S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə39/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   35   36   37   38   39   40   41   42   ...   78

156
Hadisədən 5 gün əvvəl
Madrid. İspaniya
Silva Almeydanın  kabinetinə  girəndə, Almeyda  tele-
fonla  danışırdı.  Silvanın  otağa  girdiyini  görüb  əliylə  ona 
oturmaq işarəsi verdi. Özü telefonla danışıb qurtaran kimi 
Silvadan soruşdu:
-Qızı tapa bildin?
-Yox.  Tərslikdən  həmin  gün  otelin  web  kameraları 
işləməyib. Otel administratoru dedi ki, həmin gün kamera-
ları yeniləri ilə əvəz etdikləri üçün söndürüblərmiş. Nə ka-
meralar işləyib, nə də ki, digər təhlükəsizlik avadanlıqları. 
 Almeyda üzünü qırışdırdı:
-Belə də bilirdim.
-Nəsə olub?
-Dünən  Argentina  polisi  Xavyeri  tutmaq  üçün  əmə-
liyyat  keçirib. Amma  Xavyer  ələ  keçəndə  artıq  ölübmüş. 
Şahidlərin  dediyinə  görə,  polislər  gəlməmişdən  bir  neçə 
dəqiqə  qabaq  Xavyer  kiminləsə  bir  müddətlik  zaldan  çı-
xıb, geri qayıdanda isə ölüb. Onların dedikləri əlamətlərə 
görə isə həmin adam şübhəsiz Con olub. Üstəlik əməliyyat 
zamanı  məclisdəki  insanlarla  polislər  arasında  dava  dü-
şüb, hətta atışma da olub. Atışma vaxtı Xavyerin oğlu və 
bir polis işçisi ölüb.
-Bu Con kimdir axı? İstədiyi vaxt istədiyi yerə gedir, 
polislərin nə edəcəyindən xəbər tutur. İstədiyi adamı öldü-
rür, polislərlə adamları bir-birinin üstünə qaldırır.
-Mən  də  elə  səni  buna  görə  çağırmışam.  İndikindən 
ikiqat artıq işlə, bütün şəhəri alt-üst et, nə yolla olur-olsun 
o qızı tap.
Silva  gedəndən  sonra  Almeyda  qovluqdan  Conun 
şəklini götürüb fikirli-fikirli baxmağa başladı.


157
Moskva. Rusiya
Sergey  səhər  yeməyini  qurtarıb  masanın  üstünə  qo-
yulmuş qazetlərdən birini götürüb oxumağa başladı. Bir-
iki sətir oxumuşdu ki, Oleq içəri girib təlaşla dedi:
-Boss, polislər gəlib. Hazırda villanı mühasirəyə alırlar.
Sergey yerindən sıçrayaraq ayağa qalxıb soruşdu:
-Neçə nəfərdirlər? 
-Saylarını dəqiq deyə bilmərəm. Federallar da polislərə 
kömək edirlər. Ağır texnikaları yoxdur, amma səmada iki 
helikopter var.
Sergey tapançasını çıxardıb dedi:
-Hamını  döyüşə  hazırla.  Mühasirəni  yarıb  buradan 
çıxmaq lazımdır. Aşpaz, bağban, xidmətçi, kim varsa, qoy 
silahlanıb  döyüşə  girsin.  Damın  üstündəki  teşekanın  ya-
nına üç nəfər adam qoy ki, helikopterlərin yaxınlaşması-
na imkan verməsinlər. Adamların çoxunu qərb tərəfə yığ. 
Mühasirəni oradan yaracağıq.
Sergey bunu deyib qapıdan çıxmaq istədikdə səs eşi-
dib dayandı. Kimsə meqafonla onlara təslim olmağı əmr 
edirdi.  Geri  qayıdıb  bir-bir  pəncərələrin  yanına  gələrək, 
pərdənin  böyründən  çölə  baxdı.  Ətrafda  polislər  qayna-
şırdı, helikopterlərə plemyot qoyulmuşdu. Qonşu evlərin 
damındakı  snayperləri  də  aşkar  görmək  olurdu.  Sergey 
– Özlərinə çox arxayındırlar – deyə, pıçıldayaraq qapıdan 
çıxanda səsgücləndiricidən çıxan səsi hələ də eşidirdi. 
-Təslim olmaq üçün beş dəqiqəniz var.
10–15 dəqiqədən sonra polislər hücuma keçəndə Ser-
geyin əmriylə onlara atəş açılması polisləri də atəş açma-
ğa məcbur etdi. Tərəflər arasında şiddətli döyüş başladı. 
Sergeyin  adamları  damdakı  teşekanın  və  pulemyotun 
sayəsində  ilk  10-15  dəqiqə  polislərə  güclü  müqavimət 


158
göstərdilər və demək olar ki, mühasirəni yarmışdılar. La-
kin sonradan damdakı adamlar snayperlər tərəfindən vu-
rulduqlarına görə, helikopterlərin köməyə gəlməsi və xeyli 
itki verilməsi dəstəni çətin vəziyyətə saldı. Polislərin ba-
ğın içinə girə bilmələri isə vəziyyəti daha da çətinləşdirdi. 
Mühasirə halqası get-gedə daralırdı. Sergey bağdakı ağac-
lardan  birinə  daldalanaraq,  avtomatla  bu  cəhənnəmdən 
çıxmağa  çalışırdı.  Adamlarından  demək  olar  ki,  iki–üç 
nəfər  qalmışdı.  Artıq  buradan  çıxmağın  mümkün  olma-
dığını görüb, sağ qalmaq üçün təslim olmağı qərara aldı. 
Adamlara da təslim olmağı əmr edərək üzü üstə yerə uza-
nıb əllərini boynunun ardına qoydu. Ucadan:
  -Təslim  oluram!  Təslim  oluram!  –  deyə  qışqırmağa 
başladı. 
Polislər  qarşı  tərəfdən  güllə  atılmadığını  görüb  atəşi 
dayandıraraq  ehtiyatla  Sergeyə  tərəf  gəlməyə  başladılar. 
Yaxınlaşdıqda artıq heç bir təhlükənin olmadığını görüb, 
cəld  Sergeyin  və  digər  üç  nəfərin  əllərini  qandallayaraq 
maşına mindirmək üçün bağdan çölə çıxartdılar. Maşınla-
ra bir neçə addım qalmış Sergey qəflətən dayanaraq, bir-iki 
saniyə ayaq üstə durduqdan sonra yerə yıxıldı. Onu maşı-
na aparan polis zabiti ilk əvvəl nə baş verdiyini anlamasa 
da, Sergeyin başındakı güllə yarasını gördükdə, vəziyyəti 
başa düşdü. Tez maşının arxasında gizlənərək qışqırdı:
  -Yerə  yatın,  Sergeyi  snayperlə  vurdular.  Özünüzü 
qoruyun, bizim snayperlərə və helikopterlərə xəbər verin 
ətrafa baxsınlar. 
Helikopterlər  yarım  saata  yaxın  yuxarıdan  ətrafı 
müşahidə  etsələr  də,  heç  nə  tapmadılar.  Beş  saat  sonra 
Xuan Almeydanın faks aparatına 58 quldurun və 22 polisin 
ölümü ilə nəticələnən əməliyyat və Sergeyin səsboğucusu 
olan  snayperlə  öldürülməsi  haqqında  Moskvadan  rəsmi 
məlumat daxil oldu.


159
Bakı. Azərbaycan
Akif ayaqqabılarına maz sürtə-sürtə səsini qaldırdı:
-Adilə. Harada qaldın? Tez ol da, gecikirik axı. Bir sa-
atdır hazırlaşırsan.
-Hirslənmə ata. Bir yerə gedərkən ləngimək qadınların 
bir nömrəli adətidir. – Dəhlizdə atasına tamaşa edən Asif 
dilləndi.
-Bir az da belə davam etsə, bir yerə gedərkən qadınları 
yarıyolda qoyub getmək kişilərin bir nömrəli adəti olacaq.
-Gəldim, gəldim. – Yan otaqdan Adilənin səsi eşidildi.
Akif: -Tez gəl. Səni həyətdə gözləyirəm. – deyib getdi. 
Adilə tələsik ayaqqabılarını geyinərək, Akifin dalınca 
çıxdı. Valideynləri gedəndən sonra Asif telefonu götürüb 
qonşuqda yaşayan həmyaşıdına zəng vurdu:
-Salam Qulam. Necəsən?
-Sağ ol Asif. Sən necəsən?
-Çox sağ ol, yaxşıyam. Eşit gör nə deyirəm.
-Buyur.
-Valideynlərim Sumqayıta – ad gününə gediblər. Evdə 
tək darıxıram. Vaxtın varsa, dur gəl bizə, kola içə-içə şah-
mat oynayaq.
-Asif üzürlü hesab elə, bu gün gələ bilməyəcəyəm. Ev-
də televizor xarab olub. Aparıram onu düzəltdirəm.
-Eybi yox Qulam, qalsın sonraya. Hələlik.
-Hələlik.
Asif telefonun dəstəyini yerə qoyub televizoru yandır-
dı. Kanalları bir xeyli o tərəf, bu tərəfə çevirib: Bu qədər 
kanalda baxmalı bir şey yoxdur! – deyə, öz -özünə mızıl-
dandı.  Televizoru  söndürüb  jurnal  masasının  üstündən 
krassvordu  götürərək  yazmağa  başladı.  Bir  saata  yaxın 
yazdıqdan sonra bu işdən də bezib öz otağına getdi. Kom-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə