdi. Yolun hər ik tərəfi 
sıx meşəlik idi və yaxınlıqda döngənin olması maşınların 
sürətlərinin  azalmasına  səbəb  olurdu.  Cona  xəbər  verən 
şəxs yuxudan tam ayılmaq və özünə gəlmək üçün bir az 
ləngimək qərarına gəldi və ağaclardan birinə söykənərək 
siqaret yandırdı. Bir-iki qüllab vurmuşdu ki, yaxınlaşmaq-
da olan maşın karvanını görüb özünü itirdi. Səhv etdiyini 
başa düşərək əlindəki siqareti cəld kənara atıb sifəti qor-
xudan  ağarmış  halda  telefonu  cibindən  çıxardaraq  Cona 
zəng vurdu. Bir neçə dəfə cəhd etdikdən sonra Cona zəng 
çatmadığını  görüb  telefonu  ataraq  pusquda  duranlara 
tərəf  qaçmağa  başladı.  Bir  az  qaçdıqdan  sonra  maşınla-
rı keçə bilməyəcəyini görərək dayandı və Conun öz işini 
bacarmayan adamlarına necə dəhşətli işgəncələr verdiyini 
bildiyi üçün əli titrəyə-titrəyə silahını çıxardaraq gicgahına 
dayayıb atəş açdı. Ərzaq maşınları döngədən keçib lazımi 
məsafəyə çatan kimi yolun hər iki tərəfindəki meşədə ağac-
ların arasında gizlənmiş adamlar raketlə hər iki tərəfdən 
maşınları vurduqdan sonra baxmaq üçün yanan maşınlara 
tərəf getdilər. Conun tapşırığı belə idi. Burakın öldüyünə 
əmin  olmaq  lazım  idi.  Burakgili  Kastamonuya  aparan 
maşın  karvanı  ərzaq  maşınlarının  vurulduğu  anda  artıq 
döngəyə çatmışdılar və dəhşətli partlayış səslərini eşidib 


201
cəld dayanaraq maşından düşüb nə baş veriyini anlamaq 
üçün baxmaq qərarına gəldilər. Conun adamları hərbiçiləri 
və polisləri görən kimi bir birilərinə - ehtiyatlı olun, bizi 
tələyə  saldılar,  tez  buradan  uzaqlaşaq,  -  deyə  qışqıraraq 
atəş aça-aça meşəyə doğru qaçmağa başladılar. Erkan yo-
lun ortasında aşaraq, yanan hərbi maşınları və onlara atəş 
açanların  xarici  dildə  danışdıqlarını  görüb  məsələnin  nə 
yerdə  olduğunu  başa  düşdü.  Xüsusi  təyinatlı  qüvvələri 
Burakgilin  yanında  saxlayaraq,  polis  və  ordunu  götürüb 
quldurları  tutmaq  üçün  hücuma  keçdi.  Conun  adamları 
meşənin içi ilə bir az qaçdıqdan sonra güclü atəş təzyiqinin 
altında dayanıb vuruşmağa məcbur oldular. 
Meşədə  tərəflər  arasında  Karabükdə  indiyə  qədər 
görünməmiş və bundan sonra da görünməyəcəyi ehtimal 
edilən şiddətli döyüş başladı. Səlcuq zəng gəldiyini görüb 
əlindəki  kofeni  masanın  ütünə  qoyaraq  telefonu  götürü. 
Bir az dinlədikdən sonra əsəbi halda bir neçə söz deyib te-
lefonu söndürdü. 
Almeyda türk dilini bilməsə də, Səlcuqun üzünün ifa-
də sindən və əsəbdən titrəyən səsindən ona verilən xəbərin 
pis  olduğunu  dərhal  başa  düşdü.  O  telefonu  söndürən 
kimi ümidsizliklə soruşdu:
-Burak da əlimizdən çıxdı?
-Yox.  Burak  bizim  əlimizdədir.  Bir  qrup  silahlı  dəstə 
maşın  karvanımıza  hücum  etmək  üçün  pusquda  daya-
nıbmış. Sonra bizim maşınlardan bir az irəlidə gedən və 
hərbi  hissəyə  ərzaq  və  digər  ləvazimatlar  aparan  maşın 
karvanının bizimki olduğunu zənn edərək raketlərlə atəşə 
tutublar.  İndi  bizim  döyüşçülərlə  onlar  arasında  atışma 
gedir. Əmr etdim həmin yerə təcili olaraq əlavə qüvvələr 
göndərilsin.


202
Almeyda heç nə deməyərək, başını əlləri arasına alıb 
həyəcanla hadisələrin sonrakı gedişatını gözləməyə başla-
dı. Döyüşün getdiyi yer ağaclıq olduğundan quldurlar çox 
rahat şəkildə müdafiə olunaraq geri çəkilə bilirdilər. Buna 
görə  də,  Erkan  adamlarının  yarısına  200  metrədək  sağ 
və  sol  tərəflərə  qaçarıb  oradan  irəliləmələrini  və  dəstəni 
mühasirəyə almalarını tapşırdı. Yerdə qalanlara isə adam-
larının azalmasını qarşı tərəfə hiss etdirməmək üçün atəşin 
şiddətini  artırmalarını  əmr  etdi.  10–15  dəqiqədən  sonra 
quldurları tam mühasirəyə alan dəstə onları məhv etmək 
üçün hücuma keçdi. Con mühasirəyə düşdüklərini görüb 
adamlarına bir tərəfə hücum edərək mühasirəni yarmala-
rını tapşırdı. İlk əvvəl güclü müqavimət göstərərək bu nail 
olsalar da, sonradan xeyli sayda itki vermələri, patronla-
rının azalması və qarşı tərəfə kömək gəlməsi onları çətinə 
saldı. Mühasirə halqasının get-gedə daraldığını və adam-
larının 7–8 nəfər qaldığını görən Con onlara atəşi dayan-
dıraraq, əllərini başlarının ardına qoyub üzü üstə yataraq 
polislərin gəlməyini gözləmələrini tapşırdı. Özü isə ağac-
ların arxasına keçərək yaxınlıqdakı palıd ağacına dırmaşdı 
və sıx yarpaqların arasında görünməz oldu. Polislər qarşı 
tərəfdən atəşin kəsildiyini görüb ehtiyatla irəliləməyə baş-
ladılar.  Erkan  təslim  olanların  yanına  çatanda  yanındakı 
leytenanta dedi:
-Siz yaralıları bir yerə yığıb ilk tibbi yardım göstərin ki, 
qanaxmadan ölməsinlər. Ölənlərlə işiniz olmasın, qoy on-
larla Ankaradan gələcək müstəntiq və ekspert qrupu ma-
raqlansın. Bizə köməyə gələn dəstənin yarısı burada qalsın. 
Bizim isə daha burada bir işimiz qalmadı. Təslim olanları 
da götürüb yolumuza davam edirik. – Üzünü yanında da-
yanan polis zabitinə çevirib dedi: -Buradakı əsirləri Burak-
gilin maşınına qoymayın. Bu Burakı öldürmək üçün tələ 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə