S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə51/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   47   48   49   50   51   52   53   54   ...   78

203
ola bilər. Təslim olanları, hər iki tərəfdən ölənlərlə yarala-
nanları sayıb mənə deyin ki, mərkəzə xəbər verim.
Erkan geri qayıdanda onsuz da dar olan yolun partla-
dılmış maşınlar ucbatından bağlandığını gördü. Buna görə 
də  maşınların  yanına  çatanda  xüsusi  təyinatlı  dəstənin 
rəhbərinə dedi:
-Yol  bağlıdır,  maşınlar  buradan  keçə  bilməyəcək. 
Gərək geri qayıtsınlar.
-Bəs içindəkiləri Kastamonuya qədər necə aparaca ğıq?
-Ən  yaxın  qəsəbəyə  qədər  kürəyimizdə  daşıyacağıq. 
Orada bir neçə maşın tapmaq olar.
-Bu çox risklidir.
-Başqa təklifin var?
-Təklifim  olub-olmamasının  məsələyə  heç  bir  dəxli 
yoxdur. Mən reallıqdan danışıram.
-Sən özünə güvənmirsən, yoxsa adamlarına? Səni deyə 
bilmərəm, amma mən bu mühafizədə iştirak edən hər bir 
kəsə inanıram və güvənirəm. Onlar bir az bundan qabaq 
güvənilir olmalarını isbat etdilər. Daha nə istəyirsən?
Ankara. Türkiyə
Almeyda həyacanla otaqda o baş bu başa var-gəl edir-
di.  Səlcuq  isə  gözünü  telefona  dikərək  veriləcək  xəbəri 
gözləyirdi. Hadisə yerindən artıq bir neçə dəfə xəbər gəlsə 
də,  hamısı  eyni  məzmunlu  idi:  Tərəflər  arasında  döyüş 
hələ də davam edir. Hər iki tərəfdən itkilər var. Quldurlar 
hələ də müqavimət göstərirlər və s. 
Telefon  zəng  çalan  kimi  hər  ikisi  həyəcanla  telefona 
baxdılar. Səlcuq dəstəyi götürüb danışmağa başladı. Bir az 
danışandan sonra üzünü səbirsizliklə onun nə deyəcəyini 
gözləyən Almeydaya tutaraq: 


204
-Artıq rahat nəfəs ala bilərik. Hər şey arxada qaldı.
Almeyda stulda əyləşərək soruşdu:
-Burak salamatdır?
-Əlbəttə  salamatdır.  İndi  zəng  vuran  Erkan  idi.  De-
yir  silahlılardan  on  beşi  öldürülüb,  on  biri  isə  yaralanıb. 
Səkkiz nəfər təslim olublar, onları da bura gətirirlər. Sənə 
demişdim axı, dustaqların mühafizəsini etibarlı adamlara 
tapşırmışıq.  Görürsən,  heç  otuz  dörd  nəfərlik  ordu  belə 
Burakı  bizim  əlimizdən  ala  bilmədi.  Bacardıqları  tək  şey 
maşın karvanını bir–iki saat ləngitmələri oldu.
Səlcuq gülərüzlə cavab verdi:
-Siz tərəfdən nə qədər itki oldu?
Anidən onun üzünə dərin bir hüzn çökdü:
-Bu döyüşdə on ikisi əsgər, səkkizi polis olmaqla, iyir-
mi nəfər insanımız həlak oldu. Doqquz nəfər isə yaralanıb.
-Mən  təəssüf  edirəm.  –  Almeyda  danışdıqca,  səsi 
titrəyirdi. – Oradakı insanların ölümü dünyanın müxtəlif 
yerlərində olan minlərlə əlil insanın bu dünyada rahat və 
xoşbəxt  yaşamalarına  vəsilə  olacaq.  Orada  həlak  olanla-
rın anaları öz ölümlərinin hesabına minlərlə insana həyat 
verən cəsur övladlarıyla fəxr etməlidirlər. Mən də öz can-
larını  başqalarının  xoşbəxtliyi  üçün  fəda  edən  o  iyirmi 
nəfərin ruhu qarşısında baş əyirəm. Ümid edirəm ki, doq-
quz nəfər tezliklə, sağalaraq ayağa qalxacaqlar.
Səlcuq nə isə demək istəsə də, qəhərdən onu danışma-
ğa  qoymadı.  Başını  aşağı-yuxarı  yelləməklə,  Almeydaya 
təşəkkürünü bildirdi.
Kastamonu. Türkiyə
Maşın  karvanı  Kastamonudakı  hava  limanına  çatan-
da, uçuş zolağına çıxıb düz təyyarənin yanında dayandı. 


205
Erkan  maşından  düşən  kimi  bir  nəfər  yaxınlaşıb  özünü 
təqdim etdi:
-Salam  cənab.  Mənim  adım  Okandır.  Bu  aeroportun 
rəhbəri  müavini  vəzifəsində  çalışıram.  Vəziyyətlə  bağ-
lı  Ankaradan  bizə  məlumat  veriblər.  Hər  şeyin  yüksək 
səviyyədə olması üçün əlimizdən gələni edirdik ki, uçuş 
vaxtında və təhlükəsiz həyata keçirilsin. Bunun üçün xü-
susi təyyarə də hazırlamışdıq. Ancaq təəssüf ki, son an da 
təyyarənin yanacaq çənində kiçik bir problem ortaya çıxdı. 
İndi onu təmir edirik.
Erkan hirslə əlini maşının kapotuna vurdu:
-Bir bu çatmırdı. Təmir uzun çəkər?
-Mühəndislər  hazırda  bu  işin  üstündə  çalışırlar. 
Baş  mühəndis  on  beş  dəqiqə  bundan  qabaq  mənə  dedi 
ki,  bir  saata  düzələr.  Təqribən,  qırx  beş  dəqiqə  çəkəcək. 
Karabükdə baş verən hadisədən xəbərim var. Bilirəm ki, 
bərk  yorulmusunuz.  Buyurun  kabinetimə,  yorğun luğu-
nuzu çıxarmaq üçün kofe için. Uşaqlara tapşıra cağam ki, 
buradakı insanlara da kofe gətirsinlər.
-Yox, təşəkkür edirəm. Burada qalsam daha yaxşı olar. 
Quldurların haradan, nə vaxt çıxacağı məlum deyil.
-Hava limanında bütün təhlükəsizlik tədbirləri görü-
lüb.  Hətta  bütün  uçuşlar  ləğv  edilib.  Ancaq  yenə  də  siz 
necə istəyirsiniz elə olsun. Mən tapşıraram, sizin də kofe-
nizi bura gətirərlər.
Erkan: – Sağ olun – deyib ətrafa göz gəzdirməyə başladı.
Karabük. Türkiyə
Con polislərin başının yaralılara qarışdığını görüb səs-
sizcə ağacdan düşərək aradan çıxdı. Hadisə yerindən bir 


206
xeyli uzaqlaşıb corabının içindən telefonu çıxardaraq Mu-
rada zəng vurdu. Murad Masallı rayonundakı evinin bax-
çasında, döşəkçənin üstündə uzanıb radioya qulaq asa-asa 
samovarın qaynamasını gözləyirdi. Telefonun zəng çaldı-
ğını görüb radionun səsini azaltdı: 
-Alo. Eşidirəm.
-Salam Murad. Bu mənəm, Con.
-Bilirəm.  Nömrən  telefonumda  var.  Nə  oldu?  Burakı 
ələ keçirə bildin? Sağdır, ya ölü?
-Yox,  Murad.  Burak  hələ  də  türk  polisinin  əlindədir. 
Türklər  bizi  tələyə  saldılar,  meşədə  mühasirəyə  alıb 
öldürməyə başladılar. Cəmi yeddi–səkkiz adamımız qaldı. 
Mən güclə aradan çıxa bildim.
Murad əsəbindən qışqırdı:
-Sən nə danışırsan? Sənə nə olub, həə, Con? Səndən so-
ruşuram Con, sənə nə olub? Qızı öldürə bilmədin, Samirin 
qardaşı oğlunu öldürə bilmədin, Silvanı öldürə bilmədin. 
Samir  isə  bilinmir  sağdır,  ya  ölü.  İndi  də  Burak.  “Söyüd 
yarpağı” təşkilatından bizə qalan həmin otuz dörd nəfər 
idi, onun da axırına Türkiyədə çıxdın.
-İstər  argentinalı  qız  olsun,  istər  Silva,  istərsə  də  bir 
başqası. Onları öldürmək üçün mən getməmişdim, adam-
larımı  göndərmişdim.  Əgər  işlər  yarımçıq  görülübsə,  bu 
mənim günahım deyil. Mən şəxsən gördüyüm işləri tam 
görməsəydim, indi Sergey də, Markez də, digər iki nəfər 
də sağ qalardılar.
-Əgər belədirsə, onda mənə diqqətlə qulaq as. Hələlik 
bir–iki  gün  Türkiyədə  qalıb  Samirin  məsələsini  həll  et. 
Sonra Madridə gedib qızı öldür. Qızın gizləndiyi yerin ün-
vanını mesajla göndərəcəyəm.
-Qızın gizləndiyi yeri öyrənmisən? – Con təəccüblə so-
ruşdu.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə