S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə49/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   45   46   47   48   49   50   51   52   ...   78

196
Almeyda  Silvayla  sağollaşıb  notebookunu  açaraq 
«Ümid»  mərkəzi  haqqında  olan  məlumatları  nəzərdən 
keçirtməyə başladı.
Karabük. Türkiyə
Karabükdəki çoxdandır fəaliyyətini dayandırmış köh-
nə  tikiş  fabrikindəki  çürük  taxtaların  üstündə  oturmuş 
Con  xəritələri  qarşısındakı  stolun  üzərinə  sərib  sabahkı 
əməliyyatın planını qururdu. Kağızda bir neçə qeyd apa-
randan sonra başını qaldırıb Viktordan soruşdu:
-Neçə adam gətirmisən?
-34 nəfər gətirmişəm. İki adamımız Lusiyanın gizlən-
diyi evi gözətləyir, ikisi isə Silvanı vurmaq əmrinizi yerinə 
yetirmək üçün Madridə gediblər. Onlardan başqa İspani-
yada nə bir adamımız, nə bir silahımız, nə də hər hansı bir 
əmlakımız  qalmadı.  Verdiyin  əmrə  uyğun  olaraq,  bütün 
məkanlar partladılıb, telefonlar və kompüterlər isə dənizə 
atılıb. Bir sözlə, İspaniya Təhlükəsizlik Əməkdaşları bütün 
İspaniyanı axtarsalar da, bizə aid heç nə tapa bilməzlər.
-Afərin. Gələrkən heç bir problem olmadı ki?
-Elə bir ciddi problem olmadı. Adamların çoxu bura 
bir başa İspaniyadan yox, üçüncü dövlətdən keçməklə gə-
lib lər. 
Bir az ara verərək soruşdu:
-Bilmək olar biz niyə buradayıq?
Con qələmlə xəritələrin birində kiçik dairə çəkərək de di: 
-Sabah  Burakı  istintaqa  çəkmək  üçün Ankaraya  apa-
racaqlar. Burak bizim haqqımızda çox şey bilir, əgər onu 
sorğu-sual etsələr, problemimiz olacaq.
-Burak bərk adamdır, onlara heç nə deməz.


197
-İndi kimisə danışdırmaqdan ötrü nə döyürlər, nə dır-
nağını çıxardırlar, nə də ki, elektrik cərəyanına qo şurlar. 
Sadəcə bir iynə vururlar vəssalam. Özü hər şeyi bircə-bircə 
danışır. 
-Elədirsə, onda gərək Burakı mütləq ələ keçirdək. Ya 
diri, ya da ölü. Yoxsa, həqiqətən problemimiz olacaq.
-Sən bu əməliyyatda iştirak etməyəcəksən.
Xəritələrdən birini Viktora uzadıb dedi:
-Sən özünlə altı nəfər götür, get meşədə Samiri axtar. 
Dü nəndən bəri axtardığımız yerləri xəritədə işarələ mi şəm. 
Qalan yerləri sən axtar.
-O vəziyyətdə inanmıram sağ qala. Yəqin hansısa yır-
tıcı heyvana yem olub.
-Biz yenə də əmin olmalıyıq.
-Tapsam onunla nə edim?
-Öldür. Mən sənə Silvanı vurdurmaq yox, öldürtməyi 
tapşırmışdım. Çalış bu dəfə işi yarımçıq görmə. Mən isə 
Burakı həll edim.
-Bu iş üçün 28 nəfər az deyil?
-Sergey, Karlos, Markez, Xavyer hamısı öldülər. Adam-
ları isə həbsxanalarda taxtabiti öldürürlər. “Hoja de sauce” 
təşkilatından bircə bu 34 nəfər qalıb. Hamısı təlim keçmiş 
adamlardır, məncə bu işin öhdəsindən gələcəklər.
Viktor: Ok! – deyib, getmək istəyəndə qəfildən dayanıb 
soruşdu: -Bu vurhavurda Samir bizim nəyimizə lazımdır?
-Bizi  bu  vəziyyətə  salanların  hamısından  intiqam  al-
maq lazımdır. Almeyda, Samir, Silva, argentinalı qız, Bu-
rak  və  bu  adamların  ailə  üzvləri.  Hamısı  ölməlidirlər. 
Əgər dünyanın bir çox ölkələrinə yayılmış və üç il ərzində 
cinayət aləmində böyük ad - san qazanmış “Hoja de sau-
ce” təşkilatını bu vəziyyətə salıblarsa, mütləq ölmə dirlər. 
Nəyin bahasına olursa - olsun. Yoxsa güzgüdə özümüzə 


198
bax mağa  üzümüz  gəlməz.  Bir  də  ki,  Samir  Polerin  həqi-
qətdə kim olduğunu bilir.
Viktor ok deyib gedəndən sonra Con yenidən otura raq 
xəritələrdə qeydlər aparmağa başladı.
Hadisədən 2 gün sonra
Ankara. Türkiyə
Almeyda  Təhlükəsizlik  Nazirliyinin  binasının  həyə-
tinə  girəndə  səhər  saat  10  idi.  Maşından  düşən  kimi  bir 
nəfər yaxınlaşıb dedi:
-Salam.  Mən  Səlcukun  köməkçisiyəm.  Lütfən  buyu-
run, Səlcuk sizi kabinetində gözləyir.
Onlar  Səlcukun  kabinetinə  girəndə  Səlcuk  oturmaq 
üçün Almeydaya yer təklif edib, katibəsinə iki stəkan kofe 
gətirməsini  tapşırdı. Almeyda  oturan  kimi  birbaşa  suala 
keçdi:
-Dindirəcəyimiz adamlar nə zaman Ankarada olaca q-
lar?
-Onların həbs olunduğu bölgədə hava limanı olmadı-
ğından Kastamonuya qədər helikopterlə, oradan Ankara-
ya  qədər  isə  təyyarəylə  gətirməyi  planlaşdırırdıq. Ancaq 
hazırda  Karabükdə  çox  güclü  külək  əsdiyindən  onları 
Kastomonuya  qədər  helikopterlə  yox,  maşınla  gətirməyə 
məcbur olduq. Artıq maşın karvanı yarım saat bundan qa-
baq  Karabükdən  Kastamonuya  doğru  yola  düşüb.  Ümid 
edirəm, bir neçə saatdan sonra burada olacaqlar.
-Türkiyə polisinin peşəkarlığına şübhəm yoxdur. An-
caq Conun adamları yüksək təlim keçmiş, fiziki cəhətdən 
çox  güclü  və  bununla  bahəm,  qəddar  insan lardır.  Buna 
görə də, təhlükəsizliklə bağlı vəziyyətin nə yerdə olduğu-
nu öyrənmək istərdim.


199
-Həmin üç nəfəri Karabükdən Ankaraya polislərdən, 
ordu  qüvvələrindən  və  xüsusi  təyinatlılardan  ibarət  100 
nəfərlik ordu gətirəcək. Dəstənin rəhbərliyi isə Erkan ad-
lı  cəsur  və  bacarıqlı  bir  nəfərə  tapşırılıb.  Həbs  olunanlar 
Karabükdən  Kastamonuya  qədər  və  Ankaradakı  hava 
limanından  bura  qədər  olan  yolu  xüsusi  zirehli  maşın-
da gələcəklər. Onlara yuxu iynəsi vurulduğundan bütün 
yolboyu  yatacaqlar.  Hətta  onların  təhlükəsizlikləri  na-
mi nə  maşınlarda  və  təyyarədə  yanlarında  onlara  nəza-
rət etmələri üçün heç bir adam qoyulmayacaq, yalnız kə-
nardan  müşayət  edəcəklər.  Yəni  maşından  təyyarəyə  və 
əksinə daşınmalarını nəzərə almasaq, heç kim onlarla tə-
mas yarada bilməyəcək.
Almeyda  Səlcuqun  sözlərindən  bir  az  rahatlanaraq, 
kofedən bir qurtum içib saata baxdı.
Karabük. Türkiyə
Con ağacın dibində oturub tapança darağına güllə yı-
ğa-yığa öz-özünə fit çalırdı. Yolun hər iki tərfində gizlən-
miş  adamları  isə  sakitcə  oturaraq  maşınların  gəlmə sini 
gözləyirdilər.  Maşınların  yaxınlaşdığını  xəbər  vermək 
üçün  10  dəqiqəlik  irəli  məsafədə  dayanan  Conun  adamı 
maşınları  gözləyə-gözləyə  özü  də  bilmədən  yuxuya  get-
mişdi.  Yaxınlaşan  maşınların  səsinə  oyananda  ilk  öncə 
harada oluğunu və nə baş verdiyini anlamasa da, sonra-
dan polis və hərbi maşınları gördükdə hər şey ani olaraq 
yadına düşdü. Hərbi hissəyə ərzaq və digər ləvazimatları 
daşıyan dörd hərbi maşın və onları müşayət edən iki polis 
maşınını Burakgili aparan maşın karvanı olduğunu zənn 
edib Cona zəng vuranda hələ yuxudan tam ayılmamışdı. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə